Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-469/2020 23.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh CAVABDEH: X4 qarşı «Alqı-satqının bağlanmış hesab edilməsi» tələbi barədə mülki işə xx xxxxxxx 2020ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq Şabran rayonu, Qorğan kəndində yerləşən Cavabdeh 2011-ci ildə ona satdığı fərdi yaşayış evi ilə əlaqədar aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, 2011-ci ildə o, almaq üçün torpaq axtarırdı. Həmin vaxt Cavabdeh bu barədə eşidib ona onun Şabran rayonunun Qorğan kəndində satmaq istədiyi üçün müştəri axtardığı fərdi evi və 8 sot həyətyanı torpağı olduğunu bildirdi. O, da onunla və oğlu Vüsalla həmin evi və torpaq sahəsini almaq üçün bir müddət danışıqlar aparmışlar, sonra evi 2500 manata almağı və orada həmin qiymətə satmağa razılaşmışlar. Lakin, qarşılıqlı razılıq əsasında həmin dövrdə evin ümumi dəyəri olan 2500 manatın 2000 manatını nəğd pul şəklində 500 manatın əvəzində isə iri buynuzlu heyvan satıb vermişdir. Evi alanda razılaşdıqları şərtlərdən biri də bu idi ki, Cavabdeh Şabran rayonu, Qorğan kəndində ona satdığı evin həmin dövrdə sənədi yox idi. O, evin dəyərini yəni 2500 manatı ona ödəyəndən sonra o, həmin evi onun adına sənədləşdirməyi tələb etmişdir. O isə hər dəfə ona yaxın vaxtda sənədləşdirəcəyi barədə vədlər verərək arxayın etmişdir. Hətta keçən il ona dedi ki, gedək Xaçmaz rayonuna torpağı sənin adına sənədləşdirək bitsin bu iş. Dəfələrlə Cavabdeh və oğlu Vüsalla Şabran rayonundan onun pulu ilə maşın tutmuş, maşina yanacaq alıb Xaçmaz rayonuna getmişlər ki, Şabran rayonu, Qorğan kəndində 2011-ci ildə ona satdığı torpağı onun adına sənədləşdirsin. Cavabdeh oğlu Vüsal özü də başqa mülki iş üzrə xx.xx.2019-cu il tarixli ərizəsi ilə təsdiq edir ki, o, 2 mərtəbəli evi 2500 manata ona satmış, lakin evin sənədləri olmadığını və hazırda düzəldə bilmədiyini bildirmişdir. Eyni zamanda, həmin iş üzrə X6 2019-cu ildə məhkəmədə izahat verərək iddianı qismən qəbul etdiyini, o, 2011-ci ildə Şabran rayonu, Qorğan kəndində yerləşən evlərini və 8 sot həyətyanı torpaq sahəsini satmaq istədiyini, eləcə də İddiaçı Nürəddin oğlu ilə danışıb razılığa gəlməklə həmin evi və həyətyanı torpaq sahəsini iddiaçıya satdığını, bunun əvəzində-İddiaçı tərəfindən ona 2500 manat məbləğində pul verildiyini, satdığı evin sənədləri olmadığı üçün həmin evi İddiaçı öz adına keçirə bilmədiyini, indi isə ailə üzvlərinin evi satmalarına razılıq vermədiyini bildirmişdir. Cavabdeh oğlu X6 bu işlərin iştirakçısı olduğu üçün özü etiraf edir ki, o, Şabran rayonu, Qorğan kəndində fərdi yaşayış evini və 8 sot həyətyanı torpaq sahəsini 2500 manat müqabilində onlardan almış və hal-hazıradək də onun istifadəsindədir. 2019-cu ildə başqa məhkəmə üzrə ona məlum olmuşdur ki, onun adına sənədləşdirmək üçün onun yol xərci ilə Xaçmaza onunla gedib-gələn zaman evi onun adına deyil öz adlarına rəsmiləşdirmişlər. Hal-hazırda ev onun istifadəsindədir. Mülki iş materiallarından da göründüyü kimi, Cavabdeh Şabran rayonu, Qorğan kəndində olan fərdi yaşayış evini 2011-ci ildən 2500 manat müqabilində satmasına baxmayaraq bu günədək evi onun adına rəsmiləşdirməkdən yayınmaqla üzərinə götürdüyü öhdəliyi icra etmir. Xahiş edir, Şabran rayonu, Qorğan kəndində yerləşən, Cavabdeh və X3 2011-ci ildə ona satdığı fərdi yaşayış evi ilə əlaqədar aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, Şabran rayonu, Bilici- Qorğan kəndində yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Evin onun mülkiyyətində olması barədə ona xx.xx.2018-ci il tarixdə ******* saylı, reyestr nömrəsi **********22-10301 olan Çıxarış da verilmişdir. İddiaçı ilə onun arasında heç bir alqı-satqı olmamışdır. Bu səbəbdən də iddianı əsassız hesab edir, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Cavabdeh X6 məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, Şabran rayonu, Bilici- Qorğan kəndində yerləşən fərdi yaşayış evi atası Cavabdeh mülkiyyətindədir. 2011-ci ildə iddiaçı ilə aralarında alqı-satqısı barədə söhbətləri olsa da, sonradan onların bu işləri alınmamışdır. İddiaçı onu məhkəməyə vermiş və məhkəmə qətnaməsi ilə bu məsələyə hüquqi qiymət verilmişdir. Həmin torpaq sahəsi və üzərində olan yaşayış evi iddiaçıya satılmamışdır, aralarında evin iddiaçıya satılması barədə heç bir alqı-satqı olmamışdır. İddianı qəbul etmir, xahiş edir, iddia təmin edilməsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(031)-329/2019 saylı qətnamədən görünür ki, cavabdeh X1 vurduğu maddi ziyana görə 3891.40 manat, mənəvi zərər görə 5500 manat, ümumilikdə 9391.40 manat pul və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli 2(105)-3141/2019 saylı qətnaməsindən görünür ki, hazırki iş üzrə Şabran rayon məhkəməsinin 2(031)-329/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi mənəvi zərərə dair hissədə ləğv edilmiş. Həmin hissədə yeni qətnamə qəbul edilmiş, həmin hissədə iddia rədd edilmişdir. Qətnamə qalan hissədə-cavabdeh X1 vurduğu maddi ziyana görə 3891.40 manat pul və 30 manat dövlət rüsumunun alınıb İddiaçı oğluna verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, reyestr nömrəsi **********22-10301 olan çıxarışdan görünür ki, Şabran rayonu, Bilici-Qorğan kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «Önər Yıldız Türkiyəyə qarşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət də bu halda susmaqla, Önər Yıldızın heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi İddiaçı məhkəmədə Cavabdeh qarşı Şabran rayonu, Qorğan kəndində yerləşən 2011-ci ildə ona satdığı fərdi yaşayış evi ilə əlaqədar aralarında alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, İddiaçı ilə Cavabdeh arasında belə bir müqavilə bağlanmamış, qanunvericilikdə nəzərdə tutulan qaydada dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı alqı-satqının bağlanmış hesab edilməsi kimi irəli sürdüyü iddia tələbinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı alqı-satqının bağlanmış hesab edilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı alqı-satqının bağlanmış hesab edilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M : ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-469/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-469/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver