Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-36/2021 09.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı İddiaçının nümayəndəsi və vəkili:X16 Cavabdeh: Cavabdeh1 Abdulhəşim oğluna Nümayəndə: Musayeva Gövhər Abdulhəşim qızı Cavabdeh: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X17rşı Torpaq sahəsinin naturada müəyyən edilməsi və özgənin sahibliyindən əmlakın geri qaytarılması tələb edilməsi və Cavabdeh1 Abdulhəşim oğlunun Məmmədova (Aslanova) Sevil Ruhəddin qızına qarşı torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 5 saylı X17rşı iddia qaldıraraq onun mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi və Cavabdeh1 Abdulhəşim oğlunun qanunsuz sahibliyindən onun torpağının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eləcə də, iddiaçı Cavabdeh1 Abdulhəşim oğlu cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş qeydiyyat nömrəsi ********** olan, xx xxxxxx 2020-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan 500 kvm torpaq sahəsindən cavabdeh X3 çıxarılması və sözü gedən torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(031)-269/2020 saylı qərardadına əsasən iddiaçı Cavabdeh1 Abdulhəşim oğlunun cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızına qarşı «torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması» tələbinə dair 2 (031)-296/2020 nömrəli mülki iş İddiaçı Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 5 saylı X17rşı «torpaq sahəsinin naturada müəyyən edilməsi və özgənin sahibliyindən əmlakın geri qaytarılması» tələbinə dair 2(031)-258/2020 nömrəli mülki işlə bir icraata birləşdirilmişdir. İddiacı Məmmədova (Aslanova) Sevil Ruhəddin qızı məhkəmə iclasında iddiasını müdafiə edərək, Cavabdeh1 Abdulhəşim oğlunun iddiasını isə qəbul etməyərək bildirdi ki, Dəvəçi (indiki Şabran) rayon İHB-nın Dəvəçi şəhər üzrə nümayəndəliyinin xx.xx.1992-ci il tarixli 48 nömrəli sərəncamı ilə, fərdi mənzil tikintisi üçün, Dəvəçi rayon XDS RH-nin Dəvəçi şhərində fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması barədəki xx.xx.1992-ci il tarixli qərarı, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin xx.xx.1992-ci il tarixli 58-9/290 saylı və baş yer qurluşu idarəsinin xx.xx.1992-ci il tarixli 58-5/296 saylı razılıq məktubları nəzərə alaraq, Dəvəçi şəhəri, üzrə fərdi mənzil tikintisinə ehtiyacı olduğuna görə, ona Dəvəçi şəhər 12-ci məhəllədə 287 saylı yer (0.05 ha) ayrılmışdır. Qonşuluqda yerləşən torpaq əraziləri 286-cı yer X12 288-ci yer X11 verilmişdir. xx.xx.2005-ci il tarixində ona həmin torpaq sahəsinin, JN-3146A kod 30401004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə verilmişdir. Həmin torpaq şəhadətnaməsində, ona 541.5 kvm torpaq sahəsinin mülkiyyətinə verilməsi qeyd edilib. Torpaq sahəsi üzrə qonşuları X4, X7, X2, X1 olmaları göstərilmişdir. O, mülkiyyətində olan torpaq sahəsinin dörd bir tərəfini mişar daşı ilə hasarlamış, 12x14 evin binəsini inşa etmişdir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ƏMDKin yanında DƏDRX-nin 5 saylı X23 müraciət etmişdir. Həmin İdarənin xx.xx.2020-ci il tarixli **********80 saylı məktubu ilə ona bildirilmişdir ki, tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin cizgiləri 5 saylı X22 elektron məlumat bazasında olan xəritəyə əsasən ərizənizə əlavə olunmuş JN-3146A kod 30401004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə»də göstərilən torpaq sahəsinin cizgilərindən fərqlidir. Torpaq sahəsinin yerləşdiyi ərazi mübahisəlidir. Bundan sonra o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Xahiş edir, onun mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi və Cavabdeh1 Abdulhəşim oğlunun qanunsuz sahibliyindən onun torpağının geri qaytarılmasına dair qətnamə çıxarılsın. Eyni zamanda, Cavabdeh1 ona qarşı torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbi barədə iddiasını əsassız hesab edir. İddiacı Məmmədova (Aslanova) Sevil Ruhəddin qızının nümayəndəsi və vəkili X16 məhkəmə iclasında iddiaçı ilə analoji ifadə verərək, İddiaçı iddiasının təmin edilməsini, Cavabdeh1 Abdulhəşim oğlunun iddiasının isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. Cavabdeh1 Abdulhəşim oğlunun nüayəndəsi Musayeva Gövhər Abdulhəşim qızı məhkəmə iclasında Cavabdeh1 iddia tələbini müdafiə edərək, İddiaçı iddiasını isə qəbul etməyərək bildirdi ki, Cavabdeh1 mülkiyyətinə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış qeydiyyat nömrəsi ********** xx.xx.2020-ci il tarixli çıxarışına əsasən Şabran rayonu 5 sotlar qəsəbəsi məhəllə 12, yer 289-da 500 kvm həyətyanı Torpaq sahəsi vardır. Cavabdeh oun mülkiyyətinə verilmiş torpaq sahəsini zəbt etmişdir. Bu barədə bələdiyyəyə müraciət etmiş, torpaq sahəsinə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, həqiqətən də cavabdeh tərəfindən torpaq sahəsi 500 kvm zəbt olunmuşdur. Cavabdehə torpaq sahəsinin boşaldılması barədə bildirilmişdir, lakin cavabdeh onun mülkiyyətində olan torpaq sahəsini boşaltmır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Xahiş edir, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş qeydiyyat nömrəsi ********** olan, xx xxxxxx 2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 500 kvm torpaq sahəsindən cavabdeh X3 çıxarılması və sözü gedən torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılsın. Eyni zamanda, İddiaçı A.Musaeyvə qarşı torpaq sahəsinin naturada müəyyən edilməsi və özgənin sahibliyindən əmlakın geri qaytarılması tələbini əsassız hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 5 saylı X22 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, İddiaçı iddiası əsassız olduğundan təmin edilməməli, Cavabdeh1 Abdulhəşim oğlunun iddiası əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şabran rayonu Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 173 saylı arxiv çıxarışından görünür ki, Dəvəçi (indiki Şabran) rayon İHB-nın Dəvəçi şəhəri üzrə nümayəndəliyinin xx xxxx 1992-ci il tarixli 48№-li sərəncamına əsasən X8 12-ci məhəllədən 0.05 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Dəvəçi rayon XDS RH-nin xx xxxxxx 1992-ci il tarixli 10 saylı iclasının protokolundan çıxarışdan görünür ki, X8 Dəvəçi şəhərinin baş planı üzrə 12 –ci məhəlləsindən fərdi yaşayış evinin tikintisi üçün 500 kvm torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 03 saylı məktubdan görünür ki, arxivdə olan Şabran rayon İH-nin Şabran şəhəri üzrə nümayəndəliyinin sərəncamlar kitabına baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, İddiaçı-xx xxxx 1992-ci il tarixli 57 saylı sərəncamı ilə 12 –ci məhəllə 287 saylı yer fərdi mənzil tikintisi üçün verilmişdir. Onun torpağı ilə sərhəd qonşuları aşağıdakılardır. Həmin sərəncamla X12 12-ci məhəllə 286-cı yer, xx xxxxxx 1992-ci il tarixli 72 saylı sərəncamı ilə X11 12-ci məhəllə 288-ci yer fərdi mənzil tikintisi üçün verilmişdir. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-3146A KOD30401004 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu X13 xx xxxxxxxx 2000-ci il tarixli 06 saylı qərarına əsasən X5 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X26 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı Şabran şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X23 daxil olmuş xx xxxxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə 5 saylı X26 tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə **********11 qeydiyyat nömrəli imtina məktubunda səhv olaraq «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» JN-938 A kod 30225018 qeyd edilmişdir. Əslində isə, həmin şəhadətnamə ləğv edilmiş DTXK tərəfindən Ərazi İdarəsinin arxivinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitabında JN-3146A kod 30401004 kimi qeyd olunmuşdur. Bildirilir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş və tərəflərindən faktiki istifadə olunan torpaq sahəsinin cizgiləri 5 saylı X22 elektron məlumat bazasında olan xəritəyə əlavə olunmuş JN-3146A kod 30401004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə»də göstərilən torpaq sahəsinin cizgilərindən fərqlidir. Torpaq sahəsiinin yerləşdiyi ərazi mübahisəlidir. Göstərilən çatışmamazlıqlar aradan qaldırılarsa yenidən müraciət olunacağı təqdirdə, hüquqların dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. İşə əlavə edilmiş Dəvəçi rayon XDS RH-nin xx xxxx 1992-ci il tarixli 9 saylı qərarına əsasən X6 Dəvəçi şəhərinin baş planı üzrə 12-ci məhəlləsində, fərdi mənzil tikintisi üçün 500 kvm həyətyanı torpaq sahəsi ayrılması barədəki, rayon İHB-nın Dəvəçi şəhəri üzrə nümayəndəsinin xx xxxx 1992-ci il tarixli 48 saylı sərəncamı nəzərə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi: **********93 olan çıxarışdan görünür ki, Şabran şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi Cavabdeh1 Abdulhəşim oğlunun adına qeydə alınmışdır. İşə əlavə edilmiş Şabran rayonu Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışından görünür ki, Dəvəçi (indiki Şabran) rayon İHB-nın Dəvəçi şəhəri üzrə nümayəndəliyinin xx xxxx 1992-ci il tarixli 48 №-li sərəncamından görünür ki, X6 14-cü məhəllədən fərdi mənzil tikintisi üçün 0.05 həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisə predmeti kimi təqdim olunan torpaq sahəsinin naturadakı koordinatları ilə DƏDRX tərəfindən Cavabdeh1 Abdulhəşim oğluna verilmiş **********93 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar üst-üstə düşür. Mülki iş materiallarına əlavə olunmuş sənədlərdə XDS qərarı ilə İddiaçı verilmiş torpaq sahəsinə aid heç bir sxem və koordinatlar olmadığından qeyd edilmiş torpaq sahəsini hüdudları, «torpaq ayırma» barədə Dəvəçi rayon XDS- nın qərarı nəzərə alınmaqla naturada müəyyən edilməsi mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinin naturadakı koordinatları DƏDRX tərəfindən Cavabdeh1 Abduhəşim oğluna verilmiş **********3 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar üst-üstə düşür. Lakin onun üzərində olan tiklilərin (tiklilər hansı vaxtda inşa edilməsi müəyyən edilməklə) kimə məxsus olmasını müəyyən etmək Xaçmaz LTİ-nin mütəxəssisinin səlahiyyətlərinə aid deyildir. Cavabdeh1 Abdulhəşim oğluna verilmiş çıxarışda və müayinə aktında binənin və hasarın göstərilməməsi səbəbini müəyyən etmək Xaçmaz Lİ-nin mütəxəssislərinin səlahiyyətlərinə aid deyildir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 10/3691 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, mübahisə predmeti kimi təqdim olunan torpaq sahəsinin naturadakı koordinatlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş, xx xxxxxx 2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçı Cavabdeh1 Abdulhəşim oğluna məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən olunur. Mübahisə predmeti kimi təqdim olunan torpaq sahəsinin naturadakı koordinatlarının “Torpağın mülkiyyətə verilməsinə” dair JN3146, Kod 30401004 olan Şəhadətnaməyə əsasən X9 verilmiş 0,05 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən olunur. XDS-nin qərarı ilə İddiaçı Rühəddin qızına verilmiş torpaq sahəsinə dair sxem və koordinatlar mülki iş materiallarına əlavə olunmuş sənədlərdə olmadığından, qeyd edilmiş torpaq sahəsinin hüdudlarının “torpaq ayırma” barədə Dəvəçi rayon XDS-in qərarı (XDS qərarı ilə yerin müəyyən edilməsi) nəzərə alınmaqla naturada müəyyən edilməsi mümkün olmamışdır. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatları olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi və.s.) əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin naturadakı koordinatları DƏDRX tərəfindən Cavabdeh1 Abdulhəşim oğluna verilmiş **********93 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar üst-üstə düşür. Lakin həmin torpaq sahəsinin üzərində olan tikililərin kimə məxsus olmasını və hansı vaxtda inşa edilməsi müəyyən edilmək tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyildir. Cavabdeh1 Abdulhəşim oğluna verilmiş çıxarışda və müayinə aktında binənin və hasarın göstərilməməsinin səbəbi həmin çıxarışı və müayinə aktını tərtib etmiş idarə tərəfindən cavablandırıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X14 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.7. maddəsinə əsasən mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. maddəsinə əsasən mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinin 1-ci bəndinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Həmin Məcəllənin 5.1. maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 5 saylı X17rşı torpaq sahəsinin naturada müəyyən edilməsi və özgənin sahibliyindən əmlakın geri qaytarılması tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh1 Abdulhəşim oğlunun iddiası təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş qeydiyyat nömrəsi ********** olan, xx xxxxxx 2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 Abdulhəşim oğlunun mülkiyyətində olan 500 kvm torpaq sahəsindən cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızı çıxarılmalı və sözü gedən torpaq sahəsi boşaldılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrin rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 5 saylı X17rşı torpaq sahəsinin naturada müəyyən edilməsi və özgənin sahibliyindən əmlakın geri qaytarılması tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Cavabdeh1 Abdulhəşim oğlunun iddiası təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş qeydiyyat nömrəsi ********** olan, xx xxxxxx 2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 Abdulhəşim oğlunun mülkiyyətində olan 500 kvm torpaq sahəsindən cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızı çıxarılmalı və sözü gedən torpaq sahəsi boşaldılsın. İddiaçı 67 (altımış yeddi) manat 20 (iyirmi) qəpik ekspertiza xərci tutularaq Benefisiarın Bankı: Kapital Bank ASC Xətai filialı, filialın kodu: 200071, VÖEN: **********, SWİFT kodu: AİİBAZ2X, mühbir hesab: AZ37NABZ********************, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı:AZ23AİİB********************, VÖEN********** hesaba ödənilsin. İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-36/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-36/2021
09.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver