Məhkəmə qərarları › İş №2(031)-44/2024

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-44/2024

14.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-44/2024 14.10.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı ödənilməmiş son haqqhesab və kompensasiya tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Cavabdeh MMC tərəfindən ödənilməli olan ərizəyə əlavə edilmiş hesablanma cədvəlinə əsasən son haqqhesabının (3000,04 manat) ödənişinin həyata keçirilməsində və həmin məbləğin tərkib hissəsini təşkil edən, gələcəkdə pensiya kapitalına təsir edəcək sosial ödənişlərin (412,58 manat) Vahid bəyannamədə bəyan edilməsi və Dövlət büdcəsinə ödənilməsinin təmin edilməsində köməklik göstərilməsi, əlavə olaraq ƏM-nin 172-ci maddəsinin 5-ci bəndi əsasında son haqqhesabın bütün məbləğinin son ödənilmə tarixinədək hər gecikdirilmiş gün üçün qanunla nəzərdə tutulmuş qaydada ən azı 1 faizi miqdarında əlavə ödənişin cavabdehdən tutulması və iddiaçıya birdəfəlik ödəniş qaydasında ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin məhkəməyə barışıq sazişi təqdim edərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh İddiaçı məhkəməyə ərizə təqdim edərək İddiaçı ilə "xxxx" MMC-nin nümayəndəsi X2 arasında bağlanmış xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişini təsdiq edərək iş üzrə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ilə "xxxx" MMC-nin nümayəndəsi X2 arasında bağlanmış xx.xx.2024-cü il tarixdə barışıq sazişindən görünür ki, 1) 2(031)-44/2024 saylı iş üzrə cavabdeh "xxxx" MMC öhdəlik olaraq üzərinə götürür ki, 20 təqvim günü ərzində İddiaçı 3500 manat məbləğində və DSMF-na hesablanmış sosial xərclər qismində 412.61 manat məbləğində vəsaiti İddiaçı tərəfindən təqdim etdiyi vəsait üzrə ödəyəcək. 2) 2(031)- 44/2024 saylı iş üzrə İddiaçı öhdəlik olaraq üzərinə götürür ki, "xxxx" MMC-yə qarşı mövcud iddiasından imtina edir və gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir iddia qaldırmayacaq. 3) Həmin barışıq sazişi məhkəmə tərəfindən qərardadla təsdiq edilir və qərardadın icrası tərəflər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-ci maddəsinə əsasən Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.3 -264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı ödənilməmiş son haqqhesab və kompensasiya tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı ilə "xxxx" MMC-nin nümayəndəsi X2 arasında bağlanmış xx.xx.2024-cü il tarixdə barışıq sazişi təsdiq edilsin. 1) 2(031)-44/2024 saylı iş üzrə cavabdeh "xxxx" MMC öhdəlik olaraq üzərinə götürür ki, 20 təqvim günü ərzində İddiaçı 3500 (üç min beş yüz) manat məbləğində və DSMF-na hesablanmış sosial xərclər qismində 412.61(dörd yüz on iki manat 61 qəpik) manat məbləğində vəsaiti İddiaçı tərəfindən təqdim etdiyi vəsait üzrə ödəyəcək. 2) 2(031)-44/2024 saylı iş üzrə İddiaçı öhdəlik olaraq üzərinə götürür ki, "xxxx" MMCyə qarşı mövcud iddiasından imtina edir və gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir iddia qaldırmayacaq. 3) Həmin barışıq sazişi məhkəmə tərəfindən qərardadla təsdiq edilir və qərardadın icrası tərəflər üçün məcburidir. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar