Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-344/2025 03.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qsimində cəlb edilmiş Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1954-cü ilin aprel ayının 1-də Dəvəçi (indiki Şabran) şəhərində doğulması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydləri kitabında qeyd aparılarkən doğum tarixi qrafasında 1 aprel 1954-cü il, soyadının Eldarova, ata adı Sədrəddin, ata qrafasında X5, ana qrafasında X12, milliyətlərinin azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, 1 aprel 1954-cü il tarixdə Dəvəçi (indiki Şabran) şəhərində anadan oİmuşdur. X2 və X4 olmuşdur. X2 xx.xx.2006-cı ildə, X4 xx.xx.2013-cü ildə vəfat etmişdir. O, anasından qalmış miras əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Şabran Rayon Notariat Ofisinə müraciət etmişdir. Doğum şəhadətnaməsi olmadığından vərəsəlik şəhadətnaməsi verilməmişdir. Doğum haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etsə də, Maraqlı şəxs tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda doğum qeydinin tibb müəssisəsinin bu barədə verdiyi doğum haqqında tibbi şəhadətnamə əsasında aparıldığı bildirilmiş, doğum haqqında tibbi şəhadətnamə və digər zəruri sənədlər təqdim edilmədiyi üçün doğumun qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamışdır. X4 rəhmətə gedəndən sonra ailə üzvləri, yəni xx.xx.1954-cü il təvəllüdlü Ərizəçi, xx.xx.1955-ci il təvəllüdlü X8, xx.xx.1960-cı il təvəllüdlü X6 (vəfat edib), xx.xx.1964-cü il təvəllüdlü X14, xx.xx.1965-ci il təvəllüdlü X13 (vəfat edib), xx.xx.1967-ci il təvəllüdlü X10 qalmışdır. O, məhkəmə qətnaməsi olmadan doğumun qeyd edilmə faktını müəyyən etdirə bilmir. Doğumun qeyd edilmə faktının müəyyən edilməsi doğum haqqında şəhadətnamə əldə etmək, anasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək və s. məqsədlər üçün ona lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Şəfiqə Sədrəddin qızının onun bacısı, X3 atası, X7 anası olduğunu, və bacısı Şəfiqənin 1954-cü ildə anadan olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1964-cü ildə anadan olmuşdur. İş materiallarında olan AZ seriyalı, 190034 nömrəli evlənmə haqqında şəhadətnamədən görünür ki, X19 ilə X12 xx.xx.1972-ci ildə evlənmişdirlər. İş materiallarında olan AZ-İİ seriyalı, 225147 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 544873 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X17 ilə X22 xx.xx.2010-cu ildə nikahlarını bağlamışdırlar. İş materiallarında olan Şabran Rayon İcra Hakimiyyəti başçısının Rəhimli İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli arayışdan görünür ki, X12 vəfat edəndən sonra ailə üzvləri, yəni Ərizəçi, X8, X6, X14, X13 və X10 qalmışdır. İş materiallarında olan Maraqlı şəxs tətəfindən verilən arayışlardna görünür ki, X5 xx.xx.2006-cı ildə, X12 xx.xx.2013-cü ildə ölmüşdür. İş materiallarında olan AZ-T seriyalı, 263983 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1967-ci ildə doğulmuşdur. İş materiallarında olan Азseriyalı, 462575 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1964-cü ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 34 nömrəli məktubdan görünür ki, doğumun qeydə alınması ilə bağlı heç bir rəsmi sənəd təqdim edilmədiyi üçün doğumun qeydə alınması tərəflərindən mümkün olmamışdır. İş materiallarında olan “Şabran Rayon Mərkəzi Xəstəxanası” X31 tərəfindən verilmiş 16 may 2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğumu ilə bağlı arxiv sənədlərində hər hansı məlumatın olmadığı bildirilmişdir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də Ərizəçi 1 aprel 1954-cü il tarixdə Dəvəçi (indiki Şabran) şəhərində anadan olmşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 4-cü maddəsinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən hər bir halda məhkəmə hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.3-cü maddəsinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmasa və onların bərpası mümkün olmasa, doğum faktı məhkəmə qaydasında müəyyən edilir və belə qeyd yalnız doğumun qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Bundan əlavə iş materiallarında olan Maraqlı şəxs və “Şabran Rayon Mərkəzi Xəstəxanası” X31 tərəffindən verilən məktublardan görünür ki, Ərizəçi doğum qeydinin əldə edilməsi və ya onun bərpası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1954-cü ilin aprel ayının 1-də Dəvəçi (indiki Şabran) şəhərində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında qeyd aparılarkən, doğum tarixi qrafasında 1 aprel 1954cü il, soyadının Eldarova, ata adı Sədrəddin, ata qrafasında X5, ana qrafasında X12, milliyətləri azərbaycanlı kimi qeyd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında qeyd aparılarkən doğum yeri qrafasında “Azərbaycan Respublikası, Şabran şəhəri”, doğum tarixi qrafasında 1 aprel 1954-cü il, soyadı Eldarova, ata adı Sədrəddin, ata qrafasında X5, ana qrafasında X12, milliyətləri azərbaycanlı kimi qeyd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-344/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-344/2025
03.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver