Məhkəmə qərarları › İş №2(031)-229/2023

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-229/2023

27.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-229/2023 27.01.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran rayon məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlu Ərizəçi məhkəməyə təqdim etdiyi mirasın qəbul edilməsi üçün keçirilmiş müddətin bərpa edilməsi barədə ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM : Ərizəçi məhkəməyə mirasın qəbul edilməsi üçün keçirilmiş müddətin bərpa edilməsi barədə ərizə verərək mərhum atası X1 ünvan 1 ünvanda miras qalmış fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin qanun üzrə vərəsələri tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Ərizəçi məhkəməyə mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin bərpa edilməsi barədə ərizəni iddia formasında vermək əvəzinə hüquqi faktın müəyyən edilməsi kimi vermişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 152.1.1. maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən belə olan halda iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263 - 264 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi məhkəməyə təqdim etdiyi mirasın qəbul edilməsi üçün keçirilmiş müddətin bərpa edilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Şabran rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar