Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-271/2022 03.03.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Şabran rayon Qeydiyyat Şöbəsi Doğum qeydinin bərpa edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək oğlu X7 28.04.2016-cı ildə Suriya Respublikasının Rakka şəhərində doğulması faktının müəyyən edilməsi, X11 doğum haqqında şəhadətnamə verilərkən soyadı Əliyev adı Ukab ata adı Əlizamin atası qrafasında X8 milliyəti Azərbaycanlı, anası qrafasında Ərizəçi milliyəti Azərbaycanlı kimi qeyd olunaraq ona doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, o, həyat yoldaşı X8 ilə 2004-cü ildə el adəti ilə ailə qursa da nikahları 07.05.2005-ci ildə 50 saylı akt qeydi ilə Siyəzən rayon qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Həmən nikahdan 3 övladları dünyaya gəlmişdir. X1 və X4 doğum haqqında şəhadətnamələri var. Kiçik oğlu X14 28.04.2016-cı ildə Suriya Respublikasının Rakka şəhərində anadan olmuşdur, uşaq xəstəxanada doğulsada orda müharibə getdiyindən doğum haqqında tibbi şəhadətnamə onda yoxdur. Dövlət xətti ilə onlara köməylik olunaraq o və iki övladı Pərzad və Ukab ilə birlikdə 24.11.2021-ci ildə Azərbaycan Respublikasına gəlmişlər. Artıq oğlu Ukab böyüyüb tezliklə məktəbə getməlidir. Bu yaxınlarda 6 yaşı tamam olacaq amma hələdə onun üçün doğum haqqında şəhadətnamə ala bilməmişdir. Şabran rayon qeydiyyat şöbəsinə müraciət etsə də uşaq Suriyada doğulduğundan onda tibbi şəhadətnamə olmadığı üçün onlar uşağın doğumunu qeydə almaqdan imtina edərək bu barədə 07.01.2022-ci ildə mənə rəsmi imtina məktubu verdilər və bildirildi ki, uşağın doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xahiş edir, oğlu X7 28.04.2016-cı ildə Suriya Respublikasının Rakka şəhərində doğulması faktının müəyyən edilməsi, X11 doğum haqqında şəhadətnamə verilərkən soyadı Əliyev adı Ukab ata adı Əlizamin atası qrafasında X8 milliyəti Azərbaycanlı, anası qrafasında Ərizəçi milliyəti Azərbaycanlı kimi qeyd olunaraq ona doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasında maraqlı tərəf Şabran rayon Qeydiyyat Şöbəsinin rəisi X6 bildirdi ki, Azərbaycan Respublikası NK-nin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatı qaydasının 2.5.3 və 2.5.4-cü bəndlərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vatını və yerini təsdiq edən tibb müəssisəsinin arayışına (feldşer sənədi) əsasən qeydə alınmalıdır. Lakin, Ərizəçi həmin sənədi Qeydiyyat Şöbəsinə təqdim etməmişdir. Bu səbəbdən də doğumun qeyd edilməsi QŞ-də mümkün olmamışdır. X7 doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəfləri və şahidləri dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X12 bildirdi ki, Ərizəçi onun gəlini, X8 isə oğludur. Həqiqətən də oğlu ilə gəlini Suriyada olanda Ukab adında uşaqları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, Ərizəçi onun qızı, X8 isə qızının həyat yoldaşıdır. Həqiqətən də qızı Suriyada olanda Ukab adında oğlu olmuşdur. İşə əlavə edilmiş AZ-İ seriyalı 724510 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X9 07 may 2005-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AA0218346 saylı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, Əliyev Ukab 28 aprel 2016-cı ildə Suriyada doğulmuşdur. İşə əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 07 yanvar 2022-ci il tarixli 01 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası NK-nin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatı qaydasının 2.5.3 və 2.5.4-cü bəndlərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vatını və yerini təsdiq edən tibb müəssisəsinin arayışına (feldşer sənədi) əsasən qeydə alınmalıdır. Lakin, Siz qeydiyyat şöbəsinə yuxarıda adları çəkilən sənədləri təqdim edə bilmədiyiniz üçün oğlunuzun doğumunun qeydə alınması tərəflərindən mümkün deyildir. Bu səbəbdən doğumun qeydə alınması və ya doğumun bərpa edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X7 28.04.2016-cı ildə Suriya Respublikasının Rakka şəhərində doğulması təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, bu halda doğum haqqında şəhadətnamənin bərpasının qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamış və ərizəçi qeyd olunan lazımi sənədi başqa qaydada ala bilməzdi. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X7 28.04.2016-cı ildə Suriya Respublikasının Rakka şəhərində doğulması faktı müəyyən edilməli, X11 doğum haqqında şəhadətnamə verilərkən soyadı Əliyev adı Ukab ata adı Əlizamin atası qrafasında X8 milliyəti Azərbaycanlı, anası qrafasında Ərizəçi milliyəti Azərbaycanlı kimi qeyd olunaraq ona doğum haqqında şəhadətnamə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 28.04.2016-cı ildə Suriya Respublikasının Rakka şəhərində doğulması faktı müəyyən edilsin. X11 doğum haqqında şəhadətnamə verilərkən soyadı Əliyev, adı Ukab, ata adı Əlizamin, ata qrafasında X8 milliyəti Azərbaycanlı, ana qrafasında Ərizəçi milliyəti Azərbaycanlı kimi qeyd olunsun. X2 adına doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM : ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-271/2022
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-271/2022
03.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver