Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-20/2024 16.04.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən Şabran Rayon Məhkəməsinin sədri İsgəndərov Çingiz Əmir oglu İddiaçı etiraz ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM: Şabran Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ləyaqətsiz vərəsə hesab edilmə, vərəsəlik hüququndan məhrum etmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın, alqı-satqı müqaviləsinin, alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması" tələbinə dair mülki iş vardır. Qeyd edilən mülki iş hakim Çingiz İsgəndərovun icraatındadır. Məhkəmədə işə baxılarkən İddiaçı etiraz ərizəsi verərək işə Şabran Rayon Məhkəməsində baxılmasına etirazını bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mülki iş üzrə iddianın təmini tədbiri kimi torpaq sahəsinin üzərinə həbs qoyulması barədə vəsatəti Şabran Rayon Məhkəməsinin hakimi təmin etməmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsi təmin etmişdir. Bu səbəbdən Şabran Rayon Məhkəməsinin hakimi Çingiz İsgəndərova etiraz edərək, işin baxılması üçün və mülki işin etiraz məsələsi həll olunması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsinə əsasən əgər hakim şəxsən bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdırsa ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxmasına yol verilmir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Belə olan halda hesab edirəm ki İddiaçı etiraz ərizəsi təmin olunmalı və mülki iş başqa birinci instansiya məhkəməsinə verilmə məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 22 və 263-cü maddələrini rəhbər tutub QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ləyaqətsiz vərəsə hesab edilmə, vərəsəlik hüququndan məhrum etmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın, alqı-satqı müqaviləsinin, alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması" tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsində baxılmasına dair etiraz ərizəsi təmin edilsin və mülki iş başqa birinci instansiya məhkəməsinə verilmə məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Məhkəmənin sədri Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-20/2024
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-20/2024
16.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver