Məhkəmə qərarları › İş №2(031)-501/2023

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-501/2023

17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-501/2023 17.07.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə Ərizəçi: Ərizəçi Maraqlı şəxs: «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1990-cı il tarixində xx.xx.2001-ci il tarixinədək Dəvəçi rayon X1 dərəcəli ekskavatorçu vəzifəsində işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş baxılması üçün təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, onların iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6. maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, onların iştirakı olmadan işə baxılmasını xahiş etməmiş tərəflər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlmədiklərindən iddia baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-268-cv maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Ərizəçi «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X2rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərindən baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şabran rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar