Məhkəmə qərarları › İş №2(031)-27/2024

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-27/2024

21.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-27/2024 21.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı "miras əmlakın ½ hissədə qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan istifadəyə maneçiliyin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı "miras əmlakın ½ hissədə qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan istifadəyə maneçiliyin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-38/2023-010 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh Şabran rayon Taxtalar Bələdiyyəsinə qarşı "X2 və X3 Şabran rayonu Xəlfələr (hazırda Taxtalar) kəndində 0.12 ha torpaq sahəsinin ayrılmasına dair Şabran rayon Xəlfələr Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarının və digər hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi" tələbi barədə mülki işə baxılıb qurtarılanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə mülki işi və ona əlavə edilmiş sənədləri araşdıraraq iş üzrə icraatın dayandırılması üçün əsas olan hal aradan qalxdığından Şabran Rayon Məhkəməsinin 2(031)-27/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmiş və məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 10:30-a təyin edilmişdir. İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs qarşı "miras əmlakın ½ hissədə qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan istifadəyə maneçiliyin aradan qaldırılması" tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı "miras əmlakın ½ hissədə qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan istifadəyə maneçiliyin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılsın. xx.xx.2020-ci il tarixli (GPP qəbz nömrəsi: 6********) qəbz (Büdcə təsnifat kodu: 142211, Büdcə səviyyə kodu: 1, dövlət rüsumu kimi ödənilmiş 10 (on) manat məbləğində pul Şabran Rayon Maliyyə İdarəsi tərəfindən AccesBank" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar