Məhkəmə qərarları › İş №2(031)-41/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-41/2021

25.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-41/2021 25.01.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ona qəyyum təyin edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək bildirdi ki, X7 onun qızıdır. Qızı 2003-cü ildən bəri Şabran rayon Mərkəzi Xəstəxanasında psixonevroloji kabinetində «Uşaq serebral iflicinin davamlı qalıq əlamətləri, Tetraparer» diaqnozu ilə qeydiyyatdadır. Həmçinin o, uşaqlıqdan birinci qrup xəstədir, kənar şəxslərin qulluğuna ehtiyacı vardır, Şabran RİH-i Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək, qızına onu qəyyum təyin edilməyi üçün müraciəti olmuşdur. Şabran RİH-dən bildirilmişdir ki, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdursa, şəxs fəaliyyət qabiliyyətli sayılır. Buna görə də ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmək lazımdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, onun qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasında iş üzrə maraqlı tərəf Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 bildirdi ki, ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə ərizəçini və maraqlı tərəfin nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 028720 saylı Vəsiqədən görünür ki, X7 müddətsiz İ-ci qrup əlildir. İşə əlavə edilmiş Xİİ-JQ seriyalı 309352 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X1 birgə nikahlarından xx xxxxxx 1987-ci ildə Səbirə adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş AR seriyalı 538408 saylı arayışdan görünür ki, X7 uşaqlıqdan birinci qrup əlildir. İşə əlavə edilmiş Şabran RMX X12 tərəfindən verilmiş arayışdan görünür ki, 1987-ci il təvəllüdlü X7 həqiqətən Psixo-nevroloji kabinetində dispanser qeydiyyatındadır. Uşaq serebral iflicinin davamlı qalıq əlamətləri. Tetraparer. diaqnozu ilə xəstədir. İşə əlavə edilmiş Tibbi Ərazi Bölmələrini X11 Şabran rayon X6 Hüquqi şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 2324 saylı məktubdan görünür ki, Ərizəçi və X7 hər hansı bir xəstəliklə bağlı Şabran RMX PHŞ-nə müraciət etməyiblər. İşə əlavə edilmiş «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X12 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2372 saylı rəyindən görünür ki, X2 Ağır dərəcəli əqli gerilik qeyd olunur. Bunu anamnestik məlumatlar, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: zahirən gərgin olması, bir yerdə qərar tuta bilməməsi, xarici görnüşünün səliqəsizliyi, ünsiyyətə çətinliklə daxil olması, nitqinin dizartrikliyi, verilən suallara qırıq-qırıq səslərlə, anlaşılmaz sözlərlə, səhv cavablar verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, sadə, primitiv sualları cavablandırmaması, əhvali-ruhiyyə fonunun dəyişkənliyi, səbəbsiz olaraq aqressivləşməsi, yersiz olaraq gülməsi və sair əlamətlər sübut edir. xx.xx.1987-ci ildə doğulmuş və Şabran rayonu Ərəblər kəndində yaşayan X5 ağır dərəcəli əqli gerilik aşkar olunur. X7 əziyyət çəkdiyi ağır dərəcəli əqli gerilik nəticəsində öz hərəkətlərini anlaya və öz hərəkətlərini ibarə edə bilmir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyə olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından aslı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X12 tərəfindən verilən xx.xx.2020-ci il tarixli 2372 saylı rəyini nəzərə alaraq, məhkəmə xx.xx.1987-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Məhkəmə hesab edir ki, X7 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi onun atası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair müraciət etmək hüququ vardır. Beləliklə, X3 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin nümayəndəsinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəməpsixatrik ekspertizasının rəyi ilə və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X7 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 1987-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. xx xxxxxx 1987-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan X3 üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar