Məhkəmə qərarları › İş №2(102)-1256/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1256/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1256/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilmə si» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4906/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. LPO "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11/0500/DİK saylı kredit müqaviləsi ilə LPO İddiaçı ASC Cavabdeh2 36 ay müddətinə, illik faiz dərəcəsi 23% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35.000 manat məbləğində kredit vermişdir. 2. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 LPO İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. 3. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə borclu Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan «Skaniya Avtobus» markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtobusu ipotekaya qoymuşdur. 4. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 borclu Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən 61,8 m2 ümumi sahəsi olan mənzili banka ipotekaya qoymuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması F ondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.921,49 manat əsas borc, 6.583,29 manat faiz, 1.229,16 manat cərimə olmaqla, cəmi 37.733,94 manat pul vəsaiti, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səfıyar oğlundan müştərək qaydada tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən 61,8 m2 ümumi sahəsi olan mənzilə yönəldilməsi; əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması; sat ışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması; ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, Ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli LF06 saylı rəyinə (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görə aparılmış hesablamalar və təhlillərə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Kəşfiyyatçılar küçəsində yerləşən 23 saylı evin 2 saylı mənzilinin 15 fevral 2022-ci il tarixə bazar dəyəri 60.000 manat, likvid dəyəri 57.000 mana t təşkil edir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 11/0500/DİK saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 35.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən 61,8 m2 ümumi sahədən ibarət mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə bank ilə Cavabdeh1 və Cavabdeh2 arasında 21 fevral 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat q aydada təsdiq edildikdən sonra yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında xx.xx.2019-cu tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun da ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin, müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə D200801063 saylı xx.xx.2020-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bır cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin tutulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2020-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 37.733,94 manat təşkil edir. Bundan 29.921,49 manat əsas borc, 6.583,29 manat faiz, 1.229,16 manat cərimə təşkil edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış ipoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka qoyanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İd dia ərizəsində qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi Bank tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim K.Əsədov) 29 mart 2022-ci il tarixli e-2(002)-60/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 29.921 manat 49 qəpik əsas borc, 6.583 manat 29 qəpik faiz, 122 manat cərimə olmaqla, cəmi 36.626 manat 78 qəpik pul vəsaiti, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmas ı üçün ödənilmiş 30 manat rüsumun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səfıyar oğlundan müştərək qaydada tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməsi, tələb üzrə tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən 61,8 m2 ümumi sahəsi olan mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiyməti 57.000 manat müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına kredit borcu ödənilməsi, artıq qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hazırkı qətnamə ilə tutulması qət edilən borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq LPO "xxxx" ASC-yə ödənilm əsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra həmin mənzil boşaldılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2 LPO "xxxx" ASC-dən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.

10. Borclu Cavabdeh2 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6, 385, 386, 442, 445, 448, 470, 472, 269, 319-cu maddələrinə, “İpoteka haqqında” Qanunun 319.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 217- ci maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti ipoteka predmeti olan mənzillin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi arqumenti ilə əsaslandırılmışdır. 14. "xxxx" MMC-nin 26 sentyabr 2022-ci il tarixli, 0069 nömrəli rəyinə əsasən Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Kəşfiyyatçılar küçəsində yerləşən 23 saylı evin 2 saylı mənzilin bazar dəyəri 44.000 manat, likvid dəyəri 40.000 manat təşkil edir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və R.Ə.Eyvazov) 2(103)-4906/2022 nömrəli, 26 oktyab r 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-60/2022 saylı iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 40.000 (qırx min) manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi – Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Kəşfiyyatçılar küçəsində yerləşən 23 saylı evin 2 saylı mənzilin ilkin satış (likvid) qiymətinin "xxxx" MMC-nin 26 sentyabr 2022-ci il tarixli 0069 nömrəli rəyi ilə müəyyən edilməsini digər sübutlarla yanaşı qiymətləndirilməklə qanuni, əsaslı və daha ağ labatan hesab etmişdir.

17. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 319, 269, 385, 386, 442, 445, 448-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2., 77.1. və 384.0.3.-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətində qeyd olunmuşdur ki, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti real dəyərindən 2 dəfə aşağı göstərilmişdir. İlkin ekspertiza zamanı evin dəyəri 57.000 manat məbləğində müəyyən edilmiş, lakin sonrakı ekspertiza zamanı isə 40.000 manat məbləğində müəyyən edil mişdir. İpoteka predmeti olan fərdi yaşayış evinin real bazar dəyərinin müəyyən olunması ilə əlaqədar iki fərqli ekspert rəyi olsa da, məhkəmə tərəfindən həmin bu məsələyə obyektiv qiymət verilməsi üçün zəruri tədbirlər görülməmiş, təkrar ekspertiza keçirilməli olduğu halda məhkəmə tərəfindən bu edilməmiş və bununla da AR MPM-nin 102.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icr asını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 445 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

25. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qay da müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

27. Maddə 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

28. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

29. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhd əliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “İpoteka haqqında” Qanun

30. Maddə 39.3.3. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normala rına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab e dilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara i stinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və mə hkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4906/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar