Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-445/2021 20.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı1 Cavabdeh: Cavabdeh qarşı Üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsi tələbi barədə mülki işə 20 may 2021-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı1 məhkəmədə iddia qaldıraraq JN-0086, kod 30408058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, 1998-ci il JN-151 kod 30408018 dövlət aktı ilə verilmiş pay torpaq sahəsindən 1994-cü ildən tam sərbəst icarə şəklində istifadə etmişdir. Həmin tarixdə verilmiş tam sərbəst icarənin tərkibində Məmmədov Ağababa, Qafarov Oktay, Qafarov Rövşən və o ailə üzvləriilə birlikdə olmuşlar. Ümumi torpaq sahəsi 20 (iyirmi) ha olub. Dövlət bankında hesabları, dairəvi möhürləri, ştampları olub. “Rəhimli kəndli” fermer təsərrüfatı kimi fəaliyyət göstərmişlər. 1998-ci də torpaqlar yenidən islahata gedərkən “islahat komissiyasının” qanundan xəbərləri olmadığından həmin torpaqlar nədənsə onlara bildirmədən kəndə gəlmiş “mesxeti” türklərinə paylanmışdır. Halbuki, əvvəl onlar pay torpağlarını istədiyləri tərəfdən götürməli idilər, qalan torpaqlar islahata getməli idi. Onlar xəbər tutduqdan sonra etiraz etmişlər və qanuni tələblərini “islahat komissiyasına” bildirmişlər. İslahat komissiyası onların tələblərini nəzərə alaraq ilkin sənədləşmədə dəyişiklik etmiş və onlara JN-150, JN- 151, JN-152 və JN-153 dövlət aktları verildi.’’Mesxeti” türklərinə isə başqa yerdən pay torpağı verildi. İlkin sənədləşmə zamanı “mesxeti” türklərindən biri (Cavabdeh) əvvəl (qonşuların dediklərinə görə) Rusiyaya, daha sonra Türkiyəyə köçüb gedib. O, burada olmadığından yeni pay torpağı tələb etmir və komissiya üzvlərinin səhlənkarlığı və diqqətsizliyi üzündən onun adı əvvəlki siyahıdan çıxarılmır. Nəticədə onun adına da Dövlət aktı verilir. Dövlət aktları, yəni onun və onun adına verilən aktların hər ikisi 1998-ci il 10 iyul tarixli 04 saylı qərarla verilir. 1998-ci ildən bu günə kimi həmin torpaqdan o, istifadə etmiş, bütün öhdəlikləri yerinə yetirmişdir, adına lubsidiyalar gəlib. Digər vətəndaş bircə gündə olsa həmin torpaqdan istifadə etməyib və heç bir öhdəlik yerinə yetirməyib, çünki o, kənddə və ölkədə olmayıb. Əgər fikir verilsə onun dövlət aktında sağ və sol qonşular barədə heç bir məlumat yoxdur, hənim dövlət aktında isə sağ və sol qonşular barədə tam məlumat qeyd olunub. O, 2020-ci ildə (avqust ayında) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə yeni xəritəni təsdiq etdirmək üçün müraciət etdikdə ona dedilər ki, sizin torpaqla üst-üstə düşən başqa pay torpağı var. Ona görə də yeni xəritəni təsdiq edə bilmirlər. Əvvəl onunla qonşu olan sağ və sol pay torpaqlarının xəritələrini istədilər. O, həmin dövlət aktlarını aparmış və onun dövlət aktı ilə tutuşdurmuşlar. Tamamilə uyğun oldu. Sonra dedilər ki, onun dövlət aktı ilə eyni olan ikinci dövlət aktı məhkəmə tərəfindən ləğv olunmalıdır. Bu məqsədlə ona məktub verdilər. Nəticədə məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də xahiş edirəm kəndli pay torpağının kənddə yaşayan ölkə vətəndaşına verilməsinin mümkünlüyünü, JN №-0086 kod 30408058 dövlət aktının sahibinin 23 il ərzində bir gündə olsa torpaqdan istifadə etmədiyini, heç bir öhdəlikləri yerinə yetirmədiyini nəzərə alaraq JN 0086 kod 30408058 dövlət aktının ləğvi barədə iddiasına baxılsın. Xahiş edir, JN-0086, kod 30408058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddiaçını və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X5 və X1 ayrı-ayrılıqda bildirdilər ki, İddiaçı1 ilə həmkənlidirlər. Cavabdeh uzun müddətdir ki, Türkiyəyə köçüb getmişdir. Qeyd olunan torpaq sahəsi uzun müddətdir ki, İddiaçı1 müəllimin istifadəsindədir. İşə əlavə edilmiş Şabran rayon Rəhimli Bələdiyyəsi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli 23 saylı arayışdan görünür ki, JN№0086 Dövlət Aktının sahibi Cavabdeh Dövlət aktının verildiyi tarixdən bu günə kimi heç bir dövlət rüsumlarını ödəməmiş, subsidyalar verilməmişdir. Həmin pay torpağından JN№151 Dövlət aktının sahibi İddiaçı1 istifadə etmişdir. 1998-ci ildən Dövlət rüsumlarını ödəmiş və adına subsidiya verilmişdir. İşə əlavə edilmiş Şabran rayonu İHB-nın Rəhimli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli 203 saylı arayışdan görünür ki, Cavabdeh uzun müddətdir ailəsi ilə birgə Türkiyə Respublikasına köçmüş və Şabran rayon Padar kəndində yaşamır. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-0086, kod 30408058 olan dövlət aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 3.10 hektar pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X2 ünvanlanmış 17 iyul 2020-ci il tarixli məktubdan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizənizə əlavə edilmiş Şabran rayonu notariat ofisi tərəfindən təsdiq olunmuş 01.07.2020-ci il tarixli, 4Ə-335 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında satın alınmış torpaq sahəsi digər şəxsin dövlət aktı əsasında mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşür. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış 02 fevral 2021-ci il tarixli məktubdan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizənizə əlavə edilmiş Şabran rayonu notariat ofisi tərəfindən təsdiq olunmuş 01.07.2020-ci il tarixli, 4Ə-335 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında yerdə qalan hissə 1.032 ha torpaq sahəsi digər şəxsin dövlət aktı əsasında mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi ilə üst-üstə düşür. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-151, kod 30408018 olan dövlət aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən X3 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2.58 hektar pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2. maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sənərncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4. maddəsində qeyd edilmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilməsi imkanıdır. Yəni mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55 maddəsində qeyd edilir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü ilə yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2. maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti) və ya bələdiyyənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi) tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.4. maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN-0086, kod 30408058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0086, kod 30408058 olan Dövlət aktı ləğv edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-445/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-445/2021
20.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver