Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-196/2025 10.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su X1 X2 Xidməti Publik hüquqi şəxs X3 Sistemləri İstisamar İdarəsinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” Publik hüquqi Şəxs 1 nömrəli Regional Sukanal İdarəsinə qarşı “əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su X1 X2 Xidməti Publik hüquqi şəxs X3 Sistemləri İstisamar İdarəsinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” Publik hüquqi Şəxs 1 nömrəli Regional Sukanal İdarəsinə qarşı “əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi ikinci cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” Publik hüquqi Şəxs 1 nömrəli Regional Sukanal İdarəsinin hüquqi ünvanı Quba şəhəri, H.Əliyev prospekti 233dür. Belə olan halda, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” Publik hüquqi Şəxs 1 nömrəli Regional Sukanal İdarəsinin hüquqi ünvanı Quba şəhəri inzibati ərazisinə aid olduğundan Şabran rayonu əraisinə aid olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə onuda bildirir ki, işəgötürən təşkilat Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” Publik hüquqi Şəxs 1 nömrəli Regional Sukanal İdarəsidir.Həmin idarənin hüquqi ünvanı Quba şəhəri inzibati ərazisinə aiddir. Ona görə də, iddia ərizə Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi ilə geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4cü maddəsinin tələbləri izah olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su X1 X2 Xidməti Publik hüquqi şəxs X3 Sistemləri İstisamar İdarəsinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” Publik hüquqi Şəxs 1 nömrəli Regional Sukanal İdarəsinə qarşı “əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-196/2025
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-196/2025
10.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver