Məhkəmə qərarları › İş №2(102)-423/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-423/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-423/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Nizamettin oğluna qarşı ilkin iddiası və Cavabdeh Nizamettin oğlunun İddiaçı qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ İş № 2(102)-423/23 (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borc tələbi, əqdin etibarsız hesab edilməsi) Bakı şəhəri 23 fevral 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Nizamettin oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair ilkin, Cavabdeh Nizamettin oğlunun İ ddiaçı qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5106/2022 nömrəli, 26 avqust 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Nizamettin oğlu 2002-ci ildə işləmək üçün Türkiyədən Respublikasından Azərbaycan Respublikasına gəlmiş və 2015-ci ildə Bakı şəhərində İddiaçı ilə tanış olmuşdur. İddiaçı “Türk Star“ gözəllik salonu var. Onlar razılığa gəlmişlər ki, cavabdeh həmin salonda işləyəcək. xx.xx.2015-ci il tarixdə cavabdeh ilə iddiaçı arasında yazılı “İcarə müqaviləsi” bağlanmışdır.

2. İddiaçı ilə Z.Qənbərova(Cavabdeh arvadı) arasında notarial qaydada bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, həmin müqavilədə qeyd edilmişdir ki, Z.Qənbərova iddiaçıdan 9.000 manat məbləğində pulu 1 ay müddətinə borc almışdır.

3. İddiaçı və Cavabdeh Nizamettin oğlu arasında xx.xx.2016-cı il tarixdə notarial qaydada bağlanmış “Kredit müqaviləsinə” əsasən, həmin müqavilədə qeyd edilmişdir ki, Cavabdeh İddiaçı 12.500 manat məbləğində pulu 4 ay müddətinə borc almışdır.

4. Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış 23 may 2018-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən, borc verən İddiaçı ilə Cavabdeh arasında 15.000 manat pul vəsaitinin 23 noyabr 2018-ci il tarixədək qaytarılması şərti ilə faizsiz olaraq borc verilməsinə dair borc müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş m əhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh Nizamettin oğluna (bundan sonra cavabdeh) qarşı «pul» tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçının tanışı olan cavabdeh 2018-ci ilin may ayında iddiaçıya müraciət edərək borca pul istəmişdir. İddiaçı cavabdehə imtina etməmiş, cavabdeh ilə birlikdə xx.xx.2018-ci il tarixdə Bakı Şəhəri 5 saylı Notariat Kontoruna gedərək cavabdeh ilə “Kredit müqaviləsi” bağlamış və müqavilə əsasında cavabdehə 15.000 manat məbləğində pulu borc vermişdir. Həmin müqavilə üzrə cavabdeh üzə rinə öhdəlik götürmüşdür ki, aldığı borcu 6 ay müddətində qaytaracaq. Lakin buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş iddiaçıya olan borcu, iddiaçı tərəfindən ona dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq qaytarmamışdır. Bu səbəbdən, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh iddiaçıya qarşı «borc müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında 23 may 2018-ci il tarixdə Bakı şəhəri 5 saylı Notariat Kontorunda bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia üzrə iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə əslində görünüş üçün bağlanmışdır. Belə ki, Türkiyə Respublikasının vətəndaşı olan cavabdeh saç ustasıdır. 2002-ci ildə işləmək üçün Bakıya gəlmiş və 2015-ci ildə iddiaçı ilə tanış olmuşdur. İddiaçının “Türk Star” gözəllik salonu var idi və o, cavabdehə, həmin salonda işləməyi, bunun əvəzində qazancının yarısını ona (iddiaçıya) verməyi, bunun üçün isə aralarında borc müqaviləsinin bağlanmasını təklif etmişdir. Cavabdeh iddiaçının təklifi ilə razılaşmış və xx.xx.2015-ci il tarixdə cavabdeh ilə iddiaçı arasında yazılı “İcarə müqaviləsi” bağlanmışdır. Aralarında olan razılığa görə iddiaçı ilə cavabdeh arasında notarial qaydada “Kredit müqaviləsi” bağlanmalı idi. Həmin vaxt cavabdehin Azərbaycan Respublikasında yaşamaq üçün icazə müddəti baş a çatdığı üçün iddiaçı ilə ilk dəfə cavabdehin özü ilə deyil, arvadı (iş üzrə tərəf olmayan) X1 ilə xx.xx.2015-ci il tarixdə “Kredit müqaviləsi” bağlamışdır. Həmin müqavilədə qeyd edilmişdir ki, Z.Qənbərova iddiaçıdan guya 9.000 manat məbləğində pulu 1 ay müddətinə borc almışdır. Bundan sonra, yəni xx.xx.2016-cı il tarixdə cavabdeh özü iddiaçı ilə “Kredit müqaviləsi” bağlamışdır. Müqavilədə qeyd edilmişdir ki, cavabdeh iddiaçıdan guya 12.500 manat məbləğində pulu 4 ay müddətinə borc almışdır. Aralarında bağlanmış sonuncu müqavilə isə xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsi” olmuşdur. Bu müqavilədə isə qeyd edilmişdir ki, cavabdeh iddiaçıdan guya 15.000 manat məbləğində pulu 6 ay müddətinə borc almışdır. Bu müqavilə bağlandıqdan qısa bir zaman ərzində cavabdeh ilə iddiaçının münasibət ləri pisləşmiş və cavabdeh iddiaçıdan icarəyə götürdüyü gözəllik salonunu iddiaçıya qaytararaq iddiaçı ilə aralarında olan iş birliyini pozmuşdur. Lakin iddiaçı hər vəchlə cavabdehin işinə maneə olmağa çalışır, ona işləməyə imkan vermir. Cavabdehə qarşı qaldırdığı əsassız iddia ilə də məqsədi cavabdehin işinə maneə olmaq və ona təsir etməkdir. Cavabdeh bildirir ki, o, Azərbaycan Respublikasının qanunlarını bilmir və iddiaçı bundan istifadə etmiş, borc müqaviləsinə imza etdirməyə nail olmuşdur. Əslində, cavabdeh, iddiaçıdan borc almamış, belə bir müqavilə bağlamaq niyyətində olmamışdır.

9. Birinci instansiya məhkəməsində ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ilk iddiaya etiraz edərək “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə vermişdir.

10. Ərizə onunla əsaslandırıl mışdır ki, ilkin iddia üzrə iddiaçı, cavabdehə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” ilk iddia ilə birinci instansiya məhkəməsinə müraciət etsə də, bu kimi iddianın irəli sürülməsi üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Buna görə də, ilk iddia hər bir halda təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsində ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) qarşılıqlı iddiaya etiraz edərək göstərmişdir ki, cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsi” görünüş üçün bağlanmamışdır. Müqavilə, onda nəzərdə tutulmuş real münasibətlərin rəsmiləşdirilməsi üçün bağlanmış və cavabdeh ondan 15.000 manat məbləğində pulu həqiqətən də borc almışdır. Müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitmiş və o, “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” ilk iddianı 3 illik iddia müddəti çərçivəsində, yəni heç 2 il keçmədiyi zamanda məhkəməyə vermişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.F.Cəfərov) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1103/2022 nömrəli iş üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Nizamettin oğluna qarşı ilk iddiası təmin edilmiş, Cavabdeh Nizamettin oğlundan 15.000 manat borc tutularaq İddiaçı ödənilməsi qət edilmiş, Cavabdeh Nizamettin oğlunun İddiaçı qarşı «borc müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etməmiş və i ddiaçı qarşısında aldığı borc məbləği həddində məsuliyyət daşıyır. İlk iddia üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, tərəflər arasında borc müqaviləsi 23 may 2018-ci il tarixdə bağlanmışdır, ilk iddia üzrə iddiaçı iddia müddəti ərzində, 02 iyun 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, ilk iddia üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təmin edilə bilməz. İlk iddia əsaslıdır və təmin edilməlidir.

14. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçının mübahisələndirdiyi əqdin etibarsız hesab edilməsi üçün qanuni əsas yoxdur. Müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvaf iq maddi hüquq normalarında öz əksini tapmışdır. Hazırkı iş üzrə qeyd olunan əsaslar müəyyən edilmir. Bu səbəbdən, qarşılıqlı iddia təmin edilə bilməz.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 385.1, 386.1, 442445, 448.1, 739.1, 739.2, 740.1, 740.2 və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmi şdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5106/2022 nömrəli mülki iş üzrə 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

20. Kollegiya qeyd etmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) bildi rmişdir ki, o, xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsini” iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) təkidi ilə, iddiaçının, aralarında olan iş münasibətlərindən istifadə edərək onu aldatması və ona edilmiş təsirlər nəticəsində bağlamışdır. Buna görə də, müqavilə Mülki Məcəllənin 339-cu maddəsinin tələblərinə zidd olduğu üçün etibarsız sayılmalıdır.

21. Apellyasiya instansiyası məhkəməsi mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 339-cu maddəsinə görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan“əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifa də etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

22. Məhkəmə kollegiyası cavabdehin istinad etdiyi və yuxarıda qeyd edilmiş maddi hüquq normasının tələblərini nəzərə alaraq qeyd edir ki, onun göstərdiyi əsaslarla müqavilənin (sazişin, əqdin) etibarsız hesab edilməsi üçün cavabdeh sübut etməlidir ki, o, iddiaçının onu aldatması və ona təsir etməsi nəticəsində müqaviləni bağlamışdır.

23. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmasın. İşin faktiki hallarından isə müəyyən olunur ki, tam fəal iyyət qabiliyyətli olan cavabdeh iddiaçı ilə xx.xx.2018-ci il tarixdə notariat qaydasında “Kredit müqaviləsi” bağlayarkən özünün sərbəst iradə ifadəsini nümayiş etdirmiş, müqaviləni imzalamışdır. Müqavilənin şərtləri kifayət qədər aydın və səlis şəkildə ifadə olunmuşdur. Cavabdeh qeyd edilən xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi üçün onun arvadı Z.Qənbərova ilə iddiaçı arasında notarial qaydada bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinə“, onun özü ilə iddiaçı arasında xx.xx.2016-cı il tarixdə notarial qaydada bağlanmış “Kredit müqaviləsinə”, habelə iddiaçının başqa şəxs ilə bağladığı “Kredit müqaviləsinə” istinad etsə də, bu kimi müqavilələrin mövcud olması iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsinin” ca vabdehin aldadılması ilə bağlanmasına dəlalət etmir, çünki, apellyasiya baxışı zamanı iş üzrə cavabdeh müqavilənin sonunda yazılmış “15.000 (on beş min) manat pulu aldım” cümləsinin şəxsən onun tərəfindən yazıldığını, azərbaycan dilini başa düşdüyünü, bu dildə sərbəst danışa və yaza bildiyini bildirdi. Odur ki, məhkəmə, qeyd edilən həmin müqavilələri qarşılıqlı iddianın əsaslı olmasına dəlalət edən sübut kimi qəbul etməmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, qarşılıqlı iddia əsassızdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı əsassız hesab edərək təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır. İş üzrə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsi” cavabdehin bildirdiyi kimi e tibarsız deyil.

24. Məhkəmə qeyd etmişdir ki, “Kredit müqaviləsi” bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. “Kredit müqaviləsində” belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. Borcverən olan iş üzrə iddiaçı “Kredit müqaviləsi“üzrə pulu borcalan olan cavabdehə təhvil vermiş və cavabdeh “Kredit müqaviləsinin” sonunda 15.000 manat məbləğində pulu aldığını yazmaqla borcun alındığı etiraf etmişdir. Bununla da, müqavilə bağlanmış hesab edilir.

25. Məhkəmə hesab etmişdir ki, borcverən olan iddiaçı cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi, yəni müqavilədə qeyd edilən pul məbləğini cavabdehə borc vermiş, borcalan olan cavabdeh isə, həmin pul məbləğini 6 ay ərzində qaytarmaq barədə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

26. Kollegiya müəyyən etmişdir ki, borcalan olan cavabdeh kreditor olan iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün mülki məsuliyyət daşıyır. İlkin iddia əsaslıdır. Birinci instansiya məhkəməsi ilkin iddianı əsaslı hesab etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır.

27. Bundan başqa cavabdeh bildirir ki, ilk iddia üzrə iddiaçı ona qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi ba rədə” ilk iddia ilə birinci instansiya məhkəməsinə müraciət etsə də, bu kimi iddianın irəli sürülməsi üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Buna görə də, ilk iddia hər bir halda təmin edilməməlidir. İddiaçı isə bildirir ki, onunla cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” müddəti xx.xx.2018-ci il tarixdə bitmiş və o, “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” ilk iddianı 3 illik iddia müddəti çərçivəsində, yəni heç 2 il keçmədiyi zamanda məhkəməyə vermişdir. Göstərilənləri nəzərə alan məhkəmə qeyd etmişdir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1.).

28. Kollegiya həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tari xli “Kredit müqaviləsindən“ görünür ki, müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. İş materiallarından görünür ki, ilk iddia ərizəsi xx.xx.2020-ci il tarixdə, yəni 3 illik iddia müddəti çərçivəsində birinci instansiya məhkəməsinə verilmişdir. Odur ki, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərindən ilk müzakirə edilən məsələnin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, ilk iddia üzrə iddiaçı iddia müddətini ötürməmişdir.

29. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi bu nəticəyə gəlməkdə və 15.000 manat məbləğində pulu cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şik ayətinin dəlilləri

30. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanılmış müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun deyil və bu səbəbdən də onun etibarsız hesab edilməsi üçün əsaslar mövcuddur. Cavabdeh onun Azərbaycan Respublikasının qanunvericilyini bilmədiyini görərək, aldatmış, ona qeyd etdiyi şərtlərlə borc müqaviləsinə imza etdirmişdir. O, belə bir şərtlər nəzərdə tutan müqavilə bağlamaq niyyətində olmamış və belə bir müqavilə bağlamamışdır. Əqdin təməl qurucusu iradə ifadəsidir. İradə ifadəsi ilə yanaşı, həmin iradə ifadəsi eyni zamand a mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilməlidir. İradə ifadəsi əqdin əsas tərkib elementidir, bir qayda olaraq hüquqi nəticələr onunla əlaqələndirilir. İradə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün əsaslandırılmış və determinasiya edilmiş istəkdir. İradə subyektlərinin davranışının psixi tənzimlənməsi prosesidir. O isə cavabdehlə mübahisələndirilən müqaviləni bağlamaq arzusu və istəyində olmamışdır. Elə bir niyyəti də olmamışdır. Məhkəmə tərəflər arasında bağlanılmış borc müqaviləsinin müqavilənin standart çərtlərinə uyğun olub-olmaması aydınlaşdırmamış və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi onun cavabdehin “Türk Star“ gözəllik salonunda işləməyini, həmin işi ilə əlaqədar olaraq həyat yoldaşı X 2 ilə İddiaçı arasında ilk dəfə 14 iyun 2015-ci ildə 9000 manatlıq eyni məzmunlu borc müqaviləsinin olmasını, 2018-ci ilin ilk aylarına kimi orada işləməyini, cavabdehin aralarında olan razılaşmaları pozduğunu, qazancın daha çox hissəsini özünə götürdüyünə və məlzəmələri də ona aldırdığı üçün başqa bir salona işləməyə keçməyini, lakin iki aydan sonra yenə İddiaçı salonuna qayıtmalı olduğunu, həmin vaxt İddiaçı yenə ona işləyərək qazancının yarısını ona verməli olduğunu və buna görə də daha böyük məbləğdə borc müqaviləsi imzalamalı olduğunu, burdan başqa yerə gedə bilməməyini və beləliklə məlum 23 may 2018-ci il tarixdə Bakı şəhəri 5 saylı Notariat kontorunda 15000 manatlıq kredit müqaviləsi (mahiyyətini bilmədiyi) imzalamağını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi yalnız ca vabdehlə aralarında olan “kredit” müqaviləsinə əsasən nəticəyə gəlmiş, lakin məhkəməyə təqdim etdiyi digər “kredit“müqavilələrinin mövcudluğuna, həmin kredit müqavilələrinin də eyni səbəbdən mövcudluğuna heç bir hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan“əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (a ğır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

34. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

35. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real t əhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

36. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

37. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başl anır.

38. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

39. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

40. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

41. Maddə 740.2. Borc müqaviləsi predmetin in məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarş ılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiy indən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Notarial qaydada bağlanmış borc müqaviləsi bağlanan zaman iradə ifadəsinin qüsurlu olması nəticəsinə gəlmək üçün cavabdeh(qarşılıqlı iddiaçı) tərəfindən məhkəməyə tutarlı sübutlar təqdim edilməlidir. Lakin iddiaçı qarşıl ıqlı iddia ərizəsində göstərdikləri faktları birbaşa təsdiq edən hər hansı sübutu birinci və apellyasiya məhkəmlərinə təqdim etməmişdir.

55. Tərəflər arasında kredit müqaviləsinin notariat orqanında bağlanması, məbləğin məhz cavabdeh tərəfindən alınması barədə müqavilədə qeydin olduğu və həmin faktları təkzib edən mötəbər sübutların olmaması halında müqavilənin puç və ya etibarsız əqd adlandırması barədə iddia əsaslı hesab edilə bilməz.

56. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 1 4.2 və 77.1-ci maddələri).

57. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

58. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

59. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya məhkəməsi tərəfindən ətraflı qiymət v erilmişdir və məhkəmə kollegiyası həmin mövqe ilə razılaşır və hesab edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

60. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: Cavabdeh Nizamettin oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5106/2022 nömrəli iş üzrə 26 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar