Məhkəmə qərarları › İş №2(031)-368/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-368/2023

13.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-368/2023 13.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X18 Hidayət oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və onun vəkili Vəkil, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı (3-cü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi) “özgəsinin qanunsuz sahibliyindən 2,06 ha torpaq sahəsinin və torpaq sahəsinə aid JN:0071, kod 30408058 olan “Torpağa Mülkiyyət hüququna” dair dövlət aktının əslini qanuni sahibinə geri qaytarılması (vindikasiya)” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “çəkilmiş xərclər, əldən çıxmış fayda və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İlk iddia üzrə iddiaçılar İddiaçı1 və X17 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarı ilə JN:0071 nömrəli, kod 30408058 olan Torpağa mülkiyyət hüququna X20 əsasən X1 və X17, habelə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.06 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq, habelə o, torpaq sahəsindən çıxarılaraq torpaq sahəsi naturada qanuni sahibləri olan, iddiaçılar X1 və X17, habelə ailə üzvlərinə geri qaytarılaraq, onların sahələri üzərində faktiki sahiblikləri bərpa edilməsii, Cavabdeh qanunsuz saxladığı 2.06 ha torpaq sahəsinə aid JN:0071 nömrəli, kod 30408058 olan Torpağa Mülkiyyət hüququna dair dövlət aktının əslinin məcburi qaydada alınaraq iddiaçılara geri qaytarılması, iddia ərizəsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və X12 qarşı qarşılıqlı iddia qaldıraraq cavabdehlər X4 və X8 müştərək qaydada 23 il ərzində çoxillik əkmələr və hər il torpağın münbitləşməsi üçün dərman və sair kübrələr verilməsi, bu hərəkətlərin edilməsi üçün texnika, işçi qüvvəsinə sərf edilmiş 33390 manat, nəzərdə tutulan əldən çıxmış fayda üçün 40000 manat, əsassız məhkəmə çəkişmələri, yol, nəqliyyat, müalicə xərcləri və sair xərclər üzrə ona vurulan 10000 manat ziyanın, cəmi 83390 manatın, 330 manat dövlət rüsumunun birdəfəlik alınaraq ona verilməsi, ödəniş edilmədiyi təqdirdə həmin pulun Şabran rayon Padar kəndində yerləşən JN-0071 kod 30408058 saylı Torpağa Mülkiyyət Hüququna X20 əsasən cavabdehlərin adına olan 2.06 ha ölçüdə torpaq sahəsinə yönəldilərək açıq hərracda satılması və ödənişin əldə edilən məbləğə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarı ilə JN:0071, kod 30408058 olan “Torpağa Mülkiyyət hüququna dair” dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarını istehsalı məqsədi ilə 2.06 ha.torpaq sahəsi İddiaçı1 və X17, habelə ailə üzvülərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Cavabdehlə İddiaçı1 arasında olan şifahi razılaşmaya əsasən Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarı ilə JN:0071,kod 30408058 olan “Torpağa Mülkiyyət hüququna dair" dövlət aktı ilə kənd təsərrüfatı məhsullarını istehsalı məqsədi üçün ailənin ümumi birgə mülkiyyətinə verilmiş 2.06 ha torpaq sahəsi, icarə (kirayə) hüquq ilə Cavabdeh sahibliyinə verilmişdir. Mübahisəli torpaq sahəsi, icarə müqaviləsi hüququ ilə uzun müddət istifadəsində olmasından sui-istifadə edən cavabdeh guya müvəqqəti sahibliyində olan torpaq sahəsini İddiaçı1 satın aldığını və torpaq üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirmək istəyərkən, tərəfindən torpağın alqı-satqısı barəsində onunla bağlanmış şifahi müqavilənin şərti pozulduğunu iddia edərək, məhkəmədə torpağın ümumi birgə mülkiyyətçilərinə qarşı, Şabran rayon, Padar kəndi ərazisində yerləşən 2.06 ha.torpaq sahəsinin alqı-satqısı üzrə bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılması üçün iddia irəli sürmüşdür. Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək iddiaçı Cavabdeh ilə cavabdehlər İddiaçı1 və X17, habelə ailə üzvləri arasında Şabran rayon, Padar kəndi ərazisində yerləşən 2.06 ha torpaq sahəsinin alqı-satqısı üzrə bağlanmış əqdin etibarlı hesab edilməsi qət edilsə də, sonradan cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2307/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı Cavabdeh ilə cavabdehlər İddiaçı1 və X17, habelə ailə üzvləri arasında Şabran rayon, Padar kəndi ərazisində yerləşən 2.06 ha torpaq sahəsinin alqı-satqısı üzrə bağlanmış əqdin etibarlı hesab edilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2307/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır. Bütün bunlara baxmayaraq hazırki iş üzrə Cavabdeh qanunsuz sahibləndiyi iddiaçılara, habelə ailə üzvlərinin ümumi birgə mülkiyyət hüquq ilə qanuni xüsusi mükiyyətlərində olan Şabran rayon, Padar kəndi ərazisində yerləşən 2.06 ha.torpaq sahəsindən çıxmır və torpaq sahəsini qanuni mülkiyyətçilərinə qaytarmır. Habelə JN:0071 nömrəli “Torpağa Mülkiyyət hüququna dair” dövlət aktının əslini qanunsuz olaraq özündə saxlayaraq qanuni sahiblərinə qaytarmır. Beləliklə yuxarıda qeyd edilənlərlə cavadehin haqsız olması müəyyə olunsa da, habelə tərəflərindən cavabdehə dəfələrlə müraciətlər edisə də, o, qanunsuz sahibləndiyi 2.06 ha. torpaq sahəsindən çıxmayaraq, habelə qanunsuz saxladığı torpaq sahəsinə aid JN:0071 nömrəli, kod 30408058 olan “Torpağa Mülkiyyət hüququna dair” dövlət aktını əslini qanuni sahiblərinə qaytarmaqdan qəsdən boyun qaçırdır. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə cavabdehlər X4 və İddiaçı2 tələb etdiyi torpaq sahəsi ona 1999-cu ildə satılmış, onların tərəfindən pulları alınmış və həmin torpaq sahəsi də tərəfindən bu günədək təyinatına uyğun olaraq istifadə edilir. Həmin torpaq sahəsi tərəfindən istifadə edilməklə yanaşı orada yaxşılaşdırma işləri görülmüş, şəxsi vəsaiti hesabına həmin torpaq sahəsində su-artezian quyusu qazdıraraq onu faydalı şəklə gətirməklə yanaşı torpaq sahəsinin abadlaşdırılması üçün istifadə etmişdir. Hər il torpaq sahəsi üçün müəyyən edilmiş ödənişləri həyata keçirmişdir. Artıq torpaq sahəsi hazır vəziyyətə gətirildiyi üçün mövcud qiymətlərdə qiymət artımı müşahidə edildiyi üçün qarşılıqlı iddia üzrə cavabdehlər 2022-ci ildən yersiz mübahisələr yaradır və torpaq sahəsini və sənədlərini geri tələb edir. Həmin dövr üçün torpaq sahəsi üçün müəyyən edilmiş ödənişləri etmiş və aralarında heç bir icarə danışığı olmamışdır. Əgər icarə olmuş olsaydı X1 8 oktyabr 2019-cu ildə torpağı adına keçirmək üçün ona etibarnamə verməzdi. X4 və İddiaçı2 haqsızlıq edərək hazırki iddia ilə məhkəmədə iddia qaldırmış və məhkəməni aldatmağa çalışırlar. O və ailəsi həmin torpaq sahəsini təyinatına uyğun olaraq istifadə edir. Məhkəmə qaydasında olmadan həmin torpaq sahəsi üzərində torpaqdan istifadə, sahiblik və mülkiyyət hüquqlarını rəsmiləşdirə bilmir. Bunun üçün o, 23 il ərzində çəkmiş olduğu xərcləri, əldən çıxmış fayda və dəymiş ziyanı tələb edir. Göründüyü kimi sözügedən torpaq sahəsi tərəfindən təyinatına uyğun istifadə edilməklə eyni ilə sahiblik edilmiş və qeyd etdiyi kimi bütün ödənişlər tərəfindən həyata keçirilməklə torpaq sahəsində yaxşıladırılmalar aparılmışdir. Bunun üçün 23 il ərzində 30000 manat çoxillik əkmələr və hər il torpağın münbitləşməsi üçün dərman və sair kübrələr verilmiş, bu hərəkətlərin edilməsi üçün texnika, işçi qüvvəsinə pullar sərf edilmişdir. Görülən işlər torpağın keyfiyyətinin yaxşılaşdırılmasına nəzərdə tutulmuşdur ki, gələcəkdə keyfiyyətli nəticə əldə edilsin və yaxşı gəlir götürülsün. Lakin cavabdehlər X2, İddiaçı2 bu günkü tələbi onu gəlirlərindən məhrum edir və hesablarına görə onun nəzərdə tutduğu 40000 manat əldən çıxmış faydası olur. Bundan başqa hazırki iddia üzrə cavabdehlərin ona qarşı yersiz tələbləri səhhətinə ziyan vurmuşdur. Əsassız məhkəmə çəkişmələri, yol, nəqliyyat, müəlicə xərcləri və sair xərclər ona 10000 manata başa gəlmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddia tələbinin təmin edilməsini xahiş etdi. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 vəkili Vəkil da məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilə eyni məzmunlu izahat verərək ilk iddianın təmin edilməsini və qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi və bildirdi ki, qarşılıqlı iddiaçı 20 ildən artıq müddətdir ki, torpaqdan istifadə edir və qazanc əldə edir, onun İddiaçı1 və qeyrilərindən torpağa çəkdiyi xərci tələb etməsi absurddur. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, həmin torpaq sahəsində 3500 manat xərc çəkərək artezian quyusu vurdurulub, torpaq sahəsinin təxminən 1.5 ha hissəsi kol kos olub, həmin ərazini yararlı hala gətiriblər, hər il torpaq sahəsini şumlatdırıb, quş peyini verib, malalatdırıb, taxıl və bostan məhsulları əkib becəriblər. İldə təxminən 4-5 min manat xərcləri çıxıb, 30 min manata kimi qazancları olmudur. Torpaq sahəsindən o halda çıxarlar ki, dəymiş ziyanı ödəsinlər. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon Məhkəməsinin iş üzrə 23 avqust 2022-ci il tarixli 2(031)-607/2022 saylı qətnaməsinin surətindən görünür ki, 1999-cu ilin noyabr ayında, Cavabdeh ilə cavabdehlər X4, İddiaçı2, X3 və X5 arasında Şabran rayonu, Padar kəndi ərazisində yerləşən 2.06 hektar torpaq sahəsinin alqı-satqısı üzrə bağlanmış əqdin etibarlı hesab edilməsi qət edilmişdir. İşə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2022-ci il tarixli 2(105)-2307/2022 saylı qətnaməsinin surətindən görünür ki, Şabran rayon Məhkəməsinin iş üzrə 23 avqust 2022-ci il tarixli 2(031)-607/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdehlər X6, X17, X7 və İddiaçı1 qarı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 18 iyul 2023-cü il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2022-ci il tarixli 2(105)-2307/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş aktdan görünür ki, 1999-cu ildən 2022-ci il tarixlərində (23 il) JN- 0071M kod 30408058 Dövlət Aktında göstərilən 2.06 ha torpaq sahəsinə torpağın alınması, Artezian quyusunun vurulması və torpağa verilmiş üzvi gübrələr cəmi -33390 manat pul vəsaiti ilə xidmət göstərilmişdir. Aktın doğruluğunu Cavabdeh, N.Eldarov, E.Eldarov, Z.Nərimanov, S.Şıxverdiyev, Ə.Bibiquliyev öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Kostitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu gür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Yuxarıda sadalanan normalara əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin olunmalı ilk iddia üzrə cavabdeh torpaq sahəsindən çıxarılmalıdır. İlk iddianın torpaq sahəsinin naturada qanuni sahibləri olan, iddiaçılar X1 və X17, habelə ailə üzvlərinə geri qaytarılması, onların sahələri üzərində faktiki sahibliklərinin bərpa edilməsi, Cavabdeh qanunsuz saxladığı 2.06 ha torpaq sahəsinə aid JN:0071 nömrəli, kod 30408058 olan Torpağa Mülkiyyət hüququna dair dövlət aktının əslinin məcburi qaydada alınaraq iddiaçılara geri qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin torpaq sahəsindən çıxarılması “torpaq sahəsinin geri qaytarılması, onların sahələri üzərində faktiki sahibliklərinin bərpa edilməsi”ni özündə ehtiva edir, yəni buna əlavə olaraq qiymət verilməsinə zərurət yoxdur. JN:0071 nömrəli, kod 30408058 olan Torpağa Mülkiyyət hüququna dair dövlət aktının əslinin məcburi qaydada alınaraq iddiaçılara geri qaytarılması hissəsi ilə bağlı da qeyd olunmalıdır ki, iddiaçılar bununla bağlı müvafiq hüquq mühafizə orqanına müraciət edə, ya da qeyd olunan sənədin dublikatını aidiyyəti orqandan əldə edə bilərlər. Qarşılıqlı iddia ərizəsinə qiymət verərkən məhkəmə belə hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Belə ki, iş materialları ilə və məhkəmədə müəyyən edilir ki, ilk iddia üzrə cavabdeh 20 ildən artıq müddətdir ki, ilk İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etmiş və qazanc götürmüşdür. Torpaq sahəsinin ilk iddia üzrə iddiaçılardan satın alınmasına dair qarşılıqlı iddiaçının dəlillərinə isə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qiymət verildiyindən bu hal araşdırma predmeti ola bilməz. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh torpaq mülkiyyətçiləri İddiaçı1 və İddiaçı2 83390 manat məbləğində pul tələb etməsinin hüquqi və qanuni əsası mövcud deyil, habelə qeyd olunan məbləğlərin belə əsaslı olmasına dair heç bir tutarlı sübut təqdim olunmamışdır. Qarşılıqlı iddia tələbinin məzmunundan da görünür ki, məqsəd ilk iddia üzrə iddiaçılara torpaq sahəsinin qaytarılmasının qarşısını almaq üçün irəli sürülmüşdür. Belə olan halda qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış, tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 04 saylı qərarı ilə JN:0071, kod 30408058 olan “Torpağa Mülkiyyət hüququna” X20 əsasən İddiaçı1 və İddiaçı2, habelə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2,06 ha torpaq sahəsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh çıxarılmalı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün iddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti alınaraq, ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İlkin iddia qismən təmin edilsin. Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə JN:0071, kod 30408058 olan “Torpağa Mülkiyyət hüququna” X20 əsasən İddiaçı1 və İddiaçı2, habelə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2,06 ha torpaq sahəsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh çıxarılsın. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün iddia tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti alınaraq, ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar