Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-21/2021 06.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı NÜMAYƏNDƏSİ VƏ VƏKİLİ: X2 Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktına əsasən mülkiyyətdə olan torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-0080 KOD 30401004 saylı Dövlət Aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması, cavabdeh tərəfindən tikilmiş qeyri-qanuni tiklilərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, onun və ailə üzvlərinin mülkiyyətinə Aqrar İslahat Komissiyasının qərarına əsasən Dəvəçi şəhərinin kənarından 2.56 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Torpağa Mülkiyyət Hüququna Dair JN:0080 kod 30401004 saylı Dövlət Aktı verilmişdir. Cavabdeh onun torpaq sahəsinin bir hissəsini zəbt edərək istifadə edir, orada qeyriqanuni olaraq tiklilər tikmişdir. Bu barədə cavabdehin özünə dəfələrlə müraciət edilmiş, lakin cavabdeh müraciətlərinə əməl etməmişdir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. O, iş üzrə verilmiş mütəxəssis rəyinə etiraz edir. Torpaq sahələrinin ölçülərinin elektron qaydada yenidən işlənilməsini gözləmək istəmir. İşə baxılıb yekun qərar qəbul edilməsində təkidlidir. Çünki cavabdehin qardaşı ilə onun oğlu arasında torpaqla bağlı tez-tez dava-dalaş düşür. Bu isə cinayətlə nəticələnə bilər. Odur ki, xahiş edir, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-0080 KOD 30401004 saylı Dövlət Aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması, cavabdeh tərəfindən tikilmiş qeyri-qanuni tiklilərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılsın. Cavabdeh nümayəndəsi və vəkili X2 məhkəmə iclasında göstərdi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətinə Dəvəçi şəhəri ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 2.1761 ha torpaq sahəsi verilmişdir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir, o öz torpaq sahəsindən istifadə edir. Hazırda başqa rayonlarda olduğu kimi Şabran rayonunda da vətəndaşların mülkiyyət sənədlərinə əsasən torpaq sahələrinin cizgiləri hazırda istifadə etdikləri torpaq sahələri ilə üst-üstə düşmür. Bununla bağlı dövlət başçısının müvafiq sərəncamına əsasən torpaq sahələrinin yenidən elektron qaydada sənədləşməsi işləri aparılır. Bu işlər başa çatdırıldıqdan sonra hər kəsin torpaq sahəsinin cizgiləri özünə bəlli olacaqdır. İddiaçı isə bunu gözləmək istəmir. Belə vəziyyətdə də Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən də iddianı əsassız hesab edir. Xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhəri üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 aprel 2019-cu il tarixli 1971 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-0080 saylı kod 30401004 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayon Aqrar İslahatı Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2.56 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətinə Dəvəçi şəhəri ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 2.1761 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş 16 sentyabr 2019-cu il tarixli rütəxəssis rəyindən görünür ki, Şabran şəhərinin yerqurluşu planında (xəritəsində) natura ilə kəskin uyğunsuzluq və konfiqurasiya fərqləri mövcud olduğundan həmin pay torpaqlarının vətəndaşların mülkiyyətlərinə verilmiş torpaq sahələrinin sərhədlərinin sənədləri ilə faktiki istifadə əziyyəti arasında kəskin fərqlər yaranmışdır. Bu səbəbdən Şabran rayon məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2(031)-555/2019 saylı qərardadında qoyulmuş sualların cavablandırılması zamanı tərəflərə məxsus sənəd üzrə torpaq sahələrinin koordinatları ilə naturada olan torpaq sahələrinin kordinatları arasında kəskin fərq vardır. Xəritələrdəki bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları» əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1. maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Kostitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Cavabdeh oğluna qarşı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktına əsasən mülkiyyətdə olan torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbi ilə çıxış edən, sübut etmə yükünü daşıyan İddiaçı məhkəmə iclasında öz hüququnun bərpası, güvənli nəticəyə gəlinməsi, torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi barədə sübutlar təqdim edə bilmədi. Məhkəmə təqdim olunan sübutları və işin hallarını araşdırıb belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktına əsasən mülkiyyətdə olan torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktına əsasən mülkiyyətdə olan torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbi barədə iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-21/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-21/2021
06.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver