Məhkəmə qərarları › İş №2(031)-31/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-31/2025

04.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-31/2025 04.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, İddiaçı X1, X4 və X3 nümayəndəsi X8, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi və cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Şabran rayon Pirəbədil kəndində yerləşən onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,09 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi və cavabdehin qanunsuz sahibliyindən zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə dəqiqləşmə verərək, Şabran rayon Pirəbədil kəndində yerləşən onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,09 ha torpaq sahəsindən cavabdehin qanunsuz sahibliyindən zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçılar X1, X4 və X3 nümayəndəsi X13 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 55-ci maddəsinə əsasən, onu, digər mülkiyyətçilər X5, X10 və X9, iddiaçı ilə eyni tələb ilə məhkəmə işində iştirak etmələri və ödənilən 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara verilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X8 ərizəsini təmin etmiş, X13, X5, X10 və X9 İddiaçı ilə eyni tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan Şabran rayonu Pirəbədil kəndində yerləşən 0,19 ha torpaq sahəsinin 0,10 hissəsini Cavabdeh satmışlar. xx.xx.2013-cü il tarixində onlara qalan torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətindən **********62 reyestr nömrəsi ilə qeydiyyatdan keçirərək RX ******* nömrəli çıxarış aldıq. xx.xx.2018-ci il tarixdə həmin torpaq sahəsinin plan və ölçüsünə dair A 290303 nömrəli sənəd almışlar və hamin sənəddə torpaq sahəsinin döngə nöqtələri qeyd edilmişdir. Torpaq sahəsinin bir hissəsinin qonşu Cavabdeh tərəfindən zəbt olunduğunu şübhə edərək, xx.xx.2023-cü il tarixində torpaq sahəsinin yerində koordinatlarının dəqiqləşdirilməsi üçün DƏDKR-nin 5 saylı Xaçmaz ərazi idarəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirildi ki, Şabran rayonu Pirəbdil kənd ərazisində yerləşən 0,09 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqədar DƏDRK publik hüquqi şəxsin 5 saylı Ərazi idarəsinə ünvanlanmış müraciətlə əlaqədar bildirilir ki, ərizədə qeyd olunan torpaq sahəsinin faktiki yerində **********62 nömrəli çıxarışa əsasən yerində iki tərəf döngə nöqtələrinin koordinatları tanıdılmış, lakin digər iki tərəfini isə qonşu torpaq sahəsinin istifadəçisi tərəfindən dəmir torba bağlandığına görə tanıdılması mümkün olmamışdır. Torpağın zəbt olunması ilə əlaqədar əldə etdiyi fotoşəkildən məlum olur ki, cavabdeh onun torpaq sahəsinə bir hissədən 4 metr digər hissədən 8,6 metr girib. Dəfələrlə ona zəbt olunmuş torpaq sahəsinin boşaldılması ilə əlaqədar müraciət etsə də, cavabdeh onun sözlərinə əhəmiyyət verməmişdir. Onun bu qanunsuz hərəkətlərinə son qoyulması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını, ödənilmiş dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar X1, X4 və X3 nümayəndəsi X13 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını, ödənilmiş dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, torpaq sahəsini Ömər Səlimovun özündən almışdır, mütəxəssis rəyi ilə də razı deyil. İşə düzgün baxılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İş materialına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********62, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışdan görünür ki, İddiaçı ailə üzvlərinin birgə mülkiyyətlərinə Şabran rayonu Pirəbədil kəndi ərazisindən yaşayış məntəqələrinin torpaqlarından 0.09 ha torpaq sahəsi verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışdan görünür ki, Cavabdeh ailə üzvlərinin birgə mülkiyyətlərinə Şabran rayonu Pirəbədil kəndi ərazisindən yaşayış məntəqələrinin torpaqlarından 0.10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli 3-21-3- 34/2-16460/2024 saylı mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********62, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin cənub-qərb tərəfdən 0.02406 ha hissəsi Cavabdeh tərəfindən metal torla hasarlanaraq istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********62, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışdan görünür ki, İddiaçı ailə üzvlərinin birgə mülkiyyətlərinə Şabran rayonu Pirəbədil kəndi ərazisindən yaşayış məntəqələrinin torpaqlarından 0.09 ha torpaq sahəsi verilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli 3-21-3-34/2- 16460/2024 saylı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********62, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin cənub-qərb tərəfdən 0.02406 ha hissəsi Cavabdeh tərəfindən metal torla hasarlanaraq istifadə olunur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin ediməli, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********62, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin cənub-qərb tərəfdən 0.02406 ha hissəsi Cavabdeh tərəfindən boşaldılaraq iddiaçılar İddiaçı, X11, X2, X7 və X6 təhvil verilməli, eyni zamanda, Cavabdeh ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu tutularaq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********62, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin cənub-qərb tərəfdən 0.02406 ha hissəsi Cavabdeh tərəfindən boşaldılaraq iddiaçılar İddiaçı, X11, X2, X7 və X6 təhvil verilsin. Cavabdeh 200 (iki yüz) manat dövlət rüsumu tutularaq iddiaçılara ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar