Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-463/2020 23.07.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Oruclu Rüstəm Əfqan oğlunun katibliyi ilə İDDİAÇİLAR: İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 CAVABDEHLƏR: Cavabdeh1 və Cavabdeh2 qarşı ÜÇÜNCÜŞƏXS: X5 Torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin geri qaytarılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq iddia tələbinin təmin edilməsi, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 mülkiyyətində olan Şabran rayonunun Gəndab kəndinin ərazisində yerləşən, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Dövlət Reyestrindən Seriya MH ******* №-li Çıxarış verilmiş 1.014762 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nemətulla oğlunun çıxardılmaları, həmin torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 geri qaytarılması, həmin torpaq sahəsində əkilmiş buğdanın məhsulunun biçmək hüququnun İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 məhkəməyə təqdim etdikləri iddia ərizəsində göstərmişdilər ki, İddiaçı1 Qarabağ müharibəsi veteranıdır, Sumqayıt şəhəri, YAT-10, ünvan 1 ünvanında pasport qeydiyyatındadır, ünvan 3ində ailəsi ilə birlikdə yaşayır. Ailələrinin paylı mülkiyyətində olan, Şabran rayonunun Gəndab kəndinin ərazisində yerləşən, Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Dövlət Reyestrindən Seriya MH 0015919№-li Çıxarış verilmiş 1.014762 ha torpaq sahəsini ailələrinin razılığı əsasında İddiaçı1 həmkəndliləri Cavabdeh1a bir il müddətinə icarəyə vermişdir, bir illik icarə müddətinə görə ondan 950 manat icarə haqqı almışdır. Bu məqsədlə ona xx xxxxx 2016-cı il tarixdə etibarnamə verilmişdir. xx xxxxxx 2019-cu il tarixdə həmin etibarnamə onların ərizəsi əsasında notarius tərəfindən ləğv edilmişdir. 2017, 2018, 2019 və 2020-ci illərə görə ondan icarə haqqı ala bilməmişlər. Ondan torpaq sahəsinin qaytarılmasını və icarə haqqını tələb edəndə onlara dedi ki, torpaq sahəsini Cavabdeh2 vermişdir. Torpaq sahəsinin boşaldılmasını, onlara qaytarılmasını Cavabdeh2 tələb edəndə isə o dedi ki, mən sizdən torpaq icarəyə götürməmişəm. Bu səbəbdən də məhkəməyə müraciət etmişlər. Onların xəbərləri olmadan həmin torpaq sahəsini Cavabdeh1 digər həmkəndliləri, Cavabdeh2 icarəyə vermişdir. 2016-cı ili naprel ayına kimi mübahisəli torpaq sahəsində buğda əkirdilər və hər ildə oradan 3.000 kiloqram taxıl (gəlir) əldə edirdilər. Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsində buğda əkib-becərdilməsi ilə məşquldular. Hal-hazırda da həmin torpaq sahəsində buğda əkmişlər. Hesab edirlər ki, cavabdehlərin torpaq sahəsinin onlara qaytarılması və əkilmiş torpaq sahəsində buğdanın məsulunun biçmək hüququ, bu işdən gəlir əldə etmək hüququ məhkəmə tərəfindən onlara verilməlidir. Xahiş edirlər ki, iddia tələbinin təmin edilməsi, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 mülkiyyətində olan Şabran rayonunun Gəndab kəndinin ərazisində yerləşən, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Dövlət Reyestrindən Seriya MH ******* №-li Çıxarış verilmiş 1.014762 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxardılmaları, həmin torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 geri qaytarılması, həmin torpaq sahəsində əkilmiş buğdanın məhsulunun biçmək hüququnun İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 verilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasında iddiaçı və iddiaçılar İddiaçı2, İddiaçı3 nümayəndəsi İddiaçı1 bildirdi ki, mübahisəli torpaq sahəsini 10 illik müddətə etibarnamə əsasında Cavabdeh1 vermişdir. Etibarnamə verəndə bütün ailə üzvlərinin razılığı olmuşdur. Verdikləri torpağa görə İmrandan 960 manat pul almışdır. Hər il ona icarə haqqı verilməsi barədə İmranla söhbətləri olmamışdır. 2019-cu ilin noyabr ayında birinci etibarnaməni xx xxxx 2020-ci il tarixə isə ikinci etibarnaməni ləğv etdirmişdir. Bələdiyyə həmin torpağa görə vergi pulu istədiyinə görə etibarnamələri ləğv etdirmişdir. Həmin torpağa dair çıxarışın əslini Cavabdeh1 verməmiş, onunla torpaq alqı-satqısı etməmişlər. Ona görə də, iddialarının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 atası İddiaçı1 izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə 1.014762 ha torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsini alqı-satqı kimi İddiaçı1 etibarnamə əsasında 960 manat pul verib almışdır. Özləri də bunu yaxşı bilirlər. İddiaçı1 bütün ailə üzvləri torpaq sahəsinin satılmasına razılıqlarını vermişlər. Hətta torpağı Məmməddən alarkən o, torpaq sahəsinin çıxarışının əslini də ona vermişdir. Ona görə də, çıxarışın əsli Məmməddə ola bilməz. Alqı-satqı aparmaq üçün ona iki etibarnamə verilmişdir. 1-ci etibarnaməni Məmmədlə qızı Xumar, 2-ci etibarnaməni isə Faizə ilə oğlu Fərid vermişdir. 2019-cu ilin noyabr ayında Məmməd özü ilə qızının verdiyi etibarnaməni, xx xxxx 2020-ci il tarixdə isə Faizə ilə Fəridin verdiyi etibarnaməni ləğv etdirmişdir. Sonra o, həmin torpaq sahəsini Cavabdeh2 həyat yoldaşı X1. Cavabdeh2 həmin torpaq sahəsini qanuni yolla ondan almışdır. Həmin vaxtdan da torpaq sahəsi Cavabdeh2gilin mülkiyyətindədir. O, iddianı əsassız hesab edir. Xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, ünvan 3i ərazisində yerləşən 1.014762 ha torpaq sahəsini Cavabdeh1 alqı-satqı yolu ilə notariat qaydasında pulunu ödəməklə həyat yoldaşı X3 adına alıb sənədləşdirmişdir. Bundan sonra çıxarış almaq üçün torpaq sahəsinin sənədlərini Sumqayıt «Asan xidmət» mərkəzinə vermişdir. Həmin torpaq sahəsi hal-hazırda onların mülkiyyətindədir. Onlar həmin torpaq sahəsini qanunun tələblərinə uyğun olaraq almışdır. Bu səbəbdən də, iddianı əsassız hesab edir. Xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 004348 saylı Vəsiqədən görünür ki, İddiaçı1 müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardanistifadə etmək hüquqlarına malikdir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 371 saylı arayışdan görünür ki, ünvan 2 sakini İddiaçı1 ailə üzvləri – İddiaçı2, İddiaçı4, İddiaçı3 və X6 ibarətdir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* saylı çıxarışdan görünür ki, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə ünvan 2i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 1.014762 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş «Elektron notariat» X2 çıxarışdan görünür ki, İddiaçı1 və İddiaçı3 tərəfindən Cavabdeh1 verilmiş etibarnamə xx xxxxxx 2019-cu il tarixdə ləğv edilmişdir. Etibarnamənin predmeti torpaq sahəsi olmaqla Şabran rayonu, Gəndov kəndi ərazisində yerləşən 1.014762 ha hissəsinə dair sərəncam verməyi, notariat kontorunda alqı-satqı müqavilə bağlamağı, bütün orqanlarda, həmçinin Bankda, DƏDRX-də, məhkəmə, vergi və sair əlaqədar orqanlarda təmsil etməklə lazımi sənədləri almağı, təqdim etməyi, imzalamağı, adından ərizə verməyi, pul hesablaşmalarını aparmağı, etibarnamədə göstərilənlərlə əlaqədar digər bütün hərəkətləri etibar edirik. İşə əlavə edilmiş AN-İ seriyalı ******* saylı xx xxxxxxx 2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsindən görünür ki, satıcılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 birgə mülkiyyətlərində olan ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.014762 ha torpaq sahəsini alıcı X3 mülkiyyətinə vermişlər. Müqavilə satıcı tərəfdən Cavabdeh1, alıcı tərəfdən isə Cavabdeh2 tərəfindən imzalanmış, Sumqayıt «Asan xidmət» mərkəzinin notariat kontorunun reyestrdə 4Ə-3639 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. İşə əlavə edilmiş Sumqayıt «Asan xidmət mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 ilə X5 arasında bağlanmış və notariat kontorunda xx.xx.2017-ci il tarixində 4Ə/3639 nömrəli reyestrdə təsdiq edilmiş ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1.014762 ha olan torpaq sahəsinin alqı-satqı müqaviləsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə göndərilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı X11 tərəfindən İddiaçı1 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı1 və ailə üzvlərnin adına olan 2.86 ha torpaq sahəsinə verilmiş JN-3xx xxx 30404018 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X10 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmişdir. 2.86 ha torpaq sahəsinə verilmiş JN-3xx xxx 303018 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın 1.23 hissəsi özgəninkilşdirilmiş, yerdə qalan hissəsinə İddiaçı1 və ailə üzvlərinin adına **********20 və **********21 reyestr nömrəli çıxarışlar verilmişdir İşə əlavə edilmiş «Elektron notariat» X2 çıxarışdan görünür ki, İddiaçı4, İddiaçı2 tərəfindən Cavabdeh1 verilmiş etibarnamə xx xxxx 2020-ci il tarixdə ləğv edilmişdir. Etibarnamənin predmeti torpaq sahəsi olmaqla Şabran rayonu, Gəndov kəndi ərazisində yerləşən 1.014762 ha hissəsinə dair sərəncam verməyi, notariat kontorunda alqı-satqı müqavilə bağlamağı, bütün orqanlarda, həmçinin Bankda, DƏDRX-də, məhkəmə, vergi və sair əlaqədar orqanlarda təmsil etməklə lazımi sənədləri almağı, təqdim etməyi, imzalamağı, adından ərizə verməyi, pul hesablaşmalarını aparmağı, etibarnamədə göstərilənlərlə əlaqədar digər bütün hərəkətləri etibar edirik. Azərbaycan Respublikası MM-nin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqısatqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. «S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqların mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanunuiliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-nin6-cı maddəsində öz əksini tapmış mülk qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalqhüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericilikdə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmişmülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Məhkəmə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 verdikləri və həmin vaxt qüvvədə olan etibarnamə əsasında Cavabdeh1 alqı-satqı aparmağı etibar etmiş, Cavabdeh1 da həmin torpaq sahəsini digər şəxsə notariat qaydasında satmışdır. Mətanət İbrahimova vicdanlı alıcı kimi qanunun tələblərinə uyğun həmin torpağı almışdır. Torpaq sahəsinə mülkiyyət hüququ dəyişmişdir. Eyni zamanda, həmin alqı-satqı müqaviləsi ləğv edilməmiş, hazırda qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-cimaddəsinəəsasənməhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin geri qaytarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin geri qaytarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-463/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-463/2020
23.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver