Məhkəmə qərarları › İş №2(102)-5567/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5567/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5567/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5567/2022 Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iş məhkəmədə baxılmalı deyil Bakı şəhəri 17 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatın verilməsi" tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4884/2022 nömrəli mülki iş üzrə 02 avqust 2022-ci il tarixli qərardadından İddi açı tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-100/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə cavabdeh X1 (bundan sonra-iddiaçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 04 oktyabr 2007-ci il tarixli RB/FS-1836 saylı kredit müqaviləsi üzrə 5864 ABŞ dolları əsas kredit borcu, 7222 ABŞ dolları 94 sent faiz borcu, cəmi 13086 ABŞ dolları 94 sent kredit borcu ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, 25 sentyabr 2008-ci il tarixli RB/FS-2165 saylı kredit müqaviləsi üzrə 1564 manat əsas kredit borcu, 1905 manat 49 qəpik faiz borcu, cəmi 3469 manat 49 qəpik kredit borcu, 04 mart 2009 -cu il tarixli RB/FS-2256 saylı kredit müqaviləsi üzrə 16775 manat əsas kredit borcu, 11227 manat 55 qəpik faiz borcu, 500 manat dəbbə pulu, cəmi 28502 manat kredit borcu, 01 sentyabr 2009-cu il tarixli şəxsi kredit kartlarına kredit xəttinin verilməsi haqqında RB/FS-497 saylı müqavilə üzrə 1951 manat 03 qəpik əsas kredit borcu, 1333 manat 37 qəpik faiz borcu, cəmi 3284 manat 40 qəpik kredit borcu, 25 fevral 2010-cu il tarixli RB/FS-2483 saylı kredit müqaviləsi üzrə 5150 manat əsas kredit borcu, 5340 manat 25 qəpik faiz borcu, 300 manat dəbbə pulu, cəmi 10790 manat 25 qəpik kredit borcu, həmçinin 20 manat dövlət rüsumu vəsaitinin tutulması, iddia ərizəsinin qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(006 )100/2013 saylı icra vərəqəsinə əsasən iddiaçının Əmanətlərin Sığortalanması Fondunda işləməyi müəyyən edilmiş və tələb icra və probasiya şöbəsi tərəfindən əmək haqqının 50%-nə yönəldilmişdir. 3. “Azərbaycan Kredit Bürosu” MMC-dən xx.xx.2021-ci il tarixli SF-19043 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasına əsasən, İddiaçı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehə kreditin qalıq məbləği 4.219,73 manat, faiz məbləği 8.914,73 manat; xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehə kreditin qalıq məbləği 13.744,85 manat, faiz məbləği 14.277,72 manat; xx.xx.2008-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehə kreditin qalıq məbləği 1.281,49 manat, faiz məbləği 2.535,33; xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə kreditin qalıq məbləği 4.804,7 5 manat, faiz məbləği 7.694,53 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında 28 fevral 2019-cu il tarixədək bağlanmış kredit müqavilələri və Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 avqust 2013-cü il tarixli, 2(006)-100/2013 saylı qətnaməsinin icrası ilə bağlı 22 fevral 2005-ci il tarixli kredit müqaviləsi üzrə 1598,61 ABŞ dolları əsas kredit borcundan 1953,76 (1466 + 487,76) manat kompensasiya çıxılması və həmin kredit üzrə faizlərin silinməsi, qalan kredit müqavilələri üzrə isə borcunun olmamasının müəyyən edilməsi və borclu olmamağı barədə qeydin aparılmasının Cavabdeh ASC-nin öhdəsinə qoyulması barədə qətnamə qəbul edilməsi ni məhkəmədən xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh arasında müxtəlif dövrlərdə kredit müqavilələri bağlanmış, tərəfindən müqavilə üzrə öhdəlikləri vaxtlı-vaxtında icra olunmuş, lakin bir müddət maddi vəziyyəti ilə bağlı icrasını gecikdirmişdir. Onun yalnız qeyd olunan 1 kredit müqaviləsi üzrə borcu qalmışdır ki, həmin kredit də Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və bank həmin Fərmanla öz üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və 1953,76 (1466 + 487,76) manat kompensasiyanı əsas borcundan çıxmamış, 1700,21 ABŞ dolları faiz borcunu silməmişdir. Bununla əlaqədar olaraq 09 dekabr 2020-ci il tarixdə cavabdehə ərizə yazaraq onu n 1598,61 ABŞ dolları əsas və 1700,21 ABŞ dolları faiz borcu üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun kompensasiyanın ödənilməsini təmin edilərək və adına qalan borcları şəxsi hesabından silinməsi, həmçinin tərəfindən qeyd olunan dərhal ödənildikdən sonra ona borcunun olmaması barədə arayış verilməsini bildirmişdir. Cavabdehin imtinası əsassızdır və cavabdeh ona köməklik göstərmək əvəzinə, cavab məktubunda ona hədə-qorxu gəlir və icra və probasiya şöbəsi vasitəsilə təzyiqlər edir. Tərəfindən cavabdeh banka olan borcu tam ödənilmiş və bu barədə məlumatlar “Azərbaycan Kredit Bürosu’' MMC-yə aid kredit tarixçəsini əlavə edilsə də, öz üstün mövqeyindən sui-istifadə edərək, ondan yenidən pul tələb edir.

6. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanılmış 04 oktyabr 2007-ci il tarixli RB/FS-1836 saylı kredit müqaviləsi, 25 sentyabr 2008-ci il tarixli RB/FS-2165 saylı kredit müqaviləsi, 01 sentyabr 2009-cu il tarixli RB/FS497 saylı kredit müqaviləsi, 04 mart 2009-cu il tarixli RB/FS-2256 saylı kredit müqaviləsi və 25 fevral 2010-cu il tarixli RB/FS-2483 saylı kredit müqaviləsi üzrə kredit borcunun olmaması barədə məlumatın iddiaçı və "xxxx" MMC-yə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-158/2022 nömrəli iş üzrə 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) iddia r ədd edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə kredit borcunun olması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir. Bu faktın hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, yenidən sübut edilməsi yolverilməzdir və artıq müəyyən edilmiş hesab edilməlidir.

9. Həmçinin müəyyən edilmişdir ki, həmin qətnamə qanun qüvvəsini aldıqdan sonra İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə mövcud olan borc üzrə hər hansı məbləğdə pul vəsaiti daxil edilməmişdir. İddiaçı 26 avqust 2013-cü il tarixli, 2(006)100/2013 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən, müəyyən edilmiş müddət ərzində tələbi könüllü qaydada icra etmədiyindən, barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat məhkəməyə təqdim edilmiş, nəticədə İddiaçı bu hüququ Göyçay Rayon Məhkəməsinin 8(046)-91/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə məhdudlaşdırılmışdır. Bundan başqa Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(006)-100/2013 saylı icra vərəqəsinə əsasən tələb icra və probasiya şöbəsi tərəfindən İddiaçı Əmanətlərin Sığortalanması Fondunda aldığı əmək haqqının 50%-nə yönəldilmişdir. 10. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə İddiaçı cəmi 6.642,78 manat məbləğində kompensasiyanın hesablandığı, məhkəmə araşdırması zamanı isə tərəfindən Cavabdeh ASC-yə məxsus hesaba 1.210 manat məbləğində pul köçürüldüyü mü əyyən edilsə də, məhkəməyə təqdim edilmiş ekspert rəylərinə əsasən bu məbləğlərin kredit müqavilələrindən hansının icra edilməsinə yönəldildiyini müəyyən etmək mümkün olmamışdır. Ümumiyyətlə məhkəməyə təqdim edilmiş ekspert rəylərində iddiaçının mübahisəli kredit müqavilələri üzrə yaranmış borclarının tam ödənildiyi qeyd edilmişdir.

11. İddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi "xxxx" MMCnin xx.xx.2019-cu il tarixli SF-21672 saylı Çıxarışı ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılsa da, verilmiş məlumatların daxil edilməsi Büronun əməkdaşlarının səlahiyyətindədir və bank məlumat təchizatçısı kimi səhv daxil edilmiş məlu matlara düzəlişlərin edilməsini tələb etmək hüququna malikdir. Belə ki, “Azərbaycan Kredit Bürosu” MMC-dən xx.xx.2021-ci il tarixli SF-19043 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh ASC-yə kreditin qalıq məbləği 4.219,73 manat, faiz məbləği 8.914,73 manat; xx.xx.2009- cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh ASC-yə kreditin qalıq məbləği 13.744,85 manat, faiz məbləği 14.277,72 manat; xx.xx.2008-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh ASC-yə kreditin qalıq məbləği 1.281,49 manat, faiz məbləği 2.535,33; xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh ASC-yə kreditin qalıq məbləği 4.804,75 manat, faiz məbləği 7.694,53 manat təşkil edir.

12. Birinci instansiya məhkəməsi öhdəliyə xitam verilməsi üçün əsaslar müəyyən etmədiyindən iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir.

13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 425.2, 527, 528-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4884/2022 nömrəli iş üzrə 02 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mü lki iş üzrə icraata xitam verilmişdir.

16. Apellyasiya instansiya məhkəməsi işin hallarına, iddia tələbinin hüquqi təbiətinə, əsasən hesab etmişdir ki, hazırki məsələ icra icraatı qaydasında həll edilməli məsələ olmaqla, ona mülki mühakimə icraatı qaydasında baxıla bilməz.

17. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının hazırki tələbi də məhz qanuni qüvvədə olan məhkəmə aktının icrası sahəsində qətnamə ilə müəyyən olunmuş kredit borclarının bağlanıb-bağlanmaması və s. bu kimi hallarla bağlıdır.

18. Həmin məsələ isə yeni iddia vermək yolu ilə deyil, yalnız icra qaydasında («İcra haqqında» Qanunun və MPM-nin 231 və əlaqəli digər maddələrinin tələbləri çərçivəsində) həll oluna bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydas ını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər.

19. Məhkəmə qərarına əsasən bu kimi mübahisələrin icra qaydasında həll olunması, həmçinin qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Çünki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsi nə yönəlmişdir. 20. “İcra haqqında” Qanunun tələblərinə görə məhkəmə qərarı tam icra olunursa və ya sonradan hər hansı hüquqi əsasın baş verməsinə görə (məsələn, iddiaçının da istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlıəlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanının icra ilə bağlı) borcltərəfindən icra sənədində göstərilən pul vəsaitinin tam ödənilməsi (və ya ümumiyyətlə ödənilməli olmaması) tələb olunmursa icra məmuru müvafiq qərar qəbul edir. Eyni zamanda, icra məmuru icra sənədi üzrə qalıq borc məbləğini müəyyən etməklə, icranın qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi istiqamətində hərəkətlər edir. Tərəflər isə icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizl iyindən) qanunla müəyyən olunmuş formada və qaydada şikayət vermək hüququna malikdirlər. Bununla yanaşı, yuxarıda qeyd edilən normada göstərildiyi kimi icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət” eyni zamanda məhkəmə tərəfindən də öz səlahiyyətləri daxilində həyata keçirilir. Lakin, belə nəzarət yeni iddia vermək yolu ilə deyil, MPM-in 230,231, 232 və digər normaları, həmçinin “İcra haqqında” Qanunun tələbləri çərçivəsində həyata keçirilir.

21. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qayd asında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) qaydasında baxılmalı olmasını ehtiva edir.

22. Beləliklə, məhkəmə kollegiyası, hesab etmişdir ki, iddiaçı məhkəmə qərarının icrası zamanı yaranan müvafiq mübahisəli məsələni yeni iddia vermək yolu ilə həll etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən halları nəzərə almamış, əsassız olaraq həmin iddia ərizəsini icraata qəbul edərək, işə mülki məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmışdır. Belə olan halda isə, yəni birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, nəticədə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şik ayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış və şikayətin hüquqi əsası kimi Mülki Məcəllənin 261.0.1 və “İcra haqqında” Qanunun 20.1.5ci maddələrinin mübahisəyə düzgün tətbiq olunmadığına istinad olunmuşdur. b)

25. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 261.0.1. İş məhkəmədə ”və ya mülki məhkəmə icraatı qaydasında”baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 2

7. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilməklə, sonra müvafiq qərarla yekunlaşır. Həmin qərarlardan biri də icraata xitam verilməsidir. Yəni, məhkəmə qərarı tam icra olunursa və ya sonradan hər hansı hüquqi əsasın baş verməsinə görə (məsələn, iddiaçının da istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlıəlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanının icra ilə bağlı) borclu tərəfindən icra sənədində göstərilən pul vəsaitinin tam ödənilməsi (və ya ümumiyyətlə ödənilməli olmaması) tələb olunmursa icra məmuru müvafiq qərar qəbul edir.

34. Eyni zamanda icra məmuru icra sənədi üzrə qalıq borc məbləğini müəyyən etməklə, icranın qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi istiqamətində hərəkətlər edir. Tərəflər isə icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) qanunla müəyyən olunmuş formada və qaydada şikayət vermək hüququna malikdirlər.

35. Məhkəmə kollegiyas hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4884/2022 nömrəli mülki iş üzrə 02 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar