Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-303/2025 03.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh4, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Mais qızına qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Mais qızına qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh3, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh5 Mais qızını, (övladları, xx.xx.2017-ci il təvəllüdlü Atakişiyev Telman Tacı oğlu və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə birlikdə), xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2 (övladları, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlidkə), xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh4 (övladları, xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh1 Vidadi qızı və xx.xx.2022-ci il təvəllüdlü X4 ilə birlikdə) Şabran rayonu, əvvəlki Mollakamallı kəndində (yeni qaydalarla Dəvəçi kəndi) yerləşən 0,43 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 49,60 m2 olan evindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 1ində 0,43 ha olan həyətyanı torpaq sahəsi üzərində 49,6 m2 olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında mərhum atası X5 məxsus olmuşdur. Həmin ev mərhum babasından miras kimi mərhum atasının adına keçmişdir. xx.xx.1951-ci il təvəllüdlü mərhum atası X9 xx.xx.2024-cü il tarixdə "beyin ödəmi" səbəbindən vəfat etmişdir. Mərhum atası sağlığında sözügedən evi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında ona hədiyyə etmişdir. daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1ində ümumi sahəsi 49,6 m2 olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmışdır. Cavabdehlər onların həmkəndliləridir. Onlar nənəsinin vəfatından sonra evi zəbt etmişdirlər. Hələ atasının sağlığında cavabdeh ailənin başçısı Atakişiyev X12 Rayon Məhkəməsində əqdin etibarlı hesab edilməsi tələbi ilə mərhum atasına və bibisinə qarşı iddia qaldırmışdır. Mərhum atası həmin iş üzrə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)- 91/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Atakişiyev Telman Tacı oğlunun X6 və X5 qarşı əqdin etibarlı hesab edilməsi tələbi barədə ilkin iddia əsassız olduğundan təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, Atakişiyev Telman Tacı oğlunun ailə üzvləri ilə birlikdə X5 məxsus ünvan 1ində (indiki Dəvəçi kəndi) yerləşən ümumi sahəsi 49,6 m2 olan fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Atakişiyev Telman Tacı oğlu daha sonra Şabran Rayon Məhkəməsinin verdiyi qətnamədən narazı qalaraq Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 191/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh Atakişiyev Telman Tacı oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(031)-91/2021 nömrəli qətnaməsi qismən, yəni qarşılıqlı iddia "Atakişiyev Telman Tacı oğlunun ailə üzvləri X5 məxsus ünvan 1ində (indiki Dəvəçi kəndi) yerləşən ümumi sahəsi 49,6 m2 olan fərdi yaşayış evindən çıxarılsın” hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın həmin hissədə təmin edilməməsi, qarşlıqlı iddianın qismən təmin edilməsi qət edilmişdir. Qətnamə "Atakişiyev Telman Tacı oğlunun X10 və X5 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair ilk iddia təmin edilməsin və qarşılıqlı iddia Atakişiyev Telman Tacı oğlu X5 məxsus ünvan 1ində (indiki Dəvəçi kəndi) yerləşən ümumi sahəsi 49,6 m2 olan fərdi yaşayış evindən çıxarılsın” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4521/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Atakişiyev Telman Tacı oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-191/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məkəməsi və Ali Məhkəmə Atakişiyev Telman Tacı oğlunun evdən çıxarılmasını qüvvədə saxlasalar da, ailə üzvlərinin adları və soyadları qətnamədə çəkilmədiyi üçün o hissədə qətnaməni təmin etməmişdirlər. İcraçılar bunu əsas gətirərək qətnaməni icra etmirlər, Atakişiyev Telman Tacı oğlunu istənilən vaxt çıxara bləcəklərini, lakin digər ailə üzvlərinin məhkəmə qətnaməsində göstərilmədiyini bildirmişdirlər. Atakişiyev Telman Tacı oğlu bütün vasitələrlə ona təzyiq etməyə çalışmışdır. Onun kimsəsizliyindən istifadə edərək uzun illərdir ki, mülkiyyətlərində olan evdən çıxmamaq üçün bütün vasitələrə əl atırlar və hazırda cavabdehlər ailə üzvləri ilə birlikdə mülkiyyətində olan evdən çıxmırlar. Cavabdehləri mülkiyyətində olan evdən çıxarılmalarına dair xəbərdarlıq etsə də, bunun heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 Mais qızı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 429163 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2024-cü ildə ölmüşdür. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********01-10301 reyester nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X9 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 49,6 m2 olan fərdi yaşayış evi tam mülkiyyət üzrə İddiaçı bağışlamışdır. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(031)- 91/2021 nömrəli qətnaməsindən görünür ki, Atakişiyev Telman Tacı oğlunun X6 və X5 qarşı əqdin etibarlı hesab edilməsi tələbi barədə ilkin iddianın əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh Atakişiyev Telman Tacı oğlunun ailə üzvləri ilə birlikdə iddiaçı X5 məxsus ünvan 1ində (indiki Dəvəçi kəndi) yerləşən ümumi sahəsi 49,6 m2 olan fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-191/2022 nömrəli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh Atakişiyev Telman Tacı oğlunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Şabran Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(031)-91/2021 nömrəli qətnaməsinin qismən, yəni qarşılıqlı iddia “Atakişiyev Telman Tacı oğlunun ailə üzvləri X5 məxsus ünvan 1ində (indiki Dəvəçi kəndi) yerləşən ümumi sahəsi 49,6 m2 olan fərdi yaşayış evindən çıxarılsın” hissəsində ləğv edilməsi və qarşılıqlı iddia həmin hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qətnamənin “Atakişiyev Telman Tacı oğlunun X10 və X5 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair ilk iddia təmin edilməsin və qarşılıqlı iddia Atakişiyev Telman Tacı oğlu X5 məxsus ünvan 1ində (indiki Dəvəçi kəndi) yerləşən ümumi sahəsi 49,6 m2 olan fərdi yaşayış evindən çıxarılsın” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4521/2022 nömrəli qərarından görünür ki, iddiaçı Atakişiyev Telman Tacı oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-191/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materilarında olan Şabran Rayon Polis Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görümür ki, Cavabdeh4 xx.xx.2012-ci ildə Dəvəçi İƏD-nin 587 nömrəli arayışı əsasında Dəvəçi kəndinə, Cavabdeh5 Mais qızı xx.xx.2017-ci ildə Dəvəçi İƏD-nin 262 nömrəli çıxarışı əsasında Mollakamallı kəndinə, Cavabdeh1 xx.xx.2005-ci ildə il dəfə şəxsiyyət vəsiqəsi alarkən Şabran rayonu, Təzəkənd kəndinə, Cavabdeh2 xx.xx.2010-cu ildə və Cavabdeh3 xx.xx.2010-cu ildə ilk dəfə şəxsiyyət vəsiqəsi alarkən ünvan 1inə daimi qeydiyyata alınmışdır. İş materiallarında olan Şabran Rayon İcra Hakimiyyəti başçısının Dəvəçi İƏD tərəfindən verilən xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, 2021-2025-ci illər əhatə edən 5 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 58-ci səhifəsində Şabran rayonu, Mollakamllı kənd sakini Atakişiyev Telman Tacı oğlunun Mollakamallı kəndində xüsusi mülkiyyətində 0,43 ha həyətyanı torpaq sahəsi və 1 mərtəbəli, 5 otaqlı, 150 m2 fərdi yaşayış evi vardır. İş materiallarında olan qəbzlərdən görünür ki, bildirişlərə əsasən ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X7 xx.xx.2001-ci ildə, X11 xx.xx.2011-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 nömrəli protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sənərncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddənin şərhinə görə, mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum edən hərəkət uzanan hüquq pozuntusudur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Göründüyü kimi İddiaçı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ona hədiyyə olaraq verilmiş ünvan 1ində yerləşən ümumi sahəsi 49,6 m2 olan fərdi yaşayış evinin ona məxsus olması ilə bağlı məhkəməyə sübut olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı təqdim etmiş, çıxarışa əsasən sözügedən torpaq sahəsinin ona məxsus olduğu müəyyən edilmişdir. Cavabdehlər isə torpaq sahəsinin onlara məxsus olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə Şabran Rayon Məhkəməsinin 2(031)-91/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən Atakişiyev Telman Tacı oğlunun ailə üzvləri ilə birlikdə X5 məxsus ünvan 1ində yerləşən ümumi sahəsi 49,6 m2 olan fərdi yaşayış evindən çıxarılması müəyyən edilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-191/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən Atakişiyev Telman Tacı oğlunun ailə üzvlərinin konkret kimlərdən ibarət olması, əhatə dairəsi və prosessual vəziyyətləri müəyyən edilmədiyindən Şabran Rayon Məhkəməsinin 2(031)-91/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qeyd olunan hissədə ləğv edilmişdir. Odur ki, hazırki iş üzrə cavabdehlərin konkret kimlərdən ibarət olması, onların əhatə dairəsi və prosessual vəziyyətləri müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh3, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh5 Mais qızı, (övladları, xx.xx.2017-ci il təvəllüdlü Atakişiyev Telman Tacı oğlu və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə birlikdə), xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2 (övladları, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlidkə), xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh4 (övladları, xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh1 Vidadi qızı və xx.xx.2022-ci il təvəllüdlü X4 ilə birlikdə) ünvan 1ində yerləşən 0,43 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 49,60 m2 olan İddiaçı evindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh3, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh5 Mais qızı, (övladları, xx.xx.2017-ci il təvəllüdlü Atakişiyev Telman Tacı oğlu və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə birlikdə), xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2 (övladları, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlidkə), xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh4 (övladları, xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh1 Vidadi qızı və xx.xx.2022-ci il təvəllüdlü X4 ilə birlikdə) ünvan 1ində yerləşən 0,43 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 49,60 m2 olan İddiaçı evindən çıxarılsınlar. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-303/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-303/2025
03.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver