Məhkəmə qərarları › İş №2(031)-35/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-35/2021

17.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-35/2021 17.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbi barədə ilk iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, JN-005F KOD 30405028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən onun mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin boşaldılması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, onun mülkiyyətinə JN- 005F KOD 30405028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Keçmiş qonşusu cavabdeh Əliyev X1 və Bakı şəhərlərində olduğu halda onun torpağını kəsir və öz torpağına qatır. Bu üsulla vaxtilə əkdiyi torpaq sahəsindən çıxması barədə müraciət edilmiş, lakin cavabdeh müraciətə əməl etməmişdir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, JN- 005F KOD 30405028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən onun mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin onun tərəifndən zəbt olunması barədə irəli sürdüyü iddia əsassızdır. İddiada istinad edilən Azərbaycan Respublikasının MM-nin 157.1-ci maddəsinin tələblərinə görə mülkiyyətçi öz əmlakını geri tələb etmək hüququna malikdir. Qanunvericiliyin bu maddəsi ona tətbiq edilə bilməz. Çünki, o, İddiaçı torpaq sahəsini zəbt etməmişdir. İddiaçı MM-nin müxtəlif maddələrini sadalayaraq (180.1, 180.2, 139.2) onun həmin qanunun tələblərini pozduğunu sübut etməyə çalışır. Lakin bildirir ki, bir əsrə yaxındır həmin yurdda onun ata-babası yaşamışdılar. Regionlarda mülklərin və əmlakların kütləvi qeydiyyata alınması başlandığı vaxtdan onların yurdlarında qeydiyyata alınmış, aidiyyatlı icra orqanı tərəfindən ölçüləri götürülmüş, xəritəsi çəkilmiş və Azərbaycan Respublikası DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə özəl mülkiyyəti təsdiq edən çıxarış sənədi anası X2 adına rəsmiləşdirilərək ailələrinə təqdim olunmuşdur. İddiaçının göstərdiyi kimi o, da bildirir ki, mülklər və əmlaklar toxunulmazdır, bərabər hüquqludur. Bu da Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində birmənalı olaraq təsbit olunmuşdur. Bildirir ki, Aslanovun iddiasına əsasən təyin olunmuş ekspert birtərəfli və qərəzli rəy verilmişdir. Beləliklə ekspert ölçüləri düzgün östərməmiş, onun həyətinin giriş hissəsində Aslanova məxsus 89 kvm sahənin zəbt olunmuş olduğu göstərilmişdir. Halbuki həmin hissədə onun torpağının ilk xətdə 14.40 çıxarışda olduğu kimi olsada, qonşuları ilə olan sərhəd zolağı boyunca onun ərazisi kiçilmişdir. Onun ərazisi mərkəz xəttində 36 kvm olmalı olduğu halda 30 metr qalmışdır. Xahiş edir, İddiaçı irəli sürdüyü iddianın müddətinin keçmiş olduğuna və eləcə də əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X7 Birliyi tərəfindən verilmiş 006801 saylı Vəsiqədən görünür ki, İddiaçı statusu üzrə Azərbaycan Respublikası qanunvericilyi ilə müəyyənedilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşə əlav edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon Bölməsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli 135 saylı arayışdan görünür ki, İddiaçıov oğlunun mərhum oğlu xx.xx.1974-cü il təvəllüdlü X8 oğlu həqiqətən xx xxxxxx 1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İşə əlavə edilmiş Fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Dəvəçi (Şabran) rayonu Dağbilici kəndində yerləşən fərdi yaşayış evi İddiaçıov oğlunun adına qeydə alınmışdır. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-005F KOD 30405028 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu X3 xx xxxxxx 1998-ci il tarixli 02 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-005F KOD 30405028 saylı Şəhadətnaməyə əsasən 0.26 ha torpaq sahəsinin 89 kvm hissəsi Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.7. maddəsinə əsasən mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. maddəsinə əsasən mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinin 1-ci bəndinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Həmin Məcəllənin 5.1. maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökül məsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən vəya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının mülkiyyətinə JN-005F KOD 30405028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN- 005F KOD 30405028 saylı Şəhadətnaməyə əsasən 0.26 ha torpaq sahəsinin 89 kvm hissəsi Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İş üzrə mütəxəssis (evspert) tərəfindən konkret rəy verildiyindən, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçı İddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə onun mülkiyyətlə qorunan hüquqlarını pozmuşdur. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış, tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-005F KOD 30405028 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılmalı və torpaq sahəsi boşaldılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-005F KOD 30405028 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılsın və torpaq sahəsi boşaldılsın. Cavabdeh 238.30 manat ekspertiza xərci tutularaq Kapital Bank ASC Xətai filialı, filialın kodu: 200071, VÖEN: **********, SWİFT kodu: AİİBAZ2X, mühbir hesab: AZ37NABZ********************, Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC, hesab: AZ23AİİB********************, VÖEN********** hesaba ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar