Məhkəmə qərarları › İş №2(031)-355/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-355/2021

13.04.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-355/2021 13.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEHLƏR: Cavabdeh1 oğlna, Nurəliyeva Südabəyə və Nurəliyev Həmidəyə qarşı Əqdin etibarlı hesab edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq onunla cavabdeh X5 arasında Torpağa Mülkiyyət Hüququna Dair JN-04xx xxx 30401004 saylı Dövlət Aktı ilə ona və ailəsinə məxsus 2.49 hektar torpaq sahəsinə dair, onunla Nurəliyeva Südabə və Nurəliyev Həmid arasında Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30401004 saylı Dövlət Aktı ilə onlra məxsus 1.34 ha torpaq sahəsinə dair bağlanmış əqdlərin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, o, 2004-cü ilin axırlarında Cavabdeh1 atası X5 ilə danışıb razılığa gəlməklə Torpağa Mülkiyyət Hüququna Dair JN- 5xx xxx 30401004 saylı Dövlət Aktı ilə ona və ailə üzvlərinə məxsus 2.49 ha pay torpaq sahəsini satmasını eşidərək həmin şəxslə görüşüb, onların satmaq istədiyi həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Cavabdehlə aralarında şifahi müqavilə bağlamaqla danışıb razılığa gəlmişlər və cavabdehə torpağın dəyərini ödəməklə X3 və ailəsinə məxsus 2.49 hektar torpaq sahəsini almışdır. Lakin vaxtında cavabdehin təqsiri üzündən alqı-satqını rəsmiləşdirə bilməmişlər. Cavabdehi həmin vaxt alqı-satqı müqaviləsinin təsdiqlənməsi üçün notariat kontoruna dəvət etsələr də, cavabdeh bəhanələr gətirərək notariat kontoruna gəlməkdən imtina etmişdir. Təxminən bir il sonra cavabdeh Ə.Kərimov vəfat etmişdir. Cavabdehlə aralarında torpağın alqı-satqısı aparılmışdır, torpağın dəyərini ödəməklə torpaq sahəsi almışdır. X7 və Nurəliyev Həmidlə 2005-ci ilin əvvəllərində danışıb razılığa gəlməklə və aralarında şifahi müqavilə bağlamaqla Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30401004 saylı Dövlət Aktı ilə onlara məxsus 1.34 ha pay torpaq sahəsini almışdır. Lakin sonradan Nurəliyeva Südabə və Nurəliyev Həmid köçüb başqa yerə getdiklərindən onlarla alqı-satqı rəsmiləşdirə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, onunla cavabdeh X5 arasında Torpağa Mülkiyyət Hüququna Dair JN-04xx xxx 30401004 saylı Dövlət Aktı ilə ona və ailəsinə məxsus 2.49 hektar torpaq sahəsinə dair, onunla Nurəliyeva Südabə və Nurəliyev Həmid arasında Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30401004 saylı Dövlət Aktı ilə onlra məxsus 1.34 ha torpaq sahəsinə dair bağlanmış əqdlərin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, 2004-cü ilin axırlarında atası X1 Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30401004 saylı Dövlət Aktı ilə ona və ailə üzvlərinə məxsus 2.49 ha pay torpaq sahəsini satmaq istəmiş, İddiaçı ilə görüşüb danışıb razılığa gəlməklə həmin torpaq sahəsini ona satmışdır. Lain torpaq sahəsinin alqı-satqısı rəsmiləşdirilməmişdir. Atası Ə.Kərimov vəfat etmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Nurəliyeva Südabə və Nurəliyev Həmidə məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri və şahidi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, 2004-cü ilin axırlarında həyat yoldaşı X1 Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30401004 saylı Dövlət Aktı ilə ona və ailə üzvlərinə məxsus 2.49 ha pay torpaq sahəsini satmaq istəmiş, İddiaçı ilə görüşüb danışıb razılığa gəlməklə həmin torpaq sahəsini ona satmışdır. Lakin torpaq sahəsinin alqı-satqısı rəsmiləşdirilməmişdir. Həyat yoldaşı Ə.Kərimov xx xxx 2005-ci ildə vəfat etmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsindədir. İşə əlavə edilmiş AZ-İ seriyalı 143330 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx xxx 2005-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-04xx xxx 30401004 saylı Dövlət aktından görünür ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2000ci il tarixli 06 saylı qərarına əsasən X2 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2.49 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-05xx xxx 30401004 saylı Dövlət aktından görünür ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2000ci il tarixli 06 saylı qərarına əsasən Nurəliyeva Südabənin və Nurəliyev Həmidin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.34 ha pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2. maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni xx xxxx 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2- ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı cavabdelərin və ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsinin aralarında olan qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini tam şəkildə ödəmişdir. Bundan sonra cavabdeh tərəf xüsusi mülkiyyətində olan torpaq sahəsini iddiaçının faktiki istifadəsinə vermiş və həmin torpaq sahəsinə aid olan mülkiyyət hüququnu tanıyan sənədin əslini iddiaçıya təqdim etmişlər. Mübahisə predmetinə aid olan, iddiaçının alqı-satqı əqdinin etibarlı sayılmasını tələb etdiyi torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi üçün cavabdehlər Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmədikləri üçün torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı qeyd olunan daşınmaz əmlakın mülkiyyətçisi olmadığından həmin əmlak üzərində istədiyi kimi sərəncam vermək imkanı yoxdur, bu səbəbdən məhkəmədə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması ilə bağlı iddia qaldırmışdır. İddiaçı notarial qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir. Hazırki iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin təqsiri ucbatından baş vermiş, cavabdehlər əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmışdır. Cavabdeh tərəf notariat kontoruna getməkdən yayındığına görə məhkəmə qərarı olmadan hazırki iddianın predmetinə aid olan torpaq sahəsi barəsində iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılmasının başqa qaydada qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2. maddəsinin məzmununa görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3. maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyesterində həyata keçirilir. Həmin Məcəllənin 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sənərncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4. maddəsində qeyd edilmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilməsi imkanıdır. Yəni mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. İddiaçı qeyd olunan daşınmaz əmlakın mülkiyyətçisi olmadığından həmin əmlak üzərində istədiyi kimi sərəncam vermək imkanı yoxdur, bu səbəbdən məhkəmədə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh X5 arasında Torpağa Mülkiyyət Hüququna Dair JN-04xx xxx 30401004 saylı Dövlət Aktı ilə ona və ailəsinə məxsus 2.49 hektar torpaq sahəsinə dair, İddiaçı ilə Nurəliyeva Südabə və Nurəliyev Həmid arasında Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30401004 saylı Dövlət Aktı ilə onlra məxsus 1.34 ha torpaq sahəsinə dair bağlanmış əqdlər etibarlı hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh X5 arasında Torpağa Mülkiyyət Hüququna Dair JN-04xx xxx 30401004 saylı Dövlət Aktı ilə ona və ailəsinə məxsus 2.49 hektar torpaq sahəsinə dair, İddiaçı ilə Nurəliyeva Südabə və Nurəliyev Həmid arasında Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30401004 saylı Dövlət Aktı ilə onlra məxsus 1.34 ha torpaq sahəsinə dair bağlanmış əqdlər etibarlı hesab edilsin. Məhkəmə qətnaməsi qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar