Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-452/2021 27.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİLƏR: Gülmira Alıeva, X8 və X11 MARAQLİ ŞƏXS: Şabran rayon Notariat kontoruna Kənd təsərrüfatı təyinatlı torpağın vərəsələr arasında vərəsəlik hüququnun tanınması, susmuş vərəsənin payinin qanun üzrə vərəsəliyə çağırılmış vərəsəin payına keçməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və torpağa mülkiyyət huququna dair dövlət aktı verilməsi tələbi barədə mülki işə 27 may 2021-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Gülmira Alıeva, X8 və X11 məhkəməyə ərizə ilə müraciət edərək, Tursunbəy Xoloyevdən miras qalmış 1,55 heqtar torpaq sahəsi üzərində onun və qanuni nümayəndəsi olduğu 05.07.2008-ci ildə Şabran rayonunda anadan olmuş X8 və 08.02.2014-cü il tarixdə Şabran rayonunda anadan olmuş X5 onun vərəsələri olduğundan Şabran (keçmiş Dəvəçi) rayonu Aqrar İslahatlar Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarı ilə verilmiş 1,55 heqtar torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınması, susmuş vərəsənin payının qanun üzrə vərəsəliyə çağırılmış vərəsənin payına keçməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və torpağa mülkiyyət huququna dair dövlət aktı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi və ərizəçilər X3 və X5 qanuni nümayəndəsi Gülmira Alıeva məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, o, Qanuni nümayəndə 5 sentyabr 1951-ci il tarixdə anadan olmuş Xoloyev Tursunbayla 22 aprel 2009-cu il tarixdə Şabran rayonu (keçmiş Dəvəçi) Qeydiyyat şöbəsində nikah bağlamışlar. Bu barədə 22 aprel 2009-cu il tarixdə onlara AZ -1-497360 saylı nikah şəhadətnaməsi verilmişdir. Nikahın bağlanması haqqında akt qeydləri kitabında 2009-cu ilin aprel ayının 22-də 96 nömrə ilə qeydə alınmışdır. Həmin nikahdan onların 2 övladları olmuşdur. 05.07.2008-ci ildə Şabran rayonunda anadan olmuş X8 və 08.02.2014-cü il tarixdə Şabran rayonunda anadan olmuş X11. Onun əri və uşaqlarının atası Tursunbay Xoloyev qazanc əldə etmək üçün Rusiya Federasiyasının İnquşetiya Respublikasının Nazran şəhərinə fəhlə kimi işləməyə getmiş və 01 iyun 2020-ci il tarixdə o, Nazran şəhərində vəfat etmişdir. Bu barədə Şabran rayon qeydiyyat şöbəsi tərəfindən 25 avqust 2020-ci il tarixdə AZ-İİ -091792 ölüm haqqında şəhadətnamə verilmişdir. Cavabdeh X6 məhrum Tursunbay Xoloyevin övladlığa götürülməyən ögey qızı olmuşdur. Onun anası X9 23 iyun 2005-ci il tarixdə vəfat etmiş bu barədə Şabran (keçmişdə Dəvəçi) rayon icra hakimiyyətinin Başçısının İcra ərazi vahidliyi üzrə nümayəndəliyi tərəfindən 12 iyul 2u05-ci il tarixdə AZ-İ -143316 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Anasının ölümündən əvvəl 2001-ci il tarixdə cavabdeh Nuranə Mehdiyeva ərə getmiş və əri ilə birlikdə Russiya Federasiyasının Dərbənt şəhərinə köçərək orada yaşamışdır. O vaxtdan sonra ondan heç bir məlumat olmamışdır. Şabran (keçmiş Dəvəçi) rayonu Aqrar İslahatlar Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 1,55 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün Şabran (keçmiş Dəvəçi) rayon Padar kənd sakinləri bir ailə olan Xoloyev Tursunbay, X7 və X4 verilmişdir. Bu barədə torpağa mülkiyyət hüququna dair JN-0058 nömrəli kod 30408058 saylı Dövlət aktı tərtib edilmişdir. Onun bir nüxsəsi Tursunbay Xoloyeva ailə başçısı olduğu üçün ona verilmişdir. Həmin torpaq sahəsinin paylı mülkiyyətçisi olan X7 12 iyul 2005-ci il tarixdə vəfat etmiş və həmin gün ona məxsus torpaq payı üzrə mirasın qəbulu vaxtı açılmışdır. Rahilə Mehdiyevaya məxsus torpaq payı üzrə Tursunbay Xoloyev tərəfindən sahiblik etməyə və həmin əmlakı idarə etməyə faktiki başlamış və bununla da o, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası arvadının torpaq payını qəbul etmişdir. X1 vəfat etməsi ilə əlaqədar onun torpaq payna vərəsə kimi olan qızı X6 üçün də mirasın qəbul edilməsi vaxtı açılsada o, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə verməmiş, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamışdır. Nuranə Mehdiyeva vərəsə kimi vərəsəliyə çağırıldığını bilmiş, lakin üç ay ərzində mirası qəbul etməmişdir. Beləliklə. Nuranə Mehdiyeva onun anası Rahilə Mehdiyevanın 12 iyul 2005-ci il tarixdə vəfat etməsinə (15 il keçmişdir) baxmayaraq, o, anasına məxsus torpaq payına vərəsə kimi çağırılsa da, üç ay ərzində mirası qəbul etməmişdir. Nurana Mehdiyeva mirasın açıldlgı gündən 15 il keçdiyindən qanunun tələbinə görə (altı ay nəzərdə tutulur) anasından qalan torpaq payını, yəni mirası qəbul edə bilməz. Tursunbay Xoloyevin 01 iyun 2020-ci il vəfat etdikdən sonra onun adına Şabran (keçmiş Dəvəçi) rayonu Aqrar İslahatlar Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarı ilə verilmiş 1,55 heqtar torpaq sahəsi üzrə o, faktiki olaraq sahiblik etməyə və həmin əmlakı idarə etməyə başlamış və bu barədə Şabran rayon notariat orqanına göstərilən torpaq üzərində vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etsə də, ona vərəsəlik şəhadətnaməsinin verilməsi imtina olunmuşdur. Odur ki, hesab edir ki, vərəsəlik şəhadətnaməsinin verilməsi məhkəmə qaydasında tələb edilməlidir. Xahiş edir, Tursunbəy Xoloyevdən miras qalmış 1,55 heqtar torpaq sahəsi üzərində onun və qanuni nümayəndəsi olduğu 05.07.2008-ci ildə Şabran rayonunda anadan olmuş X8 və 08.02.2014-cü il tarixdə Şabran rayonunda anadan olmuş X5 onun vərəsələri olduğundan Şabran (keçmiş Dəvəçi) rayonu Aqrar İslahatlar Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarı ilə verilmiş 1,55 hektar torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınması, susmuş vərəsənin payının qanun üzrə vərəsəliyə çağırılmış vərəsənin payına keçməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və torpağa mülkiyyət huququna dair dövlət aktı verilməsi barədə qətnamə çıxarılsın. Maraqlı şəxs Şabran rayon Notariat kontorunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-0058 KOD 30408058 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən Xalayev Tursunbayın və ailə üzvlərinin mülkiyyətnə 1.55 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Şabran rayon Notariat Ofisi tərəfindən Gülmira Alıevaya ünvanlanmış 02 aprel 2021-ci il tarixli 95 saylı məktubdan görünür ki, 01.06.2020-ci ildə vəfat etmiş Xoloyev Tursunbaydan miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiylərinə görə Azərbaycan Respublikasının MM-nin 1248-ci maddəsinə əsasən Şabran rayon Məhkəməsinə müraciət edilməlidir. İşə əlavə edilmiş Şabran rayon Notariat Ofisi tərəfindən Gülmira Alıevaya ünvanlanmış 02 aprel 2021-ci il tarixli 95 saylı məktubdan görünür ki, 23.06.2005-ci ildə vəfat etmiş X10 miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiylərinə görə Azərbaycan Respublikasının MM-nin 1248-ci maddəsinə əsasən Şabran rayon Məhkəməsinə müraciət edilməlidir. İşə əlavə edilmiş AZ-İ seriyalı 497360 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Xoloyev Tursunbay ilə Alıeva Gülmira 22 aprel 2009-cu ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İİ seriyalı 114196 saylı və AZ-İİİ seriyalı 229498 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Xoloyev Tursunbay ilə Alıeva Gülmiranın birgə nikahlarından 05 iyul 2008-ci ildə Şöhrət və08 fevral 2014-cü ildə Ruslan adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş AZ-İİ seriyalı 091792 saylı və AZ-İ seriyalı 143316 saylı ölüm haqqında şəhadətnamələrdən görünür ki, Xoloyev Tursunbay 01 iyun 2020-ci ildə, X10 23 iyun 2005-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Şabran rayon Rəhimli Bələdiyyəsi tərəfindən verilmiş 25 avqust 2020-ci il tarixli 39 saylı arayışdan görünür ki, X20 rayonu Padar kəndində yaşayır və ailə üzvləri uşaqları – X12 və İddiaçı2 Tursunbay oğlundan ibarətdir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Rəhimli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 avqust 2020-ci il tarixli 246 saylı arayışdan görünür ki, Xoloyev Tursunbay həqiqətən Şabran rayon Padar kəndində yaşamış və qeydiyyatda olmuşdur. 01.06.2020-ci il tarixdə vəfat etmiş və vəfat etdikdən sonra ailə üzvləri – Aliyeva Gülmira, Xoloyev Şöhrət və İddiaçı2 qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1. maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2. maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İş materiallarından görünür ki, mərhum Tursunbəy Xoloyev tərəfindən vəsiyyətnamə qoymamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1. maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145. maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146. maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1. maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1. maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1. maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Həmin Məcəllənin 1243.1. maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Həmin Məcəllənin 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3. maddəsində qeyd edilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246. maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1. maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İş materialları ilə müəyyən edilir ki, paylı mülkiyyətçi Rahilə Mehdiyeva 2005-ci ildə vəfat etməsinə baxmayaraq, onun qızı Rahilə Mehdiyeva vərəsəliyə çağırılmasını bilsə də, nə mirası faktiki qəbul etmiş, nə də mirası qəbul etmək üçün notariat kontoruna müraciət etməmişdir. Qanuni nümayəndə mirası faktiki qəbul etmiş, mirasa hazırda da sahiblik edir. Lakin vərəsəlik şəhadətnaməsi almadığından torpağa mülkiyyət sənədi ala bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin birinci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi «Şporrong və Lonrotun İsveçə qarşı məhkəmə işində qeyd etmişdir ki, həmin norma özündə:1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu; 2) mülkiyyətdən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan olmasını ehtiva edir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Tursunbəy Xoloyevdən miras qalmış Şabran (keçmiş Dəvəçi) rayonu Aqrar İslahatlar Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarı ilə verilmiş 1,55 heqtar torpaq sahəsi üzərində vərəsələri olduğundan Gülmira Alıevanın və qanuni nümayəndəsi olduğu 05.07.2008-ci ildə Şabran rayonunda anadan olmuş X3 və 08.02.2014-cü il tarixdə Şabran rayonunda anadan olmuş X5 vərəsəlik hüququ tanınmalı və susmuş vərəsənin payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsənin payı hesab edilməli, ərizənin qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Tursunbəy Xoloyevdən miras qalmış Şabran (keçmiş Dəvəçi) rayonu Aqrar İslahatlar Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarı ilə verilmiş 1,55 heqtar torpaq sahəsi üzərində vərəsələri olduğundan Gülmira Alıevanın və qanuni nümayəndəsi olduğu 05.07.2008-ci ildə Şabran rayonunda anadan olmuş X3 və 08.02.2014-cü il tarixdə Şabran rayonunda anadan olmuş X5 vərəsəlik hüququ tanınsın və susmuş vərəsə X2 payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsənin payı hesab edilsin. Ərizənin qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-452/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-452/2021
27.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver