Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-32/2023 14.03.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı VƏKİL VƏ NÜMAYƏNDƏ: Vəkil1 CAVABDEHLƏR: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı VƏKİL VƏ NÜMAYƏNDƏ: Vəkil2 Torpaq sahələrindən çıxarılma və cavabdehlərin hesabına qanunsuz tiklilərin sökülməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şabran şəhəri, X43 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 0.0868 ha olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd olunan torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən tikilən özbaşına tikili onların hesabına sökülməsi və söküləcək tikinti materialı cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Şabran şəhəri, X38 küçəsi 20 ünvanında yerləşən, ümumi sahəsi 0.0868 ha olan torpaq sahəsi və ümumi sahəsi 56.7 kv.m. olan fərdi yaşayış evini 03 may 2021-ci il tarixdə satıcı X9 4Ə/687 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqısı" müqaviləsi əsasında 90 000 manata almışdır. Hüquqları DƏDRX-də ********** saylı qeydiyyat nömrəsi və **********49- 10301 daşınmaz əmlakın reyester nömrəsi ilə xx.xx.2021 -ci il tarixdə qeydiyyata alınmışdır. Əvvəlki mülkiyyətçinin dövründə Şabran rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən 20 saylı evin həyətyanı sahəsində özbaşına tikili olan ticarət obyekti (mağaza) inşa etmişlər. Alqı-satqıdan öncə X25 cavabdehlərə evi ona satması barədə məlumat vermiş və bir ay ərzində qanunsuz tiklini sökərək oranı tərk etməsini bildirmişdir. Bundan sonra mülkiyyətində olan həyətyanı sahəsindən ümumi dəyəri 2500 manat olan su çəni, dəmir turba, üst dəmir oğurlandı. Bu darədə xx.xx.2021 -ci il tarixdə Şabran rayon Polis Şöbəsinə rəsmi qaydada məlumat vermişdir. Bundan başqa keçən bu müddət ərzində cavabdehlərə zəbt etdikləri ərazini tərk etmələrini tələb etsə də, əvvəlki mülkiyyətçi X19 məhkəməyə verməklə prosesi uzatmağa çalışdılar. Dəfələrlə cavabdehlə həmin torpaq sahələrinin mülkiyyətində olduğunu bildirsə də, xəbərdarlıqlara baxmayaraq sonuncular, öz qanunsuz hərəkətlərini davam etdirərək həmin torpaq sahəsində qeyri-qanuni yolla tikdikləri tikilidən istifadə etməkdədirlər. Göründüyü kimi cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsini zəbt edilməklə orada qanunsuz tikililər inşa edilmişdir. Ona görə də ona məxsus olan torpaq sahəsindən cavabdehlər məcburi qaydada çıxarılmalı, cavabdehlər tərəfindən tikilən özbaşına tikili onların hesabına sökülməli və söküləcək tikinti materialı cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılmalıdır. Xahiş edir, İddiaçı xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şabran şəhəri, X43 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 0.0868 ha olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd olunan torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən tikilən özbaşına tikili onların hesabına sökülməsi və söküləcək tikinti materialı cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılsın. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən məhkəməyə məhkəmə çıxışı göndərilmiş, həmin məhkəmə çıxışında qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Şabran şəhəri, X38 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 0.0868 ha olan torpaq sahəsini və ümumi sahəsi 56.7 kv.m. olan fərdi yaşayış evini 03 may 2021-ci il tarixdə satıcı X9 4Ə/687 reyestr nömrəli “Daşınmaz əmlakın alqısatqısı” müqaviləsi əsasında 90 000 manata almışdır və bu barədə müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. DƏDRX-də ********** saylı qeydiyyat nömrəsi və **********49-10301 daşınmaz əmlakın reyester nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmşdır. Əvvəlki mülkiyyətçinin dövründə Şabran rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən 20 saylı evin həyətyanı sahəsində özbaşına tikili olan ticarət obyekti (mağaza) inşa etmişlər. Alqı-satqıdan öncə X25 cavabdehlərə evin ona satılması barədə məlumat vermiş və bir ay ərzində qanunsuz tikilini sökərək oranı tərk etməsini bildirmişdir. Dəfələrlə cavabdehlərə həmin torpaq sahələrinin mülkiyyətində olduğu bildirilsə də, xəbərdarlıqlara baxmayaraq, sonuncular, öz qanunsuz hərəkətlərini davam etdirərək həmin torpaq sahəsində qeyriqanuni yolla tikdikləri tikilidən istifadə etməkdədirlər. Xahiş edir, İddiaçı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, X26 və Cavabdeh3 atalarının qohumları X35 və arvadı X10in razılığı ilə mübahisəli torpaqda ticarət obyekti inşa etmişlər. X27ra ticarət obyekti tikintisinə icazə verməsi barədə Şabran ravon İcra Hakimiyyətinə ərizə də vermişdir. Onun ərizəsindən sonra iddiaçı tərəf orada ticarət obyekti tikmişlər. Gülbahar ailə həyatı qurana kimi həmçinin Mübariz həmin torpaq sahəsində olan evdə yaşamışlar. Belə ki, həm X35 və həm də X13 ailəsi ilə birlikdə daimi yaşamaq üçün Bakı şəhərinə köçmüş və mübahisəli torpaq sahəsini və üzərində tikilmiş evi onlara tapşırmışlar. Sonradan iddiaçı tərəf heç vaxt mübahisəli torpaq sahəsinə gəlməmişlər. Təxminən 1989-cü ildə həmin torpaq sahəsində tikilmiş yardımçı tikili bağça tikintisi ilə əlaqədar plana düşdüyündən, cavabdehlər bu barədə Heybət Tahirov və arvadı Tahirova Sahibəyə məlumat vermiş və bildirmişlər ki, həmin tikilinin əvəzinə ona 87.5 kvm. torpaq sahəsi ayrılır. Tahirov Heybət əlavə olaraq ona verilən həmin torpaq sahəsini onlara vermələrini və necə istəyirlər istifadə etmələrini bildirmiş və torpaq səhəsini verdiyi üçün heç vaxt istifadə etməmiş və öz adına sənədləşdirməyə icazə vermişdir ki, cavabdehlər öz adlarına sənədləşdirsinlər. Onlar da həmin əlavə torpaq sahəsindən istifadə etmişlər. X54 və Sahibə Tahirovanın onlara verdikləri torpaq sahəsində onların icazəsi ilə ticarət obyekti tikmişlər. Tikdikləri maqazadan uzun müddət istifadə etmiş və ticarət etmişlər. Bunu orada yaşayan bütün insanar da təsdiq edə bilərlər. Bundan bir müddət sonra təxminən 2001- 2002-ci ildə Şabran rayon İcra hakimiyyətindən həmin maqaza müasir tələblərə cavab vermədiyindən yenisi ilə əvəz edilməsi göstəriş vermişlər. Onlar yeni tipli müasir tələblərə cavab verən ticarət obyekti tikmək istəyərkən rayon İcra Hakimiyyətindən yenidən onların razılığının alınması tələb edilmişdir. Həmin vaxtda Heybət Tahirov rəhmətə getdiyindən onun arvadı X41 rayon İcra Hakimiyyətinə torpağın Cavabdeh4 verilməsi barədə razılıq ərizəsini İcra hakimiyyətinə təqdim edir. Bundan rayon İcra Hakimiyyətində bağça tikilişi əvəzinə verilmiş, onların istifadə etdikləri və üzərində ticarət obyekti tikdikləri 87.5 kv.m torpaq sahəsinə Heybət Tahirovun istifadə hüququna xitam verilməsi və həmin torpaq sahəsinin Cavabdeh4 adına keçirilməsi barədə 227№, xx.xx.2002-ci il tarixli sərəncam verilir və həmin sərəncama və yenə də Sahibə Tahirovanın yazılı razılığı ilə müasir tələblərə cavab verən, iddiaçı tərəfindən qeyri qanunu tikili kimi hesab edilən maqaza tikilir. Şabran rayon İcra Hakimiyyətinin tələbi ilə ticarət obyekti yenidən müasir tələbərə cavab verən bu günki ticarət obyekti tikilmiş və cavabdehlər tərəfindən istifadə edilmiş və Cavabdeh4 mağazanın birinci mərtəbəsində(zirzəmi) yaşamış və hal-hazırda da məişət və ev əşyaları həmin obyektdədir, lakin İddiaçı həmin sahəni özbaşına dəmir hasara alması səbəbində hal-hazırda cavabdehlər onlara məxsus qanuni tikilmiş ticarət obyektindən, mənzildən və ev əşyalarından istifadə etməkdən məhrum olmuşdur. İddiaçı dediyi kimi həmin ticarət obyekti qanunsuz tikili deyildir. Belə ki, Şabran rayonu İcra Hakimiyyəti Başçısının 227 №.16 noyabr 2002-ci il tarixli tikinti obyekti tikintisi barədə(əvvəlki adı Dəvəçi) sərəncamında deyilir: Bənd 1.1.Dəvəçi şəhər sakinləri X39 və Cavabdeh4 rayon İH-nə daxil olmuş ərizələri və rayon İK-nin 24 may 1991-ci il tarixli 7 saylı qərarı.rayon İHBnin 8 oktyabr 1996-ci il tarixli 326 saylı sərəncamı nəzərə alınsın. Bənd 2.1.Dəvəçi şəhər sakini X6 mərhum həyat yoldaşı X20 adına olan 87.5 kv.m.torpaq sahəsindən istifadə hüququna xitam verilərək Dəvəçi şəhər sakini Cavabdeh4 adına keçirilsin və rayon İH-nin Tikinti və Memarlıq şöbəsi ilə razılaşdırılmış lahiyyə əsasında kommersiya obyekti tikintisinə icazə verilsin. Beləliklə, sərəncamdan aydın olur ki, ünvan 4 ünvanda yerləşən 87.5 kv.m.mübahisəli torpaq sahəsi X6 mərhum əri X20 adına olmuşdur. Şabran (Dəvəçi) rayon İH başçısmin 227 saylı, 16.11 2002-ci il tarixlə sərəncamı ilə Şabran şəhər sakini X6 ərizəsi və razılığı ilə mərhum əri X20 adına olan 87.5 kv.m tarpaq sahəsindən istifadə hüququna xitam verilərək Şabran şəhər sakini Cavabdeh4 adına keçirilmiş və rayon İH-nin Tikinti və Memarlıq şöbəsi ilə razılaşdırılmış lahiyyə əsasında kommersiya obyekti tikintisinə icazə verilmişdir. Bundan sonra ilkin iddia üzrə cavabdehlər 2002-2003-cü il ərzində Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi ilə razılaşdırılmış müasir tələblərə cavab verən ticarət obyektini ünvan 5 ünvanda yerləşən 87,5 kv.m torpaq sahəsində tikib istifadə etmiş və 2004-cü ilin senytabr ayında AR Dövlət texniki inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsindən Şabran (Dəvəçi) şəhəri, M.Ə.Rəsulzadə küçəsində Lisenziya haqqınan hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin texniki pasportunu almışdır. X28 isə xx.xx.2011 -ci il tarixdə AR ƏMDK yanında DƏDRX Xaçmaz Ərazi İdarəsinin MA seriyalı ******* saylı çıxarışı ilə fərdi yaşayış evinə çıxarış alıb (**********649-10301 reyestr №si, xx.xx.2011-ci il tarixli inv.№ 86) X20 adma olan torpaq sahəsindən istifadə hüququna xitam verildiyi və həmin torpaq sahəsi üzərində qanuna müvafiq şəkildə kommersiya obyekti tikildiyi anda mübahisəli torpaq sahəsinə və üzərindəki yaşayış evinə Tahirov İlham tərəfindən çıxarış alınması və həmin sahənin iddia üzrə iddiaçıya satması təəcüb doğurur. Beləki, həmin daşınmaz əmlaka qeydiyyat nömrəsi **********, xx.xx.2011 -ci il tarixli, seriya MA 0184273№li ilk çıxarış Xaçmaz Ərazi İdarəsi tərəfindən X6 adına verilmişdir. Qeyd olunan çıxarışa aid “Daşınmaz Əmlakın Texniki Pasportu’ fərdi yaşayış evi - **********49-103 01 reyestr nömrəli (l 2.04.2011-ci il) texniki pasportda cavabhehlər tərəfindən rayon İcra Hakimiyyətinin sərəncamı əsasında tikilən və texniki sənəd alınan (sənəd etirazla birlikdə məhkəməyə təqdim edilmişdir) ticarət obyektinə aid sahə xüsusu xəttlərlə cizgilənmiş, qalan torpaq sahəsinin həçmi isə 0.0868 ha. qeyd olunmuşdur. Həmçinin torpaq sahəsinin planında evə aid bütün tikililər qeyd edilmiş, lakin ticarət obyekti həmin plana aid edilməmişdir.(çıxarış və torpaq sahəsinin planı əlavə edilir). Lakin ********** qeydiyyat nömrəli, 27.042021-ci il qeydiyyat tarixli X21 adına verilmiş çıxarış və əlavə edilmiş torpağın texniki planında torpaq sahəsinin ümumi həcmi dəyişmədən 0.0868 qeyd olunmuş, lakin ticarət obyektinin tikildiyi 87.5 kvm. sahə cizgilənməmişdir. Sonuncu qeyd olunan bu çıxarış və torpağın plan cizgisindən aydın olur ki, ticarət obyektinin tikildiyi torpaq sahəsi X22 aid 0.0868 ha sahəyə aid deyildir və həmin sahəni o, iddiaçıya satmamış və sata da bilməzdi. Xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İşə əlavə edilmiş Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 16 aprel 2011-ci il olan, MA seriyalı ******* saylı çıxarışın və Texniki Pasportun surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi X7 adına qeydə alınmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27 aprel 2021-ci il olan çıxarışdan və Texniki Pasportdan görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi X14 adına qeydə alınmışdır. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi6 **********49-10301 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi X14 mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş «Elektron notariat» X1 çıxarışdan görünür ki, X29, X30, X31, X36, X11, X12, X2 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 20 ünvanında qeydiyyatdadırlar. İşə əlavə edilmiş X29, X30, X31, X12 və X3 notariatda təsdiq edilmiş ərizələrindən görünür ki, **********49-10301 reyestr nömrəli çıxarışa əsasən qeydiyyatda olduğu və X22 məxsus olan Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evini və 0.0868 ha torpaq sahəsinin satılmasına etiraz etmirlər, razıdırlar. Gələcəkdə həmin əmlakla bağlı heç bir iddia və tələbləri olmayacaq. İşə əlavə edilmiş 03 may 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, X4 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 0.868 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini İddiaçı satmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Şabran şəhəri, X43 küçəsi 20 saylı ünvanda yerləşən, ümumi sahəsi 0.0869 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Daşınqmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi 3 saylı Bakı «ASAN xidmət» notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-687 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2, X15 və Cavabdeh4 cavabdeh X22 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X16, X17, X5 cavabdehlər X22, İddiaçı qarşı 03 may 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi rədd edilmişdir. İşə əlavə edilmiş Şabran rayonu İcra Hakimiyyəti Başçısının 16 noyabr 2002-ci il tarixli 227 saylı kommersiya obyekti tikintisi barədə sərəncamından və arxiv çıxarışından görünür ki, Dəvəçi şəhər sakinləri X39 və Cavabdeh4 rayon İH-nə daxil olmuş ərizələri və rayon İK-nin 24 may 1991-ci il tarixli 7 saylı qərarı.rayon İHB-nin 8 oktyabr 1996-ci il tarixli 326 saylı sərəncamı nəzərə alınsın. Dəvəçi şəhər sakini X6 mərhum həyat yoldaşı X20 adına olan 87.5 kv.m.torpaq sahəsindən istifadə hüququna xitam verilərək Dəvəçi şəhər sakini Cavabdeh4 adına keçirilsin və rayon İH-nin Tikinti və Memarlıq şöbəsi ilə razılaşdırılmış lahiyyə əsasında kommersiya obyekti tikintisinə icazə verilsin. İşə əlavə edilmiş Şabran bələdiyyəsi tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli 75 saylı arayışdan görünür ki, X23 həqiqətən də şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən kommersiya mağazasının vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və 2022-ci il daxil olmaqla bütün vergilər onun tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş Daşınqmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********9-10301 qeydiyyat nömrəsi **********1 olan, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.0869 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən üzərində tikili inşa edilmiş 87 kvm hissəsi istifadə edilir. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 dekabr 2022ci il tarixli 10/6412 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin mühəndisi Namiq Əhmədovun mütəxəssis rəyində qeyd edilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********9-10301, qeydiyyat nömrəsi ********** olan, qeydiyat tarixi xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.0869 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən üzərindən tikili inşa edilmiş 87 kvm hissəsi istifadə edilir. İşə əlavə edilmiş Şabran Bələdiyyəsi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli 52 saylı arayışdan görünür ki, X23 həqiqətən də şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən kommersiya mağazasının vergi ödəyicisi kimi qeydiyyata alınmış və 2023-cü il daxil olmaqla bütün vergilər onun tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.5-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Həmin Məcəllənin 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1. maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir Avropa İnsan Hüquqları Məhkəməsi “X37rşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. ... Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bu Məcəllənin 180.4-cü maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşə əlavə edilmiş Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X16, X17, X5 cavabdehlər X22, İddiaçı qarşı 03 may 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, X4 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 0.868 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini İddiaçı satmışdır. Məhkəmə ekspertiza Mərkəzinin 20 dekabr 2022-ci il tarixli 10/6412 saylı ekspert rəyindən də görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********9-10301, qeydiyyat nömrəsi ********** olan, qeydiyat tarixi xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.0869 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən üzərindən tikili inşa edilmiş 87 kvm hissəsi istifadə edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.» Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə tərəfindən tərəflərə məhkəməyə əlavə sübutlar təqdim edilməsi barədə təklif olunmasına baxmayaraq tərəflər məhkəməyə əlavə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şabran şəhəri, X43 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 0.0868 ha olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd olunan torpaq sahəsindən çıxarılmalı, cavabdehlər tərəfindən tikilən özbaşına tikili onların hesabına sökülməli və söküləcək tikinti materialı cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılmalı və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şabran şəhəri, X43 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 0.0868 ha olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd olunan torpaq sahəsindən çıxarılsın, cavabdehlər tərəfindən tikilən özbaşına tikili onların hesabına sökülsün və söküləcək tikinti materialı cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınıb İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci alınıb kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** olan hesaba ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-32/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-32/2023
14.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver