Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-34/2025 14.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh tərəfindən Şabran şəhəri, Bakı-Samur avtomagistral yolunun kənarında yerləşən 0,02 ha torpaq sahəsinin zəbt edilmiş hissəsinin geri qaytarılması, inşa etdiyi hasarın və digər tikililərin cavabdehin hesabına sökülməsi və ödədiyi 100 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, oğlu İddiaçı "ağır dərəcəli əqli gerilik, onurğa bel-oma şöbəsinin sinir kökünün travması" diaqnozu ilə 1-ci dərəcəli əlil olduğuna görə, o, ömürlük ona qulluq etdiyi üçün, Azərbaycan Respublikasınının Prezidentinin təqaüdünü alır. Dəvəçi Bələdiyyəsinin torpaq sahəsinin ayrılması barədə xx.xx.2004-cü il tarixli 06 saylı Qərarı ona ayrılmış Şabran şəhəri ,Bakı-Samur avtomagistral yolunun kənarında yerləşən 0,02 ha torpaq sahəsinə xx.xx.2024-cü il tarixində hüquqlarını ƏM DKnın yanında DƏDKR- nın publik huquqi şəxs tərəfindən **********33 daşınmaz əmlakın reyestr nömrə ilə və **********7 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın qaydiyyata aldırmışdır. Həmin çıxarışa uyğun olaraq, torpaq sahəsinin plan və ölçüsü hazıranmışdır, lakin torpaq sahəsinin koordinatları qeyd edilməmişdir, çıxarış verilən idarə işçiləri tərəfindən onun torpaq sahəsinin hüdudları ona göstərilməmişdir. Həmin torpaq sahəsinin böyük bir hissəsi (uzunluğu təxminən 20 metr eni 5-10 metr) Cavabdeh tərəfindən daş hasar çəkdirərək zəbt edilmişdir, həmin yerdə onun restoranı yerləşir və onunla və onun ailə üzvləri ilə müqaqişəli vəziyyətdədir. Onun restoranının fəaliyyəti onun dinc yaşamağına imkan vermir. O, onun barəsində əsassız olaraq Şabran Polis şöbəsinə şikayət etmişdir. O, ona torpaq sahəsinin boşaldılmasını bildirsə də o, onun sözlərinə əhəmiyyət verməyərək, torpağın boşaldılması əvəzinə, həmin sahadə tikililər inşa edir. Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahəsində tikilmiş daş hasarın və digər tikililərin sökülməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Şabran şəhəri ,Bakı-Samur avtomagistral yolunun kənarında yerləşən 0,02 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Oğlu İddiaçı "ağır dərəcəli əqli gerilik, onurğa bel-oma şöbəsinin sinir kökünün travması" diaqnozu ilə 1-ci dərəcəli əlildir. Oğluna o, qulluq göstərir. Məhkəmənin qərardadına əsasən mütəxəssis rəyi alınmışdır, həmin mütəxəssis rəyi ilə razı deyil. Həmin rəyi qanunsuz hesab edir və məhkəmə tərəfindən qoyulan suallara dəqiq cavab verilməmişdir. Xahiş edir, iş üzrə ekspertiza təyin edilsin. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə razıdır. Cavabdeh onun qardaşıdır, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Ekspertiza təyin edilməsinə ehtiyac yoxdur. Xahiş edir, iddia tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, İddiaçı "ağır dərəcəli əqli gerilik, onurğa bel-oma şöbəsinin sinir kökünün travması" diaqnozu ilə müddətsiz 1-ci dərəcəli əlildir. İş materiallarında olan X-JQ seriyalı 450119 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X1 ilə Qanuni nümayəndə birgə nikahlarından xx.xx.1985-ci ildə Rəşad adlı uşaqları olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X3 tərəfindən verilmiş 04 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Qanuni nümayəndə həqiqətən filiallarından 1-ci qrup əlil olan İddiaçı qulluğa görə xx.xx.2022-ci il tarixdən müddətsiz olaran 100 manat Prezident təqaüdü alır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********3, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə Şabran şəhəri ərazisindən yaşayış məntəqələrinin torpaqlarından 0.02 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli 3-21-3- 34/2-15854/2024 saylı mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz omlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********3 Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-ci il olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.02 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-u maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli 3-21-3-34/2-15854/2024 saylı mütəxəssis rəyinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz omlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********3 Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-ci il olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.02 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 (altmış) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-34/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-34/2025
14.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver