Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-512/2021 04.06.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə Ərizəci: Ərizəçi Maraqlı tərəf: Maraqlı şəxs Soyadın dəyişdirilməsi tələbi barədə mülki işə 04 iyun 2021-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun soyadının «Tağıoğlu»dan «Tağıyev»ə dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, o, Şabran rayon, Ərəblər kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnamə alarkən soyadı «Tağıyev» yazılmışdır. Sonra 04.04.2017-ci ildə soyadını «Tağıoğlu»na dəyişdirmişdir. İndi torpağa görə subsidiya, eyni zamanda, uşaqların adına sosial yardım almalıdır. Lakin soyadı dəyişdirildiyindən ala bilmir. Hazırda o, yenidən soyadını dəyişdirmək, soyadının «Tağıyev» olmasını istəyir. O, soyadını «Tağıoğlu»na dəyişdirərkən belə çətinliklərin yaranacağını bilməmişdir. Onun soyadının «Tağıyev» kimi olmasına mane olan heç bir hal yoxdur, bu heç kimin hüquqlarının pozulmasına səbəb olmur. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, onun soyadının «Tağıoğlu»dan «Tağıyev»ə dəyişdirilməsi barədə qətnamə çıxarılsın. Maraqlı tərəf Maraqlı şəxs rəisi X3 bildirdi ki, «Azərbaycan Respublikası vətəndaşlarının soyadının dövlət dilinə uyğunlaşdırılması haqqında «Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli 495 saylı qərarına əsasən iddiaçının Tağıyev soyadı Tağıoğlu soyadına dəyişiklik edilmişdir. Əlavə olaraq bildirir ki, milliləşmiş soyadın sonradan «yev» «ov» sonluğu və ya sonluqsuz soyada düzəliş edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Maraqlı şəxsndə iddiaçının hazırki Tağıoğlu soyadının Tağıyev soyadına düzəliş edilməsi mümkün deyildir. O, Ərizəçi soyadının dəyişdirilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin və AZ-İİİ seriyalı 911952 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X1 ilə X2 birgə nikahlarından xx xxxxxx 1976-cı ildə Ərizəçi anadan olmuşdur. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 22 aprel 2021-ci il tarixli 25 saylı məktubdan görünür ki, 04.04.2017-ci il tarixli müraciətinizə əsasən və «Azərbaycan Respublikası vətəndaşlarının soyadının dövlət dilinə uyğunlaşdırılması haqqında «Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli 495 saylı qərarına əsasən Sizin Tağıyev soyadı Tağıoğlu soyadına dəyişiklik edilmişdir. Əlavə olaraq bildirilir ki, milliləşmiş soyadın sonradan «yev» «ov» sonluğu və ya sonluqsuz soyada düzəliş edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Sizin hazırki Tağıoğlu soyadının Tağıyev soyadına düzəliş edilməsi mümkün deyildir. Qeyd olunan düzəlişin edilməsi ilə bağlı məhkəməyə müraciət etməlisiniz. Məhkəmədə müəyyən edildi ki, Ərizəçi soyadının «Tağıoğlu»dan «Tağıyevə»a dəyişdirilməsi ilə əlaqədar Qeydiyyat orqanına müraciət etmiş, lakin Qeydiyyat orqanı əsassız olaraq bundan imtina etmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi soyadının «Tağıyev» kimi qeyd olunmamasına səbəb olan heç bir hal yoxdur, bu heç kimin hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adının dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1. maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4. maddəsinin məzmununa əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Qeyd olunan hüquq normalarını və iş materiallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi soyadı "Tağıoğlu" dan "Tağıyev"ə dəyişdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi soyadı "Tağıoğlu" dan "Tağıyev"ə dəyişdirilsin. Qətnamə Qeydiyyat orqanlarında düzəlişin qeydə alınması ücün əsasdır. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Çingiz İsgəndərov.
Məhkəmə qərarları › İş №2(031)-512/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-512/2021
04.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver