Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-381/2024 28.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəz filialının aparıcı mütəxəssisi (nümayəndəsi) X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəz filialına qarşı “hüquqi faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi marqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəz filialına qarşı “hüquqi faktın müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi "Liman" cinsalmakökəltmə sovxozunda naxırçı, xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun 4 saylı subay mal-qara briqadasında naxırçı vəzifəsində işlədiyinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi "Liman" cinsalma kökəltmə sovxozunda naxırçı işləmişdir. xx.xx.1995-ci ildə Dəvəçi rayon Sarvan kəndində yerləşən Ədliyyə Nazirliyinin 3 nömrəli X10 inzibati binasında yanğın hadisəsi baş vermiş və orada yerləşən “Liman" cinsalma-kökəltmə sovxozunun arxivi də yanmışdır. xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunda 5 saylı subay mal-qara briqadasında naxırçı işləmişdir. Rayon Dövlət Arxivində işə qəbul olunmaq barədə xx.xx.1982-ci il tarixli 83/1/ saylı əmr aşkarlansa da, işdən çıxmaq barədə əmr aşkarlanmamışdır. Həmçinin sovxozun əmək haqqı cədvəllərində aldığı əmək haqları barədə məlumatlar ilə də həmin dövrdə üzümçülük sovxozunda işlədiyini təsdiq edir. Onunla birlikdə işləmiş X3, X1 xx.xx.2022-ci ildə Şabran rayon İH-nin Çuxurazəmi İƏD-si üzrə nümayəndəliyinin inzibati binasında onun xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunda 5 saylı subay mal-qara briqadasinda naxırçı işləməyi faktını təsdiq edən xx.xx.2022 a il tarixli Akt tərtib etmişlər. Kənd təsərrüfatı sahəsində fasiləsiz çalışsa da, işlədiyi sovxoz rəhbərliyi onun adına əmək kitabçası açmamışlar. xx.xx.2022-ci il tarixdən ona yaşa görə sosial müavinət təyin edilmişdir. Lakin pensiyasına əlavələr edilməsi ilə əlaqədar ona əmək kitabçasını və iş stajını bərpa etmək lazımdır. Həqiqətən Siyəzən üzümçülük sovxozunda naxırçı işləməyi barədə ona arayış verilmişdir. Lakin arayışla dövlət idarə və təşkilatlarda hüquq münasibətlərini tənzimləmək, əmək kitabçasını bərpa etmək mümkün deyildir. Ona görə də hüquqi əhəmiyyəti olan fakt məhkəmə yolu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla müvafiq pensiyanın təyin edilməsi üçün inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 3.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və va təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1980- ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Liman" cinsalma-kökəltmə sovxozunda “naxırçı”, xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun 5 saylı subay mal-qara briqadasında “naxırçı” vəzifəsində işlədiyi illərin hüquqi əhəmiyyətli fakt kimi təsdiq edilməsini tələb etmişdir. Ərizəçi həmçinin bildirmişdir ki, müvafiq vəzifələrdə fasiləsiz işləməyinə baxmayaraq sovxoz rəhbərliyi onun adına əmək kitabçasını açmamışdır. Şabran Rayon Dövlət Arxivində ərizəçinin işə qəbul olunması barədə xx.xx.1982-ci il tarixli 83/1 saylı əmr aşkarlansa da, işdən çıxmaq barədə əmr aşkarlanmamışdır. Ərizəçi tərəfindən 1982-1986-cı il tarixləri arasındakı dövrlər ərzində Şabran (keçmiş Dəvəçi) rayonu “Siyəzən” üzümçülük sovxozunda 5 saylı subay mal briqadasında naxırçı vəzifəsində işləməyinə dair əmək haqqı cədvəllərinə dair arxiv çıxarışı iş materiallarına əlavə edilmişdir. Bu mübahisədən yaranan münasibətlər yuxarıda qeyd olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da göstərildiyi kimi rayon məhkəməsinə aidiyyəti olmamasına baxmayaraq ərizəçi Şabran rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi onun xx.xx.1980-ci il tarixdən xx.xx.1982ci il tarixədək “Liman” cinsalma-kökəltmə sovxozunda “naxırçı”, xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun 5 saylı subay mal-qara briqadasında “naxırçı” vəzifəsində işləməsi müvafiq sənədlərdə qeyd olunduğundan həmin dövrün məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi əsassızdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəz filialının aparıcı mütəxəssisi (nümayəndəsi) X7 məhkəmə iclasında bildirdi ki, ərizəçi tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi onun xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun 5 saylı subay mal-qara briqadasında “ naxırçı” vəzifəsində işləməsi müvafiq sənədlərdə qeyd olunduğundan həmin dövrün məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi əsassızdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, o, Siyəzən üzümçülük sovxozunda işləmişdir. Ərizəçi də həmin sovxozda fəhlə işləmişdir. O, işə girəndən sonra ərizəçi sovxoza işə girmiş və o, 1996-cı ildə pensiyaya çıxmışdır. 1987-ci ildə ərizəçi işdən çıxmışdır. 1982-1987-ci illərdə ərizəçi Siyəzən üzümçülük sovxozunda işləmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X12 bildirdi ki, o, Liman sovxozunda həm katibə-makinaçı, həm də partkom işləmiş və ferma ilə sıx əlaqəsi olmuşdur. Ona görə də Ərizəçi onun yadında qalmışdır. O, 1973-cü ildən Liman sovxozunda işləmişdir. Xanbaba isə sovxoza 1980-ci ildə gəlmişdir. 2001-ci ilə kimi orada işləmişdir. 1995-ci ildə böyük yanğın olduğu üçün bütün sənədlər yanmışdır. Heç bir sənədi bərpa etmək mümkün olmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X13 bildirdi ki, o, Liman sovxozunda direktor işləmişdir. 1980-ci ildə Ərizəçi sovxoza işləməyə gəlmişdir. O, 1989cu ildə işdən çıxmış və onu başqa sovxoza köçürmüşlər. Ərizəçi ən çətin sahə olan maldarlıq sahəsində işləmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirdi ki, o, Liman sovxozunda mühəndis işləmişdir. Bəzən elə olurdu ki, bəzən maşın olmayanda işçiləri o aparıb gətirirdi. 3 dənə maldarlıq briqadası var idi. Briqadirlərin 3-ü də rəhmətə getmişdir. O, 1995-ci ilə kimi sovxozda işləmişdir. Ərizəçi Liman sovxozunda Cabbar Nofəlovun briqadasında naxırçı işləmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, onun üzümçülük sovxozu ilə 1982-ci ildən əlaqəsi olmuşdur. O, təsərrüfatda işləmiş, sahə gözətçisi olmuşdur. Gündüzlər sahəni gəzirdi, gecələr də ot tayalarını oğurlamasınlar deyə nəzarət edirdi. İş materiallarına əlavə edilmiş Şabran Rayon İH-nin Çuxurəzəmi İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş aktdan görünür ki, Ərizəçi 12 iyun 1982-ci il tarixində Siyəzən üzümçülük sovxozuna subay mal-qara briqadasına naxırçı qəbul edilmiş və 28 dekabr 1987-ci ilə kimi həmin işdə işləmişdir. Aktın doğruluğunu C.Hümmətov, A.Adgözəlov, N.Məcidov, R.Qurbanov öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Şabran Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışından görünür ki, Ərizəçi 1982-ci ilin iyul ayından 1986-cı ilin oktyabr ayına kimi Şabran (keçmiş Dəvəçi) rayonu "Siyəzən" üzümçülük sovxozunun əmək haqqı cədvəllərindən 5 saylı subay mal briqadasında naxırçı işləmişdir. İş materiallarına əlavə edilmiş Şabran Rayon Dövlət Arxivi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli 172 saylı arxiv çıxarışından görünür ki, 12 iyun 1982-ci il tarixli 83 saylı əmrinə əsasən Ərizəçi 5 saylı subay mal briqadasına naxırçı qəbul edilmişdir. Vətəndaşın işdən azad olunması barədə əmrə təsadüf olunmamışdır. İş materiallarına əlavə edilmiş Şabran Rayon Dövlət X6 tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən 29 aprel 1995-ci ildə Dəvəçi rayon Sarvan kəndində Ədliyyə Nazirliyinin 3№-li X10 inzibati binasında yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi nəticəsində 396 m2 sahədə inzibati bina və onun daxilindəki yana bilən əşyalar yanmış və yararsız vəziyyətə düşmüşdür. İş materiallarına əlavə edilmiş Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli 22 saylı sorğuya cavab məktubundan görünür ki, "Liman" cinsalmakökəltmə sovxozu tərəfindən Şabran rayon Dövlət arxivinə heç bir sənəd təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş ИТ-İ seriyalı, ******* saylı əmək kitabçacısının 3-cü səhifəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2006-cı il tarixli akta əsasən X14 xx.xx.1973-cü il tarixdən xx.xx.1995-ci il tarixə kimi olan müddət ərzində Dəvəçi rayonu Liman mal-qara kökəltmə sovxozunda katibə-makinaçı, 1989-cu ilin mart ayından Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş idarəsinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə makinaçı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş X5 əmək kitabçacısının 13 və 19-cu səhifələrinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, o, xx.xx.1977-ci il tarixli, 231 nömrəli əmrə əsasən xx.xx.1977-ci il tarixdə Liman mal-qara kökəltmə sovxozuna direktor vəzifəsinə işə qəbul edilmiş vəxx.xx.1989-cu il tarixli, 781 nömrəli əmrə əsasən xx.xx.1989-cu il tarixdə həmin vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi insan və vətəndaş hüquq və əsas azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etmişdir. Konstitutsiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Əsas Qanunun 71-ci maddəsinin İ və İİ hissələrində göstərilir ki, Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktlan müəyyən edir. Həmin Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlan müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasnın Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 30.1-ci maddəsinə əsasən müvafıq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Yuxarıda qeyd edilən qanunvericilik normasının məzmunundan göründüyü kimi xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktlar müəyyən edilən zaman iki şərt nəzərə alınır: 1) ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; 2) ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada əldə etməyin mümkün olmaması nəzərdə tutulur. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü halları iki qrupa bölünür: 1) hüquqi əhəmiyyətli faktlar müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar; 2) hüquqi əhəmiyyətli faktlar müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri (vermədikəri) hallar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan sərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1980- ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Liman” cinsalma-kökəltmə sovxozunda “naxırçı”, xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun 5 saylı subay mal-qara briqadasında “naxırçı” vəzifəsində işlədiyi illərin hüquqi əhəmiyyətli fakt kimi təsdiq edilməsini tələb etmişdir. Ərizəçi həmçinin bildirmişdir ki, müvafiq vəzifələrdə fasiləsiz işləməyinə baxmayaraq sovxozda onun adına əmək kitabçası aşkar edilməmişdir. Şabran Rayon Dövlət Arxivində ərizəçinin işə qəbul olunması barədə xx.xx.1982- ci il tarixli 83/1 saylı əmr aşkarlansa da, işdən çıxmaq barədə əmr aşkarlanmamışdır. Ərizəçi tərəfindən 1982-1986-cı il tarixləri arasındakı dövrlər ərzində Şabran (keçmiş Dəvəçi) rayonu “Siyəzən” üzümçülük sovxozunda 5 saylı subay mal briqadasında naxırçı vəzifəsində işləməsinə dair əmək haqqı cədvəllərinə dair arxiv çıxarışı iş materiallarına əlavə edilmişdir. Bu mübahisədən yaranan münasibətlər yuxarıda qeyd olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da göstərildiyi kimi rayon məhkəməsinə aidiyyəti olmamasına baxmayaraq ərizəçi Şabran rayon Məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ərizəçi xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Liman” cinsalma-kökəltmə sovxozunda “naxırçı” vəzifəsində işləmə faktını təsdiq edən sənədlər mövcud deyil, lakin şahid qismində dindirilmiş və ərizəçi ilə eyni vaxtda işləyən iş yoldaşları Ərizəçi həmin dövrdə “Liman” cinsalma-kökəltmə sovxozunda “naxırçı” vəzifəsində işləməsini təsdiq etmişlər. Əlavə olaraq məhkəmə qeyd edir ki, ərizəçinin 1982-1986-cı il tarixləri arasındakı dövrlər ərzində Şabran (keçmiş Dəvəçi) rayonu “Siyəzən” üzümçülük sovxozunda 5 saylı subay mal briqadasında naxırçı vəzifəsində işləməsinə dair əmək haqqı cədvəlləri ilə təsdiq edildiyindən həmin dövrün məhkəmə tərəfindən hüquqi əhəmiyyətli fakt kimi təsdiq edilməsi əsassızdır və həmin hissədə məhkəmə icraatı xitam verilməli olduğundan, hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardada əsasən icrata həmin hissədə xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Beləliklə, Şabran Rayon Məhkəməsinin № 2(031)-381/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Ərizəçi xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun 4 saylı subay mal-qara briqadasında naxırçı vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi hissəsində iddia tələbinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, ərizə Ərizəçi xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi "Liman" cinsalma-kökəltmə sovxozunda naxırçı vəzifəsində işləməsi faktı hissəsində təmin edilməli və ərizəçinin xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi "Liman" cinsalma-kökəltmə sovxozunda naxırçı vəzifəsində işləməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi "Liman" cinsalma-kökəltmə sovxozunda naxırçı vəzifəsində işləməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-381/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-381/2024
28.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver