Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-185/2025 16.01.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Şabran Rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh3, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh5nə qarşı qaz, su və kanalizasiya xətlərinin, elektrik enerjisi xəttinin çəkilməsi məqsədilə bələdiyyəyə məxsus özgənin qanunsuz istifadəsində olan torpaq sahəsindən, qonşunun mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun açılması və çıxarışın ləğvi tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Şabran Rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh3, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh5nə qarşı qaz, su və kanalizasiya xətlərinin, elektrik enerjisi xəttinin çəkilməsi məqsədilə bələdiyyəyə məxsus özgənin qanunsuz istifadəsində olan torpaq sahəsindən, qonşunun mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun açılması və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən ona Şabran bələdiyyəsi tərəfindən 6 iyun 2023-cü il rarixdə satılmış, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X30 tərəfindən 4 iyul 2023-cü ildə ********** nömrəsi ilə qeydə alınmış, 15 iyun 2023-cü il tarixli çıxarışı, B 088198 nömrəli torpaq sahəsini planı və ölçüsü olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə işıq, qaz, su və kanalizasiya sistemlərinin çəkilməsi məqsədilə X5 miras qalmış şəhid İddiaçı küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə su və kanalizasiya sistemlərinin çəkilməsi məqsədilə 5 metr enində gedişgəliş yolunun verilməsi, cavabdeh Şabran bələdiyyəsinə məxsus və Cavabdeh2 qanunsuz istifadəsində olan 375 m2 torpaq sahəsindən ona Şabran bələdiyyəsi tərəfindən 6 iyun 2023-cü il tarixdə satılmış, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X30 tərəfindən 4 iyul 2023-cü ildə ********** nömrəsi ilə qeydə alınmış, 15 iyun 2023-cü il tarixli çıxarışı, B 088198 nömrəli torpaq sahəsini planı və ölçüsü olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə, X5 miras qalmış şəhid İddiaçı küçəsi ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə su və kanalizasiya sistemlərinin çəkilməsi məqsədilə 5 metr enində gediş-gəliş yolunun verilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X30 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına ünvan 1 ünvanında aşkar edilmiş fərdi yaşayış evinə verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atasından miras qalmış, vaxtilə Ş.Vahabzadə küçəsi, 28 ünvanında yerləşmiş, hal-hazırda şəhid Tərlan Kərimov küçəsi, 38 ünvanında yerləşən evdə yaşayır. Yaşadığı ev və 6 iyun 2023-cü ildə Şabran bələdiyyəsinə məxsus torpaq sahəsi kimi ona satılmış torpaq sahəsində inşa etdiyi evin yerləşdiyi torpaq sahəsi vaxtilə nənəsi X12 məxsus 1352,4 m2 torpaq sahəsinə daxil idi. X2 adına orada ev olmuşdur. Həmin evə 1962-ci ildə Sumqayıt Zona Texniki İnventarlaşdırma Bürosunun Dəvəçi Rayon Sahəsi tərəfindən 1516 nömrəli texniki pasport tərtib edilmişdir. Nənəsinə məxsus evə gediş-gəliş yolu olmuşdur. Yəni indiki Babək Abidov küçəsinə çıxış yolu olmuşdur. 1953-cü ildə atasının iddia tələbinə əsasən həmin torpaq sahəsi məhkəmə qaydasında bölünmüş, 656,6 m2 atasının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində atası tərəfindən inşa edilmiş fərdi yaşayış evinə də 1962-ci ildə Sumqayıt Zona Texniki İnventarlaşdırma Bürosunun Dəvəçi Rayon Sahəsi tərəfindən 1512 nömrəli texniki pasport tərtib edilmişdir. Həmin evin o zaman 26 Bakı Komissarı adlanan küçəyə çıxış yolu olmuşdur. X2 adına olan evə 1962-ci ildə Sumqayıt Zona Texniki İnventarlaşdırma Bürosunun Dəvəçi Rayon Sahəsi tərəfindən tərtib olunmuş 1516 nömrəli texniki pasportun surətini almaq üçün Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şabran rayon şöbəsinin müdiri Vəli Vəliyevə 2012-ci ildə müraciət etmişdir. O, pul vermədiyinə görə ona texniki pasport verilməmişdir. Tikdiyi evə hal-hazırda heç yerdən gediş-gəliş yolu yoxdur və bu səbəbdən işıq, qaz, su və kanalizasiya çəkdirə bilmir. Su və kanalizasiya qovşağı Cavabdeh2 tərəfindən ləğv edilmişdir. Bir neçə il bundan əvvəl RAMKO şirkəti şəhələrində, o cümlədən yaşdığı küçəyə şəhərin baş planına uyğun su və kanalizasiya xətləri çəkmişdir. X12 məxsus ev şəhərin baş planında öz əksini tapdığına görə qeyd etdiyi gediş-gəliş yolunun başında su və kanalizasiya xəttinə qoşulması üçün qovşaq inşa edib qoymuşdur. Qeyd edir ki, atasından miras qalmış hal-hazırda yaşadığı evin də kanalizasiya xətti yoxdur. Hal-hazırda, faktiki olaraq Şabran bələdiyyəsinə məxsus 375 m2 torpaq sahəsi, inşa etdiyi evə gediş-gəliş yolu qonşu Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetindən torpaq sahəsinin təyinatının, kateqoriyasının dəyişdirilməsinə rəy almadan zəbt olunmuşdur. Qanunsuz zəbt olunan torpaq sahəsinin hasara alınması üçün, hasar tikilməsi üçün aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən razılıq, icazə almadan hasara alınıb həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Bununla əlaqədar Şabran bələdiyyəsinə müraciət etmiş, yol istəmişdir. Bələdiyyə onun şikayətinə baxmamışdır. Məhkəmədə iddia qaldırmaq məqsədilə vəkil vasitəsilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvan 3 ünvanında yaşayan Cavabdeh2 Yasəf oğlunun yaşadığı fərdi evə və evin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə təqdim olunan ilkin torpaq ayırma sənədlərinin, çıxarışın surətini və İddiaçı ünvan 4 ünvanında yerləşən və faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri barədə məlumatın verilməsi ilə bağlı 28 iyul 2021-ci ildə sorğu göndərilmişdir. Vəkil sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 3 avqust 2021-ci il tarixdə **********29-nömrəli cavab məktubu göndərilmişdir. Cavab məktubunda 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən Cavabdeh2 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə və İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evlərinə dair sənədlər aşkar edilmədiyi, Cavabdeh2 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 7 ünvanında fərdi yaşayış evi aşkar edildiyi, Cavabdeh2 məxsus xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 8 ünvanında fərdi yaşayış evinə dair çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Onun Şabran bələdiyyəsinə qarşı bələdiyyə mülkiyyətində olan sahədən zəruri yol və keçid tələbi barədə iddiasına əsasən Şabran Rayon Məhkəməsində hakim İlqar Cabbarovun sədrliyi ilə 19 oktyabr 2023-cü ildə mülki işə baxılıb İddiaçı cavabdeh Şabran şəhər bələdiyyəsinə qarşı ona mülkiyyətində olan torpaq sahəsindən ictimai yola eni 4 metr, uzunluğu 15 metr olmaqla yol və keçid verilməsinə dair iddiasının təmin edilməməsi barədə 2(031)-723/2023 saylı qətnamə çıxarılmışdır. İddia ərizəsi məhkəməyə daxil olan gündən 3 ay müddətində 3 məhkəmə prosesi keçirilmişdir. Şabran şəhər bələdiyyəsi məhkəməyə üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə torpaq sahəsini, gediş-gəliş yolunu Cavabdeh2 zəbt etdiyinə görə o, iddianı ona qarşı qaldırmalıdır. Bu səbəbdən iddiasını təmin etməmişdir. Sonradan özünün apardığı araşdırma nəticəsində həmin ərazidə Şabran bələdiyyəsinə məxsus 375 m2 torpaq sahəsi olduğu məlum olmuşdur. İstədiyi yol Şabran bələdiyyəsinə məxsus 375 m2 torpaq sahəsindən də keçəcək və həmin torpaq sahəsi Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilmişdir. Şabran Rayon İcra Hakimiyyətinə, Şabran rayon prokuroruna şikayət etsə də, şikayətinə baxılmamışdır. Məhkəmə iddiasını təmin etməmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin vəkil sorğusuna verdiyi xx.xx.2021-ci il tarixli, **********29 nömrəli cavab məktubundan Ş.Vahabzadə küçəsi, ev 7 ünvanında yaşayan Cavabdeh2 qeyd edilən ünvanda yaşadığı fərdi yaşayış evə və evin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə sənədlərin aşkar edilməməsi qeyd edilmişdir. Qeyd edir ki, hazırda Cavabdeh2 yaşadığı evin ünvanında küçənin adı dəyişdirilib Babək Abidov küçəsi, ev 7 olmuşdur. Cavabdeh2 adına Ş.Vahabzadə küçəsi, ev 7 ünvanında yaşayış evinin aşkar olunmasına gəldikdə isə hesab edir ki, evə saxta texniki pasport tərtib edilmişdir. Hesab edir ki, Cavabdeh2 qanunsuz istifadəsində olan Şabran bələdiyyəsinə məxsus və Cavabdeh2 məxsus mülkiyyətində olan torpaq sahəsindən onun inşa etdiyi fərdi yaşayış evinə gediş-gəliş yolu verilməlidir. Həmin yol vasitəsilə inşa etdiyi evə işıq, qaz, su və kanalizasiya sistemi çəkilməlidir. X1 miras qalmış Şabran şəhəri, şəhid İddiaçı küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə də su və kanalizasiya xətləri çəkilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şabran Bələdiyyəsinin nümayəndəsi X4 iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh3, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh5 və mütəxəssis X21 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, iclasda iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmiş və etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X21 mütəxəssis rəyinin doğruluğunu təsdiq etmiş, Şabran şəhəri ünvanında yerləşən sözügedən torpaq sahəsindən ictimai yola keçid cənub sərhədinə bitişik olan İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-5541A, kodu 30401004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,07 ha torpaq sahəsindən məqsədəmüvafiq olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan texniki pasportdan görünür ki, X6 adına 26 ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)- 723/2023 saylı qətnamədən görünür ki, İddiaçı cavabdeh Şabran şəhər Bələdiyyəsinə qarşı ona mülkiyyətində olan torpaq sahəsindən ictimai yola eni 4 metr uzunluğu 15 metr olmaqla zəruri yol və keçid verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi ********** olan çıxarış və B seriyalı, 088198 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı mülkiyyətinə Şabran şəhəri ərazisində 0,05 ha torpaq sahəsi verilmişdir İş materiallarında olan 6 iyun 2023-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Şabran şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,05 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şabran bələdiyyəsinin ərazisində qeyd olunan ərazidə ümumi istifadədə olan, gediş-gəliş yolunun müəyyən edilməsi üçün yolun yerləşdiyi yerin koordinatlarının, döngələrinin müəyyən edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Ünvan Xidmətinə bələdiyyə tərəfindən sorğu göndərilməsi üçün Xaçmaz Regional Ədliyyə İdarəsinə, Şabran bələdiyyəsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 26 avqust 2024-cü il tarixli 3-16- 25/1-31/2024 saylı məktubdan görünür ki, müraciətlə bağlı Şabran rayonu Şabran bələdiyyəsindən müvafiq məlumat və sənədlər alınaraq öyrənilmişdir. Şabran rayonu Şabran bələdiyyəsinin regional ədliyyə idarəsinə təqdim etdiyi məlumatda bildirilir ki, onun tərəfindən Cavabdeh1nə müraciət edilərək uzun müddət istifadəsində olan bələdiyyə mülkiyyətinə məxsus 0,05 ha torpaq sahəsinin fərdi mənzil tikintisi məqsədilə sənədləşdirilməsini xahiş etmişdir. Müraciəti əsasında bələdiyyə tərəfindən sözügedən 0,05 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bəhs edilən torpaq sahəsində fərdi yaşayış evi inşa etdikdən sonra bələdiyyəyə təkrar müraciət edərək qonşusu Cavabdeh2 məxsus həyətyanı torpaq sahəsindən yeni tikdirdiyi yaşayış evinə gediş-gəliş yolunun açılmasını xahiş etmişdir. Bələdiyyə tərəfindən bələdiyyənin şəxsi mülkiyyətdə olan torpaq sahələri üzərində sərəncam vermək hüququnun olmaması barədə ona izah verilmişdir. Şabran rayonu Şabran bələdiyyəsinin təqdim etdiyi məlumatda qeyd olunanlardan sonra tərəfindən Şabran rayonu Şabran bələdiyyəsinə qarşı mülkiyyətində olan torpaq sahəsindən zəruri yol və keçid tələbi barədə Şabran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyi qeyd olunur. Şabran Rayon Məhkəməsinin 2(031)-723/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şabran rayonu Şabran bələdiyyəsinə qarşı zəruri yol və keçid tələbi barədə iddianız təmin edilməmişdir. Həmçinin Şabran bələdiyyəsinin məlumatında bələdiyyə tərəfindən mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə yan qonşusu Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin yaxınlığından ona yolun verilməsinin mümkünlüyü barədə məlumat verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdərəsinə müraciət edildiyi bildirilir. Qeyd olunan sorğuya Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilən cavabda Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin yaxınlığından İddiaçı yolun verilməsinin mümkünlüyünün müəyyən edilməsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X30 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən vəkil X15 ünvanlanmış 3 avqust 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və İddiaçı məxsus ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evlərinə dair sənədlər aşkar edilməmişdir. Cavabdeh2 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 8 ünvanında fərdi yaşayış evi aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq Cavabdeh2 məxsus 30,06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarışa əsasən Şabran şəhəri, Ş,Vahabzadə küçəsi, ev 24 ünavnında fərdi yaşayış evinə dair çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xidmətin Xaçmaz Ərazi Şöbəsinin əməkdaşları tərəfindən gedişgəliş yolunun açılmasını qeyd etdiyi həyətyanı torpaq sahəsinə iştirakı ilə baxış keçirilmiş və həmin ərazinin 0,05 ha olmaqla, 2023-cü ildə Şabran bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun olaraq alğı-satqı yolu ilə xüsusi müıkiyyətinə verildiyi məlum olmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən 0,05 ha ərazi ona ayrılarkən əvvəldən istifadəsində olmaqla, mülkiyyətində olan 0,07 ha torpaq sahəsinə bitişik olduğundan ora ayrıca yol nəzərdə tutulmamış və bu barədə həmin vaxt ona məlumat verilmişdir. Eləcə də aparılmış kameral araşdırma nəticəsində müvafiq elektron məlumat bazalarında həmin torpaq sahəsinə ayrıca yolun nəzərdə tutulmadığı, yol açılmasını tələb etdiyi ərazinin bir hissəsinin qonşusu Cavabdeh2 xüsusi mülkiyyətində, bir hissəsinin isə bələdiyyənin mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Həmçinin onun Şabran bələdiyyəsinə qarşı mülkiyyətində olan torpaq sahəsinə zəruri yol və keçid tələbi barədə iddiası Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-723/2023 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 354716 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X16 19 mart 2009-cu ildə ölmüşdür. İş materiallarında olan İddiaçı xx.xx.2021-ci il tarixdə verilən 005553 saylı vəsiqədən görünür ki, vəsiqəni təqdim edən şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İş materiallarında olan V-ЖГ seriyalı, 366162 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X13 ilə X10 birgə nikahından 6 oktyabr 1961-ci ildə İddiaçı doğulmuşdur. İş materiallarında olan xx.xx.1987-ci il tarixli arayışlardan görünür ki, X9 həqiqətən Dəvəçi şəhəri, 26 Bakı Komissarı küçəsində xüsusi evi və 1352,4 m2 torpaq sahəsi, X6 həqiqətən Dəvəçi şəhəri, 26 Bakı Komissarı küçəsində xüsusi evi və 656,6 m2 torpaq sahəsi vardır. İş materiallarında olan Dəvəçi Şəhər XDS İK-nin 17 may 1988-ci il tarixli, 5 nömrəli iclas portokolundan çıxarışdan görünür ki, Dəvəçi şəhər 26 Bakı Komissarı küçəsindəki 24 nömrəli evdə yaşayan X7 ehtiyacını nəzərə alıb ona sahəsində tövlə tikməyə icazə verilmişdir. İş materiallarında olan Dəvəçi Şəhər XDS İK-nin 31 mart 1988-ci il tarixli, 5 nömrəli iclas portokolundan çıxarışdan görünür ki, Dəvəçi şəhəri, 26 Bakı Komissarı küçəsi, 24 nömrəli evdə yaşayan mərhum X8 adına olan evin qərarı saxlanmadığı üçün 742 m2 torpaq sahəsində 600 m2 sahənin həmin ünvanın hesabında saxlanması, normadan artıq sahənin kəsilib şəhərin ictimai fonduna qatılması barədə xx.xx.1988-ci il tarixli, 1 nömrəli qərarı təsdiq edilmişdir. Mərhumun və onun vərəsələrinin adına yaşayış sahəsi 82,6 m2 ümumi sahəsi 124,7 m2 olan saman kərpicdən tikilmiş ikimərtəbəli binaya qeydə alınma vəsiqəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-5542A, kodu 30401004 olan şəhadətnamənin surətindən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 6 saylı qərarına əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə Dəvəçi şəhəri ərazisindən 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Dəvəçi Rayon İcra Hakimiyyəti Başçısının 17 iyul 2006-cı il tarixli, 273 saylı Sərəncamından görünür ki, Dəvəsi (ünvan 17 ünvanda Cavabdeh2 məxsus yaşayış mənzilinə aid həyətyanı torpaq sahəsi sahənin şərq tərəfindən olan istifadəsiz torpaq sahəsi hesabına 264 m2 genişləndirilərək 864 m2 təyin edilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********18-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışdan və texniki pasportdan görünür ki, Cavabdeh2 mülkiyyətinə ünvan 8 ünvanı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X30 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 24 iyun 2025-ci il tarixli, 3-21-3-34/2- 8157/2025 saylı mütəxəssis rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü İl tarixli çıxarışa əsasən Şabran şəhəri ünvanında yerləşən torpaq sahəsindən ictimai yola keçid cənub sərhədinə bitişik olan İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-5541A, kodu 30401004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,07 ha torpaq sahəsindən məqsədəmüvafiqdir. İddiaçı ictimai yola keçid üçün nəzərdə tutduğu yer torpaq sahəsinin cənub tərəfində yerləşən Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş ləğv edilmiş DT və XK-si tərəfindən tərtib olunmuş JN-5541A, kodu 30401004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X30 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən mülkiyyət sənədi verilmiş reyestr nömrəsi **********18-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan fərdi yaşayış evinə məxsus 0,07 ha torpaq sahəsidir. Şabran Rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-386 nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə keçmiş reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan 0,05 ha torpaq sahəsinə, Şabran bələdiyyəsi üçün ilkin torpaqayırma sənədləri hazırlanarkən torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktının xüsusi qeydlərində ayrılan torpaq sahəsi üçün yol nəzərdə tutulmamışdır. İddiaçı ictimai yola keçid üçün nəzərdə tutduğu yer Şabran şəhəri üçün ləğv edilmiş DT və XK-si tərəfindən və X11 X17 (TEKUİS)-də tərtib olunmuş xəritə məlumatlarında yol nəzərdə tutulmamışdır. Hər iki xəritə məlumatlarında həmin hissə Cavabdeh2 və ailə üzvlərinə məxsus torpaq sahəsi kimi göstərilmişdir. İş materiallarında olan Şabran Bələdiyyəsinin 28 aprel 2023-cü il tarixli, 7 saylı iclas protokolunun 3 nömrəli qərarından çıxarışdan görünür ki, Şabran bələdiyyəsinin hüquqları daxilində yerləşən Şabran şəhərinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaqlardan alğı-satqı predmeti olan 500 m2 və ya 0,05 ha torpaq sahəsinin məqsədili təyinatı ərazinin yerqurluşu təsərrüfat planına uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, bu torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə satılması ilə bağlı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X30 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli rəydən görünür ki, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 500 m2 (0,05 ha) torpaq sahəsi Şabran bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələrinin torpaq kateqoriyalı həyətyanı təyinatlıdır. Uqodiyası əkinə aiddir, bonitet balı İ zona keyfiyyət qrupuna daxildir və alğı-satqı predmetidir. İş materiallarında olan İddiaçı ərizəsindən görünür ki, Şabran bələdiyyəsinin hüdudları daxilində Şabran şəhəri ərazi vahidinin ərazisində yerləşən 500 m2 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən yarımçıq tikilinin bələdiyyə tərəfindən ona verilməsinə etiraz etməmişdir. İş materiallarında olan Şabran Rayon İH-nin Tikinti və Memarlıq şöbəsi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli, 380 saylı rəydən görünür ki, Şabran rayon İH-nin Tikinti və Memarlıq şöbəsində Şabran şəhəri ərazisindən Şabran bələdiyyəsinə məxsus torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə torpaq sahəsinin bilavasitə satılması ilə əlaqədar təqdim olunmuş sənədlərə baxılmış və sənədlərə əlavə olunmuş ərazinin yerləşdirilməsi planına uyğun sahədən 0,05 ha torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Şabran şəhəri ərazisində olan 0,05 ha torpaq sahəsi Şabran bələdiyyəsinin mülkiyyətinə aiddir. Mühafizə və sürüşmə zonasına aid deyildir. Bundan əlavə torpaq sahəsinin planından görünür ki, ayrılan torpaq sahəsi mişar daşı ilə metal torla ümumi hasarlanmış həyətyanı sahə daxilində vətəndaşın istifadəsində olan torpaq sahəsidir. Bu sahədən ayrılan torpaq sahəsinə yol nəzərdə tutulmamışdır. Daxilində fərdi yaşayış evi mövcuddur. Ərazidə kommunikasiya xətləri mövcud deyildir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2(031)-185/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Şabran Rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh3, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh5nə qarşı qaz, su və kanalizasiya xətlərinin, elektrik enerjisi xəttinin çəkilməsi məqsədilə bələdiyyəyə məxsus özgənin qanunsuz istifadəsində olan torpaq sahəsindən, qonşunun mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun açılması və çıxarışın ləğvi tələbinə dair iddiası üzrə icraata İddiaçı cavabdehlər Cavabdeh2, Şabran Rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh3, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh5nə qarşı çıxarışın ləğvi tələbinə dair hissəsində xitam verilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər. Məhkəmə tərəfindən sübutların müayinəsi və tədqiqi işdə iştirak edən şəxslərə məlumat verilməklə aparılır. Onların gəlməməsi müayinə və tədqiqatın aparılmasına mane olmur. Zəruri hallarda, müayinə və tədqiqatda iştirak etmək üçün ekspertlər, mütəxəssislər və şahidlər çağırıla bilər. Sübutlar olduğu yerdə müayinə və tədqiq edildikdən sonra dərhal protokol tərtib edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 202.3-cü maddəsinə əsasən müayinənin nəticələri məhkəmə iclasının protokoluna yazılır. Müayinə zamanı tərtib olunmuş və yoxlanılmış planlar, sxemlər, çertyojlar, hesablamalar, sənədlərin surətləri, müayinə zamanı çəkilmiş videoyazılar, yazılı və maddi sübutların fotoşəkilləri, habelə ekspertin yazılı rəyi və mütəxəssisin şərhi protokola əlavə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 175.3-cü maddəsinə əsasən əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Həmin Məcəllənin 238-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Həmin Məcəllənin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlarına, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqlarına, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara, xüsusi qorunan ərazilərin torpaqlarına, meşə fondu torpaqlarına, su fondu torpaqlarına və ehtiyat fondu torpaqlarına bölünür. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsi tələb olunmur. Həmin Məcəllənin 47-ci maddəsinə, eləcə də "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları, ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları bələdiyyə ehtiyat fondu torpaqlarıdır. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından aydın görünür ki, İddiaçı və ailə üzvləri hazırda torpaq sahəsindən cənubda yerləşən və özünə məxsus torpaq sahəsindən hərəkət edərək torpaq sahəsinə rahat daxil ola bilir. Bundan əlavə mütəxəssis rəyinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən Şabran şəhəri ünvanında yerləşən sözügedən torpaq sahəsindən ictimai yola keçid cənub sərhədinə bitişik olan İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-5541A, kodu 30401004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,07 ha torpaq sahəsindən məqsədəmüvafiqdir. Şabran Rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-386 nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə keçmiş reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan 0,05 ha torpaq sahəsinə, Şabran bələdiyyəsi üçün ilkin torpaqayırma sənədləri hazırlanarkən torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktının xüsusi qeydlərində ayrılan torpaq sahəsi üçün yol nəzərdə tutulmamışdır. Göründüyü kimi İddiaçı ictimai yola keçid üçün nəzərdə tutduğu yer Şabran şəhəri üçün ləğv edilmiş DT və XK-si tərəfindən və X11 X18 (TEKUİS)-də tərtib olunmuş xəritə məlumatlarında yol nəzərdə tutulmamış, hər iki xəritə məlumatlarında həmin hissə Cavabdeh2 və ailə üzvlərinə məxsus torpaq sahəsi kimi göstərilmişdir. Əlavə olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən xidmətin Xaçmaz Ərazi Şöbəsinin əməkdaşları tərəfindən gediş-gəliş yolunun açılmasını qeyd etdiyi həyətyanı torpaq sahəsinə iştirakı ilə baxış keçirilmiş və həmin ərazinin 0,05 ha olmaqla, 2023-cü ildə Şabran bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun olaraq alğı-satqı yolu ilə xüsusi mülkiyyətinə verildiyi məlum olmuşdur. Sözügedən 0,05 ha ərazi ona ayrılarkən əvvəldən istifadəsində olmaqla, mülkiyyətində olan 0,07 ha torpaq sahəsinə bitişik olduğundan ora ayrıca yol nəzərdə tutulmamış və bu barədə həmin vaxt İddiaçı məlumat verilmişdir. Aparılmış kameral araşdırma nəticəsində müvafiq elektron məlumat bazalarında həmin torpaq sahəsinə ayrıca yolun nəzərdə tutulmadığı, yol açılmasını tələb etdiyi ərazinin bir hissəsinin qonşusu Cavabdeh2 xüsusi mülkiyyətində, bir hissəsinin isə bələdiyyənin mülkiyyətinə aid olduğu müəyyən edilmişdir İş materiallarında olan torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əlavə edilmiş torpaq sahəsinin planında olan xüsusi qeyddə göstərilmişdir ki, ayrılan torpaq sahəsi mişar daşı ilə metal torla ümumi hasarlanmış həyətyanı sahə daxilində vətəndaşın istifadəsində olan torpaq sahəsidir. Bu sahədən ayrılan torpaq sahəsinə yol nəzərdə tutulmamışdır. Daxilində fərdi yaşayış evi mövcuddur və ərazidə kommunikasiya xətləri mövcud deyildir. İddiaçı istinad etdiyi halları sübut etməli olmasına baxmayaraq, sözügedən yolun açılmasının zəruriliyinə dair mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı cavabdehlər Şabran Rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh3nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh5nə qarşı qaz, su və kanalizasiya xətlərinin, elektrik enerjisi xəttinin çəkilməsi məqsədilə bələdiyyəyə məxsus özgənin qanunsuz istifadəsində olan torpaq sahəsindən, qonşunun mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun açılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-185/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-185/2025
16.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver