Məhkəmə qərarları › İş №2(031)-322/2023

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-322/2023

25.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-322/2023 25.04.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı NÜMAYƏNDƏ: X7 CAVABDEH: Cavabdeh qarşı ÜÇÜNCÜ ŞƏXS: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında X2 Təşkili üzrə Dövlət Agentliyi Özbaşına tikilinin sökülməsi tələbi barədə mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X5 qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən rayonun Ağalıq İƏD-si üzrə nümayəndəliyinin tərkibinə daxil olan Daşlıyataq kəndi ərazisində X4 xüsusi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş əsaslı tikintilərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şabran rayon məhkəməsinin 03 aprel 2023-cü il tarixli qərardadına əsasən, İddiaçı cavabdeh X5 qarşı özbaşına tikilinin sökülməsi tələbi barədə mülki iş üzrə cavabdeh X1 Minayə İmanqulu qızı ilə əvəz edilmişdir. Mülki iş üzrə İddiaçı nümayəndəsi X7 ərizə ilə müraciət edərək, bildirmişdir ki, Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və tiklilərin sökülməsi tələbi barədə iddia qaldırmışdır. Hal-hazırda mübahisəni məhkəmədən kənar öz aralarında həll etmişlər. Ona görə də iddiadan imtina edirlər. Xahiş edir, ərizəsi nəzərə alınsın və işin icraatına xitam verilsin. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtina etməsi onun hüquqi mənafeyinə zidd olmadığından həmin imtina məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4. maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4.,262.1., 262.5. maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilsin. İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. Qətnamədən on gün müddətində Şabran rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Çingiz İsgəndərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar