Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-42/2023 24.06.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: Şabran rayonu Taxtalar bələdiyyəsi NÜMAYƏNDƏ: X3 CAVABDEHLƏR: X12 və X10 qarşı Həyətyanı torpaq sahəsinə gedən yolun boşaldılması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şabran rayonu Taxtalar bələdiyyəsi məhkəmədə X12 və X10 qarşı iddia qaldıraraq cavabdehlər X15 və X14 tərəfindən tutulmuş X7 məxsus həyətyanı torpaq sahəsinə gedən yolun boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şabran rayonu Taxtalar bələdiyyəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şabran rayonu Taxtalar kənd sakini X8 əmisi X7 məxsus Şabran rayonun Taxtalar kəndində yerləşən əmlakını etibarnamə əsasında idarə edir. X1 bələdiyyəsinə və digər təşkilatlara şikayət ərizəsi ilə müraciət edərək yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsinə gedən yolun cavabdehlər X15 və X14 tərəfindən tutulduğunu,həmin torpaq sahəsinə tikinti materialları apara bilmədiyini bildirmişdir və ona bu barədə köməklik göstərməsini xahiş etmişdir. X2 ərizəsi əsasında cavabdehlərə şifahi və yazılı müraciətlər edərək həmin torpaq sahəsinə gedən yolun boşaldılması təklif edilmişdir, lakin nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, cavabdehlər X15 və X14 tərəfindən tutulmuş X7 məxsus həyətyanı torpaq sahəsinə gedən yolun boşaldılması barədə qətnamə çıxarılsın. İddiaçı Şabran rayonu Taxtalar bələdiyyəsinin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək iddia tələbinin əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Cavabdeh X14 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, 1989-cu ildən həmin torpaq sahəsini hasara alaraq istifadə edir, orada tövlə də tikmişdir. Lakin onun zəbt etdiyi torpaq sahəsindən Rasim Qaflanova məxsus torpaq sahəsinə yol getmir. Bu səbəbdən də o, iddianı əsassız hesab edir, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Cavabdeh X15 məhkəmə iclasında iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayonu Taxtalar bələdiyyəsi vətəndaş G.Əliyevin və A.Mövlanova zəbtlərində olan bələdiyyə mülkiyyətinə məxsus 0.08 və 0.15 ha torpaq sahəsinin zəbtdən azad olunaraq bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün Şabran rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İşə əlavə edilmiş 02 avqust 2022-ci il tarixli 188 və 189 saylı bildiriş məktublarından görünür ki, Şabran rayonu Taxtalar bələdiyyəsi zəbt etdikləri torpağın zəbtdən azad olunması barədə X12 və X10 bildiriş məktubu göndərilmişdir. İşdə olan Torpağn Mülkiyyətə Verilməsinə Dair JN-035F kod 30405038 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci il tarixli 02 saylı qərarına əsasən X9 və ailə üzvlərinin mülkiyyətinə fərdi yaşayış evinin tikinti üçün 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Torpağn Mülkiyyətə Verilməsinə Dair JN-034F kod 30405038 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci il tarixli 02 saylı qərarına əsasən X11 və ailə üzvlərinin mülkiyyətinə fərdi yaşayış evinin tikinti üçün 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri» publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 il tarixli mütəxəssis rəyindən görünür ki, X4 mülkiyyətində olan Şabran rayon Taxtalar kəndində yerləşən **********78 reyestr nömrəli çıxarışa əsasən 0.12 ha torpaq sahəsinə, X11 və X9 faktiki istifadə etdikləri torpaq sahələrinin arasından elektron xəritə materiallarına əsasən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Lakin, Taxtalar bələdiyyəsi tərəfindən X4 torpaq sahəsi üçün iddia edilən yol, elektron xəritə məlumatları üzərində bələdiyyə mülkiyyəti 126BB/0.08 kimi qeyd olunmuşdur. Həmin torpaq sahəsi faktiki olaraq X9 istifadəsindədir. X9 istifadə etdiyi bələdiyyə torpaq sahəsinin üzərində tövlə tikilisi mövcuddur. Həmin tikili X11 mülkiyyətində olan torpaq sahəsinin sərhəddindən 6.7 metr məsafədən sonra inşa edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 may 2023cü il tarixli 10/2593 saylı ekspert rəyindən görünür ki, X4 mülkiyyətində olan Şabran rayon Taxtalar kəndində yerləşən **********78 reyestr nömrəli çıxarışa əsasən 0.12 ha torpaq sahəsinə, X11 və X9 faktiki istifadə etdikləri torpaq sahələrinin arasından elektron xəritə materiallarına əsasən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Lakin, Taxtalar bələdiyyəsi tərəfindən X4 torpaq sahəsi üçün iddia edilən yol, elektron xəritə məlumatları üzərində bələdiyyə mülkiyyəti 126BB/0.08 kimi qeyd olunmuşdur. Həmin torpaq sahəsi faktiki olaraq X9 istifadəsindədir. X9 istifadə etdiyi bələdiyyə torpaq sahəsinin üzərində tövlə tikilisi mövcuddur. Həmin tikili X11 mülkiyyətində olan torpaq sahəsinin sərhəddindən 6.7 metr məsafədən sonra inşa edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1. maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Kostitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prossdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır: 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır: 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır: 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətdiq edilir Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X4 mülkiyyətində olan Şabran rayon Taxtalar kəndində yerləşən **********78 reyestr nömrəli çıxarışa əsasən 0.12 ha torpaq sahəsinə, X11 və X9 faktiki istifadə etdikləri torpaq sahələrinin arasından elektron xəritə materiallarına əsasən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Lakin, Taxtalar bələdiyyəsi tərəfindən X4 torpaq sahəsi üçün iddia edilən yol, elektron xəritə məlumatları üzərində bələdiyyə mülkiyyəti 126BB/0.08 kimi qeyd olunmuşdur. Həmin torpaq sahəsi faktiki olaraq X9 istifadəsindədir, zəbt etmişdir. A.Babayeva tərəfindən isə zəbt edilməmişdir. Ona görə də, məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış, tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X7 məxsus həyətyanı torpaq sahəsi istiqamətində Taxtalar Bələdiyyəsinin mülkiyyətində olan X14 tərəfindən zəbt edilmiş torpaq sahəsi boşaldılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X7 məxsus həyətyanı torpaq sahəsi istiqamətində Taxtalar Bələdiyyəsinin mülkiyyətində olan X14 tərəfindən zəbt edilmiş torpaq sahəsi boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. X5 50 (əlli) manat ekspertiza xərci tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-42/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-42/2023
24.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver