Məhkəmə qərarları › İş №2(031)-403/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-403/2021

17.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-403/2021 17.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi Ərizəçi Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyin Övladlığa götürmə departamentinin Nəzarət və Alternativ tədbirlər şöbəsinin mütəxəssisi X2 iştirakları ilə, Ərizəçi (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, X21 və X13 maraqlı şəxs qismində cəlb edilməklə) “uşağın övladlığa götürülməsi”nə dair ərizəsi üzrə mülki işə 17 may 2021-ci il tarixdə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X8 və X14 birgə nikahlarından 08.06.2007-ci il tarixində Dəvəçi (indiki Şabran) şəhərində anadan olmuş X6 tərəfindən övladlığa götürülmüş hesab edilməsi, onun X6 valideyni (anası) kimi doğum haqqında qeydiyyat kitabında yazılmağı, X1 dəyişdirilərək Hüseynova, ana adının dəyişdirilərək Hənifə olaraq doğum haqqında qeydiyyat kitabında yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, qızı X8 X21 ilə birgə nikahından 08.06.2007-ci il tarixində övladları X11 anadan olmuşdur. Onların Gülnarədən başqa övladları olmamışdır. Bioloji ana X8 anadangəlmə sağlamlığında problemlər vardır. Dilarə Hüseynova «şizoid şəxsiyyət pozuntusu, tez-tez müdaxilə edən fobik komponentlərlə, psixi qüsur halı» xəstəliyindən əziyyət çəkir və 2-ci dərəcə əlilliyi olan şəxsdir. Bioloji ata X21 isə «Oliqofreniya debillik dərəcəsi» diaqnozu ilə 3-cü dərəcəli əlilliyi olan şəxsdir. Hər iki valideynin sağlamlığı övladlarına qayğı göstərməyə və onun tərbiyəsi ilə məşğul olmaya imkan vermir. Ona görə də o, X3nı övladlığına götürmək istəyir. Ona görə də o, ilk növbədə 11.01.2021-ci ildə uçota alınmışdır. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. X3 anadan olandan onunla birgə ünvan 2 ünvanda yaşayır. O, Şabran rayon Gigiyena və Epidemiologiya Mərkəzində dizinfektor vəzifəsində işləyir. O, Gülnarənin bütün zəruri ehtiyaclarını qarşılayır və ona lazım olan qayğını göstərir. Həyat yoldaşı X15 27.04.2015-ci ildə vəfat etmişdir. Övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsinə dair 15 mart 2021-ci il tarixli rəy verilmiş, həmin rəylə rəydə qeyd olunan məlumatlara və övladlığa götürmə ilə bağlı mərhələrinin nəticələrinə əsasən valideyn-namizəd Ərizəçi tərəfindən X7 övladlığa götürülməsi uşağın mənafeyinə uyğun hesab edilmişdir. Həmçinin onun maddi-məişət şəraiti müayinə edilmiş və müvafiq aktlar tərtib edilmişdir. Xahiş edir, X8 və X14 birgə nikahlarından 08.06.2007-ci il tarixində Dəvəçi (indiki Şabran) şəhərində anadan olmuş X6 tərəfindən övladlığa götürülmüş hesab edilməsi, onun X6 valideyni (anası) kimi doğum haqqında qeydiyyat kitabında yazılmağı, X1 dəyişdirilərək Hüseynova, ana adının dəyişdirilərək Hənifə, ata qrafasında X21 olaraq doğum haqqında qeydiyyat kitabında yazılması barədə qətnamə çıxarılsın. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyin Övladlığa götürmə departamentinin Nəzarət və Alternativ tədbirlər şöbəsinin mütəxəssisi X5 izahat verərək valideyn-namizəd Ərizəçi tərəfindən X6 övladlığa götürülməsini məqsədəuyğun hesab etməklə ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə ərizəçini dinləyib, maraqlı şəxsin nümayəndəsini dinləyib hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında maraqlı tərəf qismində dindirilmiş X21 və X13 ayrıayrılıqda göstərdilər ki, qızları 08 iyun 2007-ci il təvəllüdlü X11 anadan olandan nənəsi Hənifənin yanında yaşayır, Gülnarə Hənifəni ana kimi qəbul etmişdir. Odur ki, X6 Ərizəçi tərəfindən övladlığa götürülməsinə etiraz etmirlər. Məhkəmə iclasında dindirilən 08 iyun 2007-ci il təvəllüdlü X11 bildirdi ki, Ərizəçi onun nənəsi olmağını bilir. O, uşaqlıqdan nənəsinin yanında yaşayır, onu ana kimi qəbul etmişdir. Onun bütün təlabatlarını nənəsi ödəyir. Nənəsinin övladlığına keçməsinə razıdır. İşə əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1960-cı ildə Dəvəçi şəhərində anadan olmuş, ünvan 4 ünvanda qeydiyyatdadır. İşə əlavə edilmiş AZE seriyalı 11746753 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 08 iyun 2007-ci ildə anadan olmuş, Şabran rayonu Qorğan kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AZ-İ seriyalı 707216 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 27 aprel 2015-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli Tibbi Arayışdan görünür ki, 1960-cı il təvəllüdlü Ərizəçi pr.sağlamdır. İşə əlavə edilmiş Şabran rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 01 aprel 2021-ci il tarixli 07 saylı arayışdan görünür ki, X4 rayon Gigiyena və Epidemiologiya Mərkəzində dezinfektor vəzifəsində işləyir, 351.90 manat əmək haqqı alır, 15 il 07 ay iş stajı var. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2645a, KOD 30401004 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən Ərizəçi və ailə üzvlərinin mülkiyyətinə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Şabran rayonu İHB-nın Şabran şəhəri üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli 1602 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 4 ünvanda yaşayır. İşə əlavə edilmiş Övladlığa götürmənin övladlığa götürən uşağın mənafeyinə uyğunluğuna dair 15 mart 2021-ci il tarixli rəydən görünür ki, valideyn-namizəd Ərizəçi trəfindən X6 övladlığa götürülməsi uşağın mənafeyinə uyğun hesab edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ərizəçi ünvanlanmış 15 mart 2021-ci il tarixli məktubdan görünür ki, övladlığa götürmə ilə bağlı 20.11.2020-ci il tarixli, 8İ-5594 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizəniz əsasında Azərbaycan respublikasının Ailə Məcəlləsinnə və Azərbaycan Respublikası prezidentinin 27 fevral 2020-ci il tarixli 949 nömrəli Fərmanı ilə təsdiq edilmiş «valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası»na uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığagötürmə ilə bağlı təşkil olunan və ya həyata keçirən müvafiq prosedurlardan keçilmişdir. İşə əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi «Şabran rayon Mərkəzi Xəstəxanası» X29 tərəfindən verilmiş 21 iyul 2020-ci il tarixli 3001 saylı arayışdan görünür ki, 1980-ci il təvəllüdlü X13 həqiqətən psixo-nevroloji kabinetində dispanser qeydiyyatındadır, ona «şəxsiyyətin davamlı şizofrenə bənzər pozğunluğu» diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi «Şabran rayon mərkəzi Xəstəxanası» X29 tərəfindən verilmiş 22 iyul 2020-ci il tarixli 3031 saylı arayışdan görünür ki, 1981-ci il təvəllüdlü X21 həqiqətən psixo-nevroloji kabinetində dispanser qeydiyyatındadır, ona «oliqofreniyanın debillik dərəcəsi» diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Ərizəçi, X21, X13, X10 və X17 tərəfindən ünvanlanmış, notarial qaydda təsdiq edilmiş ərizədən görünür ki, X21 və X13 qızları 08 iyun 2007-ci il təvəllüdlü X6 Ərizəçi tərəfindən övladlığa götürülməsinə razıdırlar. Həmin ərizəni öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi «Şabran rayon Mərkəzi Xəstəxanası» X29 tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli 1586 saylı Tibbi rəydən görünür ki, ünvan 5 ünvanında yaşayan xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi son 12 ayda heç bir psixo-nevroloji, infeksion-parazitar, sommatik xəstəlik ilə Şabran RMX PHŞ ASM-də dispanser qeydiyyatında olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 117.1-ci maddəsinə əsasən övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir; 117.2-ci maddəsinə əsasən bir uşaq iki şəxs tərəfindən (ər-ərvaddan başqa) övladlığa götürülə bilməz; 118.1-ci maddəsinə əsasən övladlığa götürmə üç mərhələdə həyata keçirilir:övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi; 118.13-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa götürülməsi ilə bağlı rəyi müsbət olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) həmin rəylə birlikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmənin müvafiq qərarı qəbul edilənədək, habelə məhkəmə tərəfindən uşağın övladlığa verilməsi barədə müsbət qərar qəbul edildikdə, bu Məcəllənin 118.9-cu maddəsi ilə müəyyən edilmiş sınaq müddəti həmin qərarın qanuni qüvvəyə mindiyi günədək uzadılır. Müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa verilməsi ilə bağlı rəyi mənfi olduqda və ya məhkəmə uşağın övladlığa verilməsindən imtina olunması barədə qərar qəbul etdikdə uşaq yerləşdiyi müəssisəyə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq reabilitasiya tədbirləri görülür; 122.1-ci maddəsinə əsasən valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının rəyi tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında təsdiq olunmalıdır. Razılıq həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər; 125.1-ci maddəsinə əsasən övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır; 125.4-cü maddəsinə əsasən övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir; 127.1-ci maddəsinə əsasən məhkəmə övladlığa götürənlərin xahiş ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər; 127.3-cü maddəsinə əsasən övladlığa götürənlərin valideyn kimi yazılması zərurəti barədə övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir; 130.1-ci maddəsinə əsasən övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Bu Məcəllənin 130.4 və 130.5-ci maddələrində nəzərdə tutulmuş hallar övladlığa götürmə sirrinin pozulması hesab olunmur. Ərizəçi ərizəsində 08 iyun 2007-ci il təvəllüdlü X6 övladlığa götürülməsi barəsində və onun doğum şəhadətnaməsində dəyişiklik edilməsi, uşağın soyadı Hüseynova, anası Ərizəçi kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçinin uşağın valideyni kimi tanınmasını və onun valideyni (anası) kimi doğumun qeydi kitablarına yazılmasını istisna edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası MPM-nin 350.1-ci maddəsinə əsasən övladlığa götürmə haqqında xahişi təmin edərkən məhkəmə uşağı konkret şəxslər (şəxs) tərəfindən övladlığa götürülmüş hesab edir və qətnamədə övladlığa götürmənin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda qeyd edilməsi üçün zəruri olan övladlığa götürülən və övladlığa götürənlər (götürən) haqqında bütün məlumatları göstərir. Məhkəmə həmçinin hazırki qətnamə qəbul edildikdən sonra Ailə Məcəlləsinin 119- 1.1-ci maddəsində əks olunan tələblərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən ailə qanunvericiliyinə uyğun şəkildə daha operativ və dəqiq icra olunması məqsədilə hesab edir ki, övladlığa götürülən 08 iyun 2007-ci il təvəllüdlü X11 18 yaşına çatanadək onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi üçün övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən monitorinqin aparılmasına şəraitin yaradılması öhdəliyi Ərizəçi üzərinə qoyulmalıdır. Belə ki, həmin maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanı övladlığa götürülən uşaq 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq olaraq monitorinq aparır. Beləliklə, məhkəmə hesab edir ki, uşağın maraqları və digər diqqətəlayiq hallar nəzərə alınmaqla ərizə təmin edilməli, 08 iyun 2007-ci ildə doğulmuş X11 övladlığa götürən Ərizəçi övladlığına verilməli, X6 doğum haqqında akt qeydi ləğv edilməli, doğum haqqında bərpa akt qeydi tərtib edilərək övladlığa götürülənin soyadı Hüseynova, adı Gülnarə, ata adı Rəşad, ata qrafasında X21, ana qrafasında Ərizəçi, milliyətləri azərbaycanlı kimi qeyd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 08 iyun 2007-ci ildə doğulmuş X11 övladlığa götürən Ərizəçi övladlığına verilsin. X6 doğum haqqında akt qeydi ləğv edilməli, doğum haqqında bərpa akt qeydi tərtib edilərək övladlığa götürülənin soyadı Hüseynova, adı Gülnarə, ata adı Rəşad, ata qrafasında X21, ana qrafasında Ərizəçi, milliyətləri azərbaycanlı kimi qeyd edilsin. Övladlığa götürülən uşaq 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən monitorinqin aparılmasına şəraitin yaradılması öhdəliyi Ərizəçi üzərinə qoyulsun. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar