Məhkəmə qərarları › İş №2(031)-48/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-48/2021

02.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-48/2021 02.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİACİ: İddiaçı NÜMAYƏNDƏ VƏ VƏKİL: X5 CAVABDEH: Cavabdeh qarşı Mənzilə köçürülmə tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq onun ünvan 1 məxsus 42 saylı ünvanda yerləşən mənzilə köçürülməyi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiacı İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, iddiaçı cavabdehin qardaşı ilə rəsmi nikaha daxil olaraq birgə ailə həyatı qurmuşdur. Birgə ailə münasibətlərindən iki övladları olmuşdur. Mübahisəli mənzildə iddiaçı həyat yoldaşı ilə birlikdə yaşamış və maddi imkanları hesabına mənzildə bəzi təmir və bərpa işləri aparılmışdır. Sonradan iddiaçı ailəsi ilə birlikdə Rusiyaya köçmüşlər və uzun müddət orada yaşamışlar. Mübahisəli mənzildə hazırda iddiaçının pasport qeydiyyatı olmaqla istifadə etmək hüququ vardır. Lakin eyni ünvanda cavabdehin qeydiyyatda olması və eyni həyətdə özünə məxsus evdə yaşadığı üçün iddiaçıya mane olaraq, öz mənzilinə köçməyə və orada sərbəst yaşamağa maneələr törədir. İddiaçı düşünür ki, yoldaşı X8 ilə birgə nikahları Rusiya Federasiyasında məhkəmə qətnaməsi ilə 2018-ci il tarixdə ləğv edildiyi üçün həm yoldaşı, həm də cavabdehlər iddiaçıya qərəzli şəkildə təzyiqlər göstərəcək və onun mənzildə yaşamağına imkan verməyəcəklər. Hazırda iddiaçı bir gənc xanım olaraq özünə məxsus mənzili ola-ola, ancaq qohum əqrəbə evində, yaxud kirayələrdə yaşayır. İddiaçı cavabdehin eyni zamanda keçmiş həyat yoldaşının hərəkətlərini qanunsuz hesab edir. Elə bu səbəbdən də, hüquqlarının müdafiəsi və qorunması üçün məhkəməyə müraciət etmişdir. Xahiş edir, iddiaçının ünvan 1 məxsus 42 saylı ünvanda yerləşən mənzilə köçürülməyi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı qardaşı Fəridlə 2001-ci ilin mart ayında ailə həyatı qurub nikaha daxil olmuşdur. Həmin nikahdan iki övladları dünyaya gəlmişdir. Birinci övladı Əliyev Gülhüseyn 2001-ci ilin avqust ayının 3-də Ukraynada dünyaya gəlib, Ukrayna vətəndaşıdır. Hal-hazırda Ukrayna Hüquq akademiyasının ikinci kursunda təhsilini davam etdirir. İkinci övladı X13 xx xxxxxxx 2002-ci ildə dünyaya gəlib, Ukrayna vətəndaşıdır. Hal-hazırda Xarkov şəhərində təhsil alır. Qardaşı Fəridlə İddiaçı xx xxxx 2018-ci ildə Ukraynada məhkəmə qətnaməsi əsasında nikah müqavilələrinə xitam verilmişdir. İddiaçı cehiz əşyalarını da aparmışdır. İddiaçı ailələli olduğu müddətdə heç vaxt Azərbaycanda yaşamamışdır. İddiaçının sözü gedən mənzildə pasport qeydiyyatdında olması formal xarakterdir və onun tələb etdiyi yaşamağa otaq iddiası tam əsassızdır. Onu da qeyd edir ki, sözü gedən ev 1960-cı ildə atası tərəfindən tikilmiş və altı övlada məxsus ata evidir. İddiaçının yaşaması üçün atasına məxsus 2 mərtəbəli ev tamamilə boşdur, sahibsiz qalıb. Göründüyü kimi cavabdedin iddiası tamamilə əsassızdır. İddiaçı sözü gedən evdə heç vaxt yaşamadığından onun mənzildəki qeydiyyatı formal xarakterlidir. Göründüyü kimi İddiaçı iddia tələbi tamamilə əsassızdır. Xahiş edir, iddia əsassız olduğundan rədd olunsun. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş İ-BL seriyalı 233202 saylı və İ-BL seriyalı 183258 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı ilə X6 birgə nikahlarından xx xxxxxx 2001-ci ildə Gülhüseyn və xx xxxxxxx 2002-ci ildə Səid adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 5 saylı X15 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən Cavabdeh adına xx xxxxxx 2018-ci il tarixli, **********42-10301 reyestr nömrəli çıxarış verilmişdir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 3073 saylı arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı qeydiyyatda olmasına baxmayaraq həmin evdə bu günə qədər yaşamamışdır. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, İddiaçı həqiqətən də ünvan 2 ünvanında yaşamamışdır. Aktın doğruluğunu S.Baxşıyev, A.Məmmədov, B.Allahverdiyeva, O.Məmmədov, H.Pənəliyev, Ə.Pənəliyev öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, həqiqətən İddiaçı bütün cehiz əşyalarını ünvan 2 ünvandan xx xxxxxx 2018-ci il tarixində iştirakları ilə Oktay Bəşirov küçəsi 30 ünvanında yerləşən ata evinə aparmışdır. Aktın doğruluğunu R.Misirxanov, V.Məmmədova, S.Bəşirov və X.Camalov öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş İ-İe seriyalı 185082 saylı evlənmə haqqında şəhadətnamədən görünür ki, X14 ilə X2 xx xxxxxx 1962-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İ seriyalı 122282 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx xxxxxx 2004-cü ildə ölmüşdür. İşə əlavə edilmiş AZ seriyalı 000345 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx xxxxxx 2000-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Vİİ-JQ seriyalı 429440 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə İddiaçı xx xxxx 2001-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X14 ilə X1 birgə nikahlarından xx.xx.1964-cü ildə Süheyl,xx.xx.1959-cu ildə Tahirə, xx.xx.1962-ci ildə Kamalə, xx.xx.1958-ci ildə Nəzirə və xx.xx.1970-ci ildə Fərid adlı uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Şabran şəhəri, İ.Qayıbov küçəsi ev 42-də qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 43.1-ci maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətləri yararanan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirlməlidirlər. İcarədarın ailə üzvləri, icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərini eyni hüquq və vəzifələrinə onlarda malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçinin özünə məxsus evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxs mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü. maddəsinə əsasən şəxs hər hansı bir səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı X8 ilə 2001-ci ilin mart ayında ailə qurmuş, o, ünvan 3 saylı ünvanda yerləşən mənzilə gəlin köçmüş, cehiz əmlaklarını da həmin evə gətirmiş, təxminən 7-10 gün orada yaşayıb, sonra Ukrayna Respublikasının Xarkov şəhərinə gedərək orada yaşamışlar. İldə bir dəfə, bir neçə ildən bir gəlib bir həftəlik, 10 günlük həmin evdə yaşamışlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. 2018-ci ildə nikahları ləğv edilmişdir. İddiaçının cehiz əmlakı xx xxxxxx 2018-ci il tarixədək həmin evdə olmuş, cehiz əşyalarından istifadə etmişdir. Hazırda iddiaçı həmin evdə qeydiyyatdadır. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddiaçının mübahisəli tikilidən öz iradəsindən asılı olmayan səbəbdən çıxması onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. İddiaçının normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ünvan 3 saylı ünvanda yerləşən mənzilə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrin rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ünvan 3 saylı ünvanda yerləşən mənzilə köçürülsün. Məhkəmə qətnaməsi qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar