Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-319/2021 07.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ ŞƏXS: Azərbaycan Respublikasının Əmək və Əhalnin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin 3 saylı Regional Ərazi Filalı Hüquqi faktın müəyyən edilməsi tələbi barədə mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxx 1997-ci ildən xx.xx.2012-ci ilə kimi qaynatası X1 qulluq etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək xx xxxx 1997-ci ildən xx.xx.2012-ci ilə kimi qaynatası X1 qulluq etməsi müddətinin sosial sığorta stajına daxil edilməsi üçün həmin faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş Mərkəzi Filialının nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, Ərizəçi xx.xx.1997-ci il tarixdən xx.xx.2012-ci il tarixədək qaynatası X1 qulluq etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. “Əmək pensiyaları haqqında” Qanunun 21 -ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-ci bəndinə görə, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına səhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin (Azərbaycan Respublikasının Əmək yə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun səhər (rayon) şöbələri) və ya idarənin (Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsi) nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Eyni zamanda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci maddəsində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Bundan başqa Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 1.2-ci maddəsində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Daha sonra həmin qərarın 1.4-cü maddəsində qeyd edilir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri- mümkünlüyü nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nda nəzərdə tutulmuş qaydada Şöbənin nümayəndələrindən ibarət komissiya tərəfindən tərtib olunan akt əsasında ahıl şəxsə qulluq edilməsi müddəti sıqortaolunanın sığorta stajına daxil edilməli olduğu halda belə bir müraciət edilməmiş və Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarlarında nəzərdə tutulmuş qaydada imtina edilməmişdir. Odur ki, məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınmasını və “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi' barədə iddiaçı Ərizəçi ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırda maraqlı şəxs DSMF-nin Şabran rayon Şöbəsi Ərizəçi xx xxxx 1997-ci ildən xx.xx.2012-ci ilə kimi qaynatası X1 qulluq etməyi faktını mübahisələndirmişdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə hüquq haqqında mübahisə vardır. Belə ki, maraqlı şəxs ərizəçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarında nəzrədə tutulmuş qaydada Şöbənin nümayəndələrindən ibarət komissiya tərəfindən tərtib olunan akt əsasında ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilməli olduğu halda belə bir müraciət etməməsini mübahisələndirmişdır. Bütün bunlar hazırki iş üzrə hüquq haqqında mübahisənin olduğunu göstərir və belə olan halda, Ərizəçi ərizəsinə xüsusi icraat qaydasında baxıla bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, ərizəçi hazırki mübahisə ilə bağlı öncə Azərbaycan Respublikasının Əmək və Əhalnin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etməli, onun müraciətindən imtina edildikdə həmin imtinanı inzibati məhkəmə qaydasında mübahisələndiməlidir. Hazırda iş materiallarından görünür ki, ərizəçi tərəfindən belə bir müraciət edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalnin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin 3 saylı Regional Ərazi Filalına qarşı hüquqi faktın müəyyən edilməsi tələbi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalnin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin 3 saylı Regional Ərazi Filalına qarşı hüquqi faktın müəyyən edilməsi tələbi barədə ərizəsi baxılmamış saxlanılsın.
2. Qərardaddan on gün müddətində Şabran rayon məhkəməsinə şikayət verilə bilər.
H A K İ M ÇİNGİZ İSGƏNDƏROV