Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-337/2025 17.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı Zahariuc Anastasiyanın nümayəndəsi Nümayəndə2, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Zaharıuc Anastasiyanın Cavabdeh MMC-yə qarşı əmək müqaviləsi dövrü ərzində iş saatlarından əlavə işləməyə görə əmək haqqının hesablanıb ödənilməsi, işə bərpa və işdən çıxarıldığı müddət ərzində olan dövr üçün kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Zaharıuc Anastasiya Cavabdeh MMC-yə qarşı əmək müqaviləsi dövrü ərzində iş saatlarından əlavə işləməyə görə əmək haqqının hesablanıb ödənilməsi, işə bərpa və işdən çıxarıldığı müddət ərzində olan dövr üçün kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək işinə bərpa, 2 il altı ay hər gün 2 saat artıq işlədiyi saatların haqqı, 16 ay 8 saat təmiz əmək haqqı, bayram günləri işlədiyi 2 qat əmək haqqı hesablanması və 58 gününün məzuniyət haqqının verilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü ildə işlədiyi dəyirmana getmiş, saat 10:30 radələrində Ağayev Nizami və Kərimov Tərxan laboratoriya otağına daxil olmuş, Tahir Süleymanovun kürəkəni Nizami ona işdən azad olduğunu bildirmişdir. Səbəbini soruşduqda Tahir Süleymanovun göstərişi olduğunu bildirmişdir. Onun işdən çıxmasının səbəbi 1 ay öncə Nizamidən məzuniyyətini, onu 16 ay əvəzedici işçinin yerinə işlətdikləri əmək haqqını və 3 il 4 ay hər iş gününün 2 saat artıq işlədiyinin haqqını tələb etməsidir. O, 01,03.2021-ci ildən xx.xx.2023-cü ilə kimi bir gündən bir işləmişdir. İş yoldaşı Aysel Mütəllimova öz ərizəsi ilə xx.xx.2023-cü ildə işdən azad olunan gündən xx.xx.2024-cü ilə kimi, yəni 16 ay gündəlik işə çıxmışdır. O, xarici vətəndaş olsa da, qanunlara hörmətlə yanaşır və qanun çərçivəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 cavabdehin nümayəndəsinin bildirdiyi fikirlərin doğruluğuna şahidlik edərək bildirmişdir ki, "xxxx" MMC-nin laboratoriya şöbəsinin laborantı Zaharıuc Anastasiyanın işlədiyi dövr ərzində artıq iş saatlarının ödənilməsi üçün X5 şikayəti sonrası əmək tabelərinin yoxlaması keçirilmişdir. Yoxlama nəticəsində 2023-cü ilin avqust ayından 2024-cü ilin iyul ayıda daxil olmaqla artıq iş saatları aşkarlanaraq 2 misli şəklində şikayətçiyə ödənilmişdir. 2023-cü il avqust ayı üzrə 4 saat, sentyabr ayı üzrə 5 saat, oktyabr ayı üzrə 4 saat, noyabr ayı üzrə 3 saat, dekabr ayı üzrə 5 saat, cəmi 21 saat olmaqla, 2023-cü il üzrə aylıq iş norması 159,42 saat olduğundan 345/159.42=2,17 manat, 2.17x21=45.57 manat, 2024-cü il yanvar ayı üzrə 3 saat, fevral ayı üzrə 4 saat, mart ayı üzrə 4 saat, aprel ayı üzrə 4 saat, may ayı üzrə 4 saat, iyun ayı üzrə 4 saat, iyul ayı üzrə 4 saat, cəmi 27 saat olmaqla, 2024-cü il üzrə aylıq iş norması 158,42 saat olduğundan 345/158.42=2,18, 2.18x27=58,86 manat müəyyən edilmişdir. Artıq saatların miqdarı 2 qat hesablandığına görə (45.57+58.86)x2=208,86 manat hesablanmışdır. Tutulmalar sosial-müdafiə üzrə 6.89, işsizlik üzrə 1,04, icbari tibbi sığorta üzrə 4,18, cəmi 12,11 manat olmaqla, 208,86-12.11=196,75 manat məbləğində pul vəsaiti işçinin hesabına ödənilmişdir. Bundan əlavə dekabr ayı üzrə ödəniş (345:25=13,80x16=220,80), 2 aylıq kompensasiya (345x2=690) və son hesablaşma (345:30,4=11,35x59=669,65) hesablanaraq və tutulmalar (DSMF üzrə 144,04, 0,5 faiz işsizlik sığortası üzrə 7,90, tibbi sığorta üzrə 31,61 manat) nəzərə alınaraq ödənilməli məbləğ 1396,90 manat təşkil etmiş və işçinin hesabına ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçı Zaharıuc Anastasiyanın Cavabdeh MMC-yə qarşı iddiası rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qusar 1 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC sessiyada nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il çap tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Zahariuc Anastasia xx.xx.2021-ci il tarixdə əmək müqaviləsini bağlamış və aylıq əmək haqqısının məbləği 250 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il çap tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Zahariuc Anastasia xx.xx.2021-ci il tarixdə əmək müqaviləsini bağlamış və aylıq əmək haqqısının məbləği 345 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh MMC verilmiş 1 oktyabr 2024-cü il tarixli, 29 nömrəli əmrdən görünür ki, müəssisənin laboratoriyasında olan 2 vahid laborant ştatının 20 dekabr 2024-cü il tarixdən ləğv edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən laborantlar X6 və Zaharıuc Anastasiyanın əmrlə tanış edilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC verilmiş 20 dekabr 2024-cü il tarixli, 42 nömrəli əmrdən görünür ki, X8 Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən işdən azad edilməsi və sonuncu hesablaşmanın 59 təqvim günü həcmində hesablanıb ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba-Xaçmaz regional şöbəsi tərəfindən Cavabdeh MMC-nin direktoru X1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Zaxaryuk Anatasiyanın işlədiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə iş vaxtından artıq vaxtda işlərin görülməsinə cəlb edilmiş və ona artıq iş saatlarına görə əmək haqqı ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba-Xaçmaz regional şöbəsi tərəfindən Zaharıuc Anastasiyaya ünvanlanmış 17 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, tərəflərindən aparılan araşdırma zamanı müəssisə tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-5/1- 49396/2024 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərə baxış keçirilərkən məlum olmuşdur ki, işlədiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövrdə əmək müqaviləsində nəzərdə tutulmuş gündəlik iş vaxtından artıq işlərə cəlb edilməsinə baxmayaraq, həmin saatlara görə əmək haqqısı ödənilməmişdir və bununla bağlı cəmiyyət tərəfindən əlavə iş saatlarında işləməsi ilə bağlı işəgötürənin əmri (sərəncamı, qərarı) və sizin razılığınızı təsdiq edən hər-hansı sənəd şöbəyə təqdim olunmamışdır. Bununla da Əmək Məcəlləsinin 89-cu maddəsinin 3-cü hissəsi (gündəlik normal iş vaxtına uyğun olan həftəlik normai iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.), 165-ci maddəsinin 1-ci hissəsi (işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.) və 215-cı maddəsinin 7-ci abzasının (normal əmək və istirahət rejiminə riayət edilməsi) tələbləri pozulduğundan “Dəvəçi-Dəyirman MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) və 198.1.5-ci maddəsinə (normal əmək və istirahət rejiminə riayət edilməməsinə) əsasən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən gündəlik iş vaxtından artıq işlərə cəlb edildiyi günlərə görə əmək haqqısının ödənilməsi məqsədi ilə Cavabdeh MMC-nin direktoru T.S.Süleymanova xx.xx.2024-cü il tarixli, 3-17-5/2 70560/2024 nömrəli göstəriş məktubu göndərilmişdir. Həmçinin müəssisə tərəfindən təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, növbəti əmək məzuniyyətinə buraxılmasına və yaxud istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş məbləğdə kompensasiya ödənilməsinə dair tərəfindən işəgötürənə şəxsi ərizə ilə müraciət olunmamışdır. Əmək Məcəlləsinin 138-ci maddəsinin tələbi olaraq bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. İşəgötürənə ərizə ilə müraciət edərək istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş məbləğdə kompensasiya almaq hüququ vardır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması mümkün olmamışdır. Qeyd etdiyi məsələlər ilə bağlı məhkəməyə müraciət etmək hüququn olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba-Xaçmaz regional şöbəsi tərəfindən Zahariuc Anastasiyaya ünvanlanmış 17 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövr ərzində əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqısının ödənilməməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciəti əsasında həmin dövrdə tərəflərindən araşdırma aparılmış və iş vaxtından artıq vaxtda işə cəlb olunduğu iş saatlarına görə əmək haqqısının ödənilməməsi faktı aşkar edilmişdir. Bununla bağlı “Dəvəçi-Dəyirman" MMC-nin direktoru barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) əsasən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tətbiq edilərək işəgötürən inzibati cərimə olunmuşdur. Həmin iş vaxtından artıq iş saatlarına görə əmək haqqısının ödənilməsi məqsədi ilə işəgötürənə ünvanlanmış göstəriş məktublarına əsasən cəmiyyət tərəfindən təqdim edilmiş cavab məktubunda ona 196,75 manat əmək haqqının əmək haqqı kart hesabına köçürüldüyü qeyd edilmişdir. Bununla bağlı aparılan araşdırmanın nəticəsi barədə o, xx.xx.2024-cü il tarixli, 3-17-5/2-Z-73442/2024 nömrəli məktubla cavablandırılmışdır. Onun xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr ərzində iş vaxtından artıq vaxtda işə cəlb olunması ilə bağlı aparılan araşdırma zamanı işəgötürən tərəfindən təqdim edilmiş iş vaxtının uçotu tabellərində onun həmin dövrdə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü işə cəlb olunması öz təsdiqini tapmamış, eyni zamanda belə halları təsdiq edən hər hansı bir sənəd araşdırma zamanı şöbəyə təqdim olunmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması mümkün olmamışdır. Qeyd etdiyi məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin baş mühasibi X4 tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" MMC-nin laboratoriya şöbəsinin laborantı Zaharıuc Anastasiyanın işlədiyi dövr ərzində artıq iş saatlarının ödənilməsi üçün X5 şikayəti sonrası əmək tabellərinin yoxlaması keçirilmişdir. Yoxlama nəticəsində 2023-cü ilin avqust ayından 2024cü ilin iyul ayıda daxil olmaqla aşağıda göstərilən artıq iş saatları aşkarlanaraq 2 misli şəklində şikayətçiyə ödənilmişdir. 2023-cü il avqust ayı üzrə 4 saat, sentyabr ayı üzrə 5 saat, oktyabr ayı üzrə 4 saat, noyabr ayı üzrə 3 saat, dekabr ayı üzrə 5 saat, cəmi 21 saat olmaqla, 2023-cü il üzrə aylıq iş norması 159,42 saat olduğundan 345/159.42=2,17 manat, 2.17x21=45.57 manat, 2024-cü il yanvar ayı üzrə 3 saat, fevral ayı üzrə 4 saat, mart ayı üzrə 4 saat, aprel ayı üzrə 4 saat, may ayı üzrə 4 saat, iyun ayı üzrə 4 saat, iyul ayı üzrə 4 saat, cəmi 27 saat olmaqla, 2024-cü il üzrə aylıq iş norması 158,42 saat olduğundan 345/158.42=2,18, 2.18x27=58,86 manat müəyyən edilmişdir. Artıq saatların miqdarı 2 qat hesablandığına görə (45.57+58.86)x2=208,86 manat hesablanmışdır. Tutulmalar sosialmüdafiə üzrə 6,89, işsizlik üzrə 1,04, icbari tibbi sığorta üzrə 4,18, cəmi 12,11 manat olmaqla, 208,86-12.11=196,75 manat işçinin hesabına ödənilmişdir. İş materiallarında olan son hesablaşma cədvəlindən görünür ki, ödənilən məbləğ cəmi 1396,90 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" ASC-yə məxsus X2 xx.xx.2025-ci il tarixli hesabından çıxarışdan görünür ki, hesabına xx.xx.2024-cü il tarixdə 197 manat, xx.xx.2024-cü il tarixdə 1396,90 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilən ərizədən görünür ki, hazırkı iş üzrə iddiasını işə bərpa tələbinə dair tələbin verilməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 ay müddətini ötürməklə verdiyindən iddiaya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinin tələbləri qaydasında iddia müddətinin tətbiq edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddənin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddənin “b” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər barədə məlumatlar göstərilir. Həmin Məcəllənin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294.2-ci maddəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi Zahariuc Anastasia fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyini iddia etdiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olsa da, o, qanunvericilikdə nəzərdə tutulan normaya riayət etməyərək xx.xx.2025-ci il tarixli ərizə ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən yuxarıda qeyd olunan müddəalara əsasən iddia müddəti keçdiyinə görə məhkəmə iddiadan imtina etməlidir. Bundan əlavə iş materiallarından aydın olur ki, Zaharıuc Anastasiyanın işlədiyi dövr ərzində artıq iş saatlarının ödənilməsi üçün X5 şikayəti sonrası əmək tabellərinin yoxlanması nəticəsində 2023-cü ilin avqust ayından 2024-cü ilin iyul ayı da daxil olmaqla artıq iş saatları aşkarlanaraq və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilən qeyd edilən illər üzrə orta aylıq iş vaxtı norması nəzərə alınaraq 2 misli həddində hesablanmaqla və tutulmalar nəzərə alınmaqla 196,75 manat, son hesablaşmalar cədvəlinə əsasən dekabr ayı üzrə ödəniş, kompensasiya və son hesablaşma qanunvericilikdə nəzərdə tutulan qaydada hesablanmaqla və tutulmalar nəzərə alınmaqla 1396,90 manat müəyyən edilmiş və "xxxx" ASC-yə məxsus Zahariuc Anastasiyanın xx.xx.2025-ci il tarixli hesabından çıxarışa əsasən hesabına xx.xx.2024-cü il tarixdə 197 manat, xx.xx.2024-cü il tarixdə 1396,90 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Beləliklə, məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı Zahariuc Anastasiyanın Cavabdeh MMC-yə qarşı əmək müqaviləsi dövrü ərzində iş saatlarından əlavə işləməyə görə əmək haqqının hesablanıb ödənilməsi, işə bərpa və işdən çıxarıldığı müddət ərzində olan dövr üçün kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-337/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-337/2025
17.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver