Məhkəmə qərarları › İş №2(103)-5180/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5180/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5180/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə İş № 2(103)-5180/2022 Açar sözlər: (borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-7353/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ASC ilə Cavabdeh arasında 20 avqust 2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. 2.Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyin şərtlərini pozduğu üçün, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9981,03 manat əsas borc, 729,13 manat faiz borcu, 51,98 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10762,14 manat borcun və 122.29 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh 20 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22 faizlə 36 ay müddətinə 10000 manat krediti kart vasitəsilə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il oktyabrın 22-dək Cavabdeh banka 20 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 9981,03 manat əsas borc, 729,13 manat faiz borcu, 207,91 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10918,07 borcu vardır. Cavabdeh 20 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 207,91 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 51,98 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 5.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 dekabr 2021-ci il tarixli, 2(004)-7353/2021 saylı qətnaməsi (sədrlik edən-Kərim Xudiyev) ilə iddia təmin edilərək, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 23-Y-1-0-1529- 19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilənin ləğv edilməsi, Cavabdeh 9981,03 (doqquz min doqquz yüz səksən bir manat üç qəpik) manat əsas borc, 729,13 (yeddi yüz iyirmi doqquz manat on üç qəpik) manat faiz borcu, 51,98 (əlli bir manat doxsan səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 10762,14 (on min yeddi yüz altmış iki manat on dörd qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122,29 (bir yüz iyirmi iki manat iyirmi doqquz qəpik) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. 6.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyəyərək, izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə bankdan qeyd edilən məbləğdə kredit götürmüşdür. Onun kartından 8500 manat pul oğurlanmışdır. O, bununla bağlı Azərbaycan Respublikası DİN-in 102 saylı xidmətinə məlumat vermiş, hal hazırda istintaq gedir. O, istifadə etmədiyi pulu bank ondan tələb edir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. 7.İş materiallarına əlavə olunmuş "xxxx" İKB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 23-Y-1-0-1529-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, Bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 22% dərəcəsi ilə 10000 manat məbləğində kredit xətti açılmışdır. Borcalan Cavabdeh qəbzə imza edərək, 4724 **** **** 5444 nömrəli kredit kartını və bankomatlardan istifadə etmək üçün şəxs məxfi kodu bağlı zərfdə bankdan almışdır. 8.İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh xx.xx.2019-cu il tarixli, 23-Y-1-0-1529-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə 9981,03 manat əsas borc, 729,13 manat faiz borcu, 207,91 manat cərimə borcu olmaqla, cəmi 10918,07 manat məbləğində borcu yaranmışdır. 9.İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanlanmış 18 oktyabr 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borclarını 5 gün müddətində ödəməyəcəkləri təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişlər. 10.İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 122,29 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 11.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh 10000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. 12.Məhkəmə qanunvericilik aktlarına əsasən hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. 13.Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, 23-Y-1-0-1529-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən iddiaçı "xxxx" İKB ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 22% dərəcəsi ilə 10000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, nəticədə onun bank qarşısında əsas borc üzrə 9981,03 manat, faiz borcu üzrə 729,13 manat faiz borcu və 207,91 manat məbləğində cərimə yaranmışdır. 14.Məhkəmə xx.xx.2019-cu il tarixli, 23-Y-1-0-1529-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrıayrılıqda nəzərdən keçirib, hesab etmişdir ki, iddia tələbi əsas, faiz borcu və cərimə hissəsində tam təmin edilməli, 9981,03 manat məbləğində əsas kredit borcu, 729,13 manat məbləğində faiz borcu, 51,98 manat cərimə olmaqla, cəmi 10762,14 manat pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. 15.Cavabdeh kredit kartından 8500 manat məbləğində pulun naməlum şəxslər tərəfindən çıxarılması səbəbindən həmin puldan istifadə etməməsi əsası ilə borcu ödəməmisinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu hal onun iddiaçı ilə arasında bağlanmış müqavilə üzrə ödəliklərinin icra edilməməsinə və borcu ödəməkdən boyun qaçırması üçün əsas deyildir. 16.Bundan başqa, məhkəmə iddia tələbinin iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 23-Y-1-0-1529-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə də, əsaslı olduğundan təmin edilməlidir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 462.1, 465.2, 739.1, 739.2, 743, 421.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, nəzərdə tutulan mübahisə üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti bildirir ki, mübahisənin məhkəmədən kənar həll edilməsinə cəhd göstərmişdir. Bildirir ki, iddiaçı tərəfindən kredit müqaviləsinin ləğvinə dair hər hansı pretenziya məktubu tərəfindən əldə olunmamış və iş üzrə xəbərdar edilmədiyindən məsələyə hər hansı münasibət bildirmə imkanı da olmamışdır. Məhkəməyə kart hesabımdakı pulun oğurlanması ilə bağlı və bununla bağlı cinayət işinin başlanmasına dair sübut təqdim etmişdir. Hansı ki, bu sübutlar təsdiq edir ki, kart hesabımdakı puldan istifadə etməmişdir. Qeyd edir ki, oğurluq faktına qədər müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş və ödəmələrdə heç bir gecikdirmə olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. 22.Məhkəmə kollegiyasının iclasında iddaçı İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, cavabdeh götürdüyü kredit üzrə xx.xx.2021-ci il tarixdən heç bir ödəniş aparmamış, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də, Bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 23.Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 24.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 25.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 26.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 27.Maddə 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 28.Maddə 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 29.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 30.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 31.Maddə 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 32.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 35.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 36.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 38.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş, xx.xx.2021-ci il tarixdən sonra heç bir ödəniş etməmişdir. 40.Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 41.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. 42.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.Kollegiya apellyatorun ona pretenziya göndərilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçı tərəfinən cavabdehə 18 yanvar 2021-ci il tarixdə pretenziya göndərilmiş, pretenziya qapı bağlı olması səbəbindən geri qaytarılmışdır. Bundan əlavə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən bu günədək heç bir ödəniş olunmamışdır. 44.Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertin 21 noyabr 2022-ci il tarixli, 9/7201 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 23-Y-1-0-1529-19 saylı kredit xətti müqaviləsinin yuxarıda qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə xx.xx.2021ci il tarixə 9981,03 manat əsas, 729,13 manat faiz borcu müəyyən edilir. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 23-Y-1-0-1529-19 saylı kredit xətti müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixə Cavabdeh cərimə borcu hesablanmadı. 45.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 46.Kollegiya apellyatorun kredit kartından 8500 manat məbləğində pulun naməlum şəxslər tərəfindən çıxarılması səbəbindən həmin puldan istifadə etməməsi əsası ilə borcu ödəməməsinə münasibətdə qeyd edir ki, qeyd olunan hal onun iddiaçı ilə arasında bağlanmış müqavilə üzrə ödəliklərinin icra edilməməsinə və borcu ödəməkdən boyun qaçırması üçün əsas deyildir. 47.Bundan əlavə apellyatorun təqdim etdiyi “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarlar onun müqavilə üzrə öhdəliklərindən azad edilməsi üçün əsas yaratmır. 48.Kollegiya qeyd edir ki, birinci instansiya tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu AR MPM-nin 119.1-ci maddəsinə əsasən düzgün olaraq həll edilmişdir. 49.Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 manat Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 50.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 51.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 52.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 53.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 54.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-7353/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar