Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-533/2020 13.08.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEHLƏR: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Əqdin etibarlı hesab edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq onunla Cavabdeh1 və ailə üzvlərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən məxsus olan 1.00 ha torpaq sahəsinə, Cavabdeh2 və ailə üzvlərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* və ******* saylı çıxarışlara əsasən məxsus 1.826703 ha torpaq sahəsinə, Cavabdeh3 və ailə üzvlərinə JN:08xx xxx 30401004 saylı Dövlət Aktına əsasən məxsus olan 1.22 ha torpaq sahəsinə və Cavabdeh4 və ailə üzvlərinə JN:5xx xxx 30404018 saylı Dövlət Aktına əsasən məxsus 2.49 ha torpaq sahəsinə dair bağlanmış əqdlərin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, 2004-cü ilin əvvəllərində o, Şabran rayonu Pirəmsən kənd sakini Cavabdeh1 ilə danışıb razılığa gəlməklə ona və ailəsinə məxsus 1.00 ha torpaq sahəsini, Şabran rayonu Aygünlü kənd sakini Cavabdeh2 ilə danışıb razılığa gəlməklə ona və ailə üzvlərinə məxsus cəmi 1.826703 ha torpaq sahəsini, Sumqayıt şəhər sakini Cavabdeh3 ilə danışıb razılığa gəlməklə özünə və ailəsinə məxsus 1.22 ha torpaq sahəsini və Şabran rayonu Gəndab kənd sakini Cavabdeh4 ilə danışıb razılığa gəlməklə özünə və ailəsinə məxsus 2.49 ha torpaq sahəsini almışdır. Torpaq sahələrini alarkən bütün ailə üzvlərinin razılığı olmuşdur. Həmin vaxtdan qeyd olunan torpaq sahələri onun faktiki istifadəsində və mülkiyyətindədir. Torpaq sahələrinin qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini cavabdehlərə tam şəkildə ödəməsinə baxmayaraq hazırda öz adına rəsmiləşdirə bilmir. Belə ki, həmin torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi üçün cavabdehlərin Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Hazırki vəziyyətdə cavabdehlər Notariat Kontoruna getməkdən müxtəlif bəhanələrlə yayındıqlarına görə torpaq sahələrinin öz adına rəsmiləşdirilməsi mümkün olmamışdır. O, qeyd edilən torpaq sahələrinin satın alınması ilə bağlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Hətta sonradan bəzi satıcılar ona horiat qaydasında etibarnamə vermiş, torpaq sahəsinə dair reyestr çıxarışı da alınmışlar ki, notarial qaydada alqı-satqı aparılsın, lakin satıcıların ailə üzvlərinin bəziləri Respublikada olmağından torpaq sahəsinin notarial qaydada alqı-satqısı baş tutmamışdır. Hazırkı vəziyyətdə onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması ancaq məhkəmə qərarı əsasında mümkündür. Xahiş edir onunla Cavabdeh1 arasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh1 və ailə üzvlərinə məxsus olan 1.00 ha torpaq sahəsinə, onunla Cavabdeh2 arasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* və ******* saylı çıxarışlara əsasən Cavabdeh2 və ailə üzvlərinə məxsus 1.826703 ha torpaq sahəsinə, onunla Cavabdeh3 arasında JN:08xx xxx 30401004 saylı Dövlət Aktına əsasən Cavabdeh3 və ailə üzvlərinə məxsus olan 1.22 ha torpaq sahəsinə və onunla Cavabdeh4 arasında JN:5xx xxx 30404018 saylı Dövlət Aktına əsasən Cavabdeh4 və ailə üzvlərinə məxsus 2.49 ha torpaq sahəsinə dair bağlanmış əqdlərin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, 2004-cü ilin əvvəllərində o, İddiaçı ilə görüşüb danışıb razılığa gəlməklə Şabran rayonu Pirəmsən kəndində yerləşən özünə və ailəsinə məxsus 1.00 torpaq sahəsini iddiaçıya satmışdır. Bu barədə İddiaçı adına etibarnamə də vermişlər. Torpaq sahəsi həmin vaxtdan da iddiaçının istifadəsindədir. Torpağı satarkən razılıqları olmuşdur ki, alqı-satqını özü rəsmiləşdirəcəkdir. Lakin, 2014-cü ilin avqust ayında qızı Əfsanə və 2013-cü ilin fevral ayında oğlu Ənvər Suriyaya getdiklərindən aralarında torpağın alqı-satqısının aparılması mümkün olmamışdır. Sonradan da qiymətlər bahalaşdığından o, iddiaçıdan torpaq sahəsinə görə əlavə pul verməsini xahiş etmişdir, hazırda iddiaçı ilə razılaşmışlar, ona görə də İddiaçı satdıqları Şabran rayonu Pirəmsən kəndində yerləşən 1.00 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə etirazı yoxdur. Cavabdeh4 məhkəmədə iddianı qəbul edərək bildirdi ki, o, 2004-cü ilin əvvəllərində İddiaçı ilə görüşüb danışıb razılığa gəlməklə Şabran rayonu Gəndab kəndində yerləşən özünə və ailəsinə məxsus 2.49 ha torpaq sahəsini iddiaçıya satmışdır. Bu barədə İddiaçı adına etibarnamə də vermişlər. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsindədir. Torpaq sahəsi iddiaçıya satılarkən onun ailə üzvlərinin hamısının razılığı olmuşdur. Hazırda həyat yoldaşı və qızları Bakı şəhərində yaşayırlar, məhkəməyə gələ bilmirlər. Karantin olduğundan Şabran rayonuna gəlsələr, Bakı şəhərinə geri qayıda bilməyəcəklər. Həyat yoldaşı və qızları torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə razıdırlar. Şabran rayonu Gəndab kəndində yerləşən özünə və ailəsinə məxsus 2.49 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri və şahidi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, İddiaçı 2004-cü ilin əvvəllərində ona və ailə üzvlərinə məxsus Şabran rayonu Aygünlü kəndi ərazisində yerləşən 1.826703 ha torpaq sahəsini pulunu ödəməklə almışdır. Torpaq sahəsi satılarkən bütün ailə üzvlərinin razılığı olmuşdur. Hazırda atası Əmirqulu rəhmətə getmişdir. X17, onun həyat yoldaşı Təranə, oğlu Əşrəf və qızı Səkinə hazırda Rusiya Federasiyasında yaşayırlar. Onların da pulları verilmişdir, torpaq sahəsinin satılmasına razılıqlarını vermişlər. Hətta sonradan reyestr çıxarışı da alınmışdır ki, notarial qaydada alqı-satqı aparılsın, lakin ailə üzvlərinin bəziləri Rusiyada olduğundan torpaq sahəsinin notarial qaydada alqı-satqısı baş tutmamışdır. X18 da heç bir etirazı yoxdur. İşə əlavə edilmiş İ-OT seriyalı 555911 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx xxxxxx 1985-ci ildə ölmüşdür. İşə əlavə edilmiş İİ-JQ seriyalı 470873 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X10 xx xxxx 1982-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş Vİİ – JQ seriyalı 425292 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 ilə X4 birgə nikahlarından xx xxxxxx 1983-cü ildə Əfsanə adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı təyinatlı 1.0 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş AR-İ seriyalı 714698 saylı xx xxxxxx 2018-ci il tarixli Etibarnamədən görünür ki, X16 (etibar edən) Şabran rayonu Gəndov kənd sakinləri İddiaçı və X1 (etibar edilənlər) adına bir il müddətinə etibarnamə vermişdir. (etibarnamənin müddəti xx xxxxxx 2019-cu il tarixdə bitmişdir). İşə əlavə edilmiş AR-İ seriyalı 705199 saylı xx xxxxxx 2018-ci il tarixli Etibarnamədən görünür ki, Cavabdeh1 (etibar edən) Şabran rayonu Gəndov kənd sakinləri İddiaçı və X1 (etibar edilənlər) adına bir il müddətinə etibarnamə vermişdir. (etibarnamənin müddəti xx xxxxxx 2019-cu il tarixdə bitmişdir). İşə əlavə edilmiş İ-İE seriyalı 185688 saylı evlənmə haqqında şəhadətnamədən görünür ki, X8 ilə Cavabdeh2 xx xxxxxxx 1963-cü ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İ seriyalı 024493 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx xxxxxxx 2002-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* saylı çıxarışdan görünür ki, X2 və ailə üzvlərinin mülkiyyətinə Dəvəçi rayonu Mollakamallı kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı 1.30317 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* saylı çıxarışdan görünür ki, X2 və ailə üzvlərinin mülkiyyətinə Dəvəçi rayonu Mollakamallı kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı 0.523533 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş AR-İ seriyalı 639685 saylı xx xxxx 2018-ci il tarixli Etibarnamədən görünür ki, Cavabdeh3 (etibar edən) Şabran rayonu Gəndov kənd sakinləri İddiaçı və X1 (etibar edilənlər) adına 22 il müddətinə etibarnamə vermişdir. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30404018 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu X9 xx xxxxxx 1998-ci il tarixli 08 saylı qərarına əsasən Cavabdeh3 və X5 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Dəvəçi rayonu Gəndov kəndi ərazisindən 1.22 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş ƏN-İ seriyalı 682352 saylı xx xxxxxx 2017-ci il tarixli Etibarnamədən görünür ki, Cavabdeh4 (etibar edən) Şabran rayonu Gəndov kənd sakini İddiaçı (etibar edilənlər) adına 28 il müddətinə etibarnamə vermişdir. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30404018 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu X9 xx xxxxxx 1998-ci il tarixli 08 saylı qərarına əsasən Cavabdeh4 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Dəvəçi rayonu Gəndov kəndi ərazisindən 2.49 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2. maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmədə müəyyən olunmuşdur ki, cavabdehlər özlərinə məxsus torpaq sahələrini aralarında olan şifahi əqdə əsasən, razılaşdıqları qiymətə İddiaçı satmışlar. 2004-cü ildən iddiaçı maneəsiz, heç bir mübahisə olmadan torpaq sahələrinə faktiki olaraq öz mülkiyyəti kimi sahiblik etmiş, ondan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsundən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2. maddəsinin məzmununa görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sənərncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4. maddəsində qeyd edilmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilməsi imkanıdır. Yəni mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehlərin xüsusi mülkiyyətində olan torpaq sahələrinin aralarında olan qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini tam şəkildə ödəmişdir. Bundan sonra cavabdehlər xüsusi mülkiyyətində olan torpaq sahələrini iddiaçının faktiki istifadəsinə vermiş və həmin torpaq sahəsinə aid olan mülkiyyət hüququnu tanıyan sənədin əslini iddiaçıya təqdim etmişlər. Mübahisə predmetinə aid olan, iddiaçının alqı-satqı əqdinin etibarlı sayılmasını tələb etdiyi torpaq sahələri hazırda iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan torpaq sahələrinin iddiaçının adına rəsmiləşdirilməsi üçün cavabdehlər Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmədikləri üçün torpaq sahələrinin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı torpaq sahələrinin satılması ilə bağlı onunla cavabdehlər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh1 və ailə üzvlərinə məxsus olan 1.00 ha torpaq sahəsinə, İddiaçı ilə Cavabdeh2 arasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* və ******* saylı çıxarışlara əsasən Cavabdeh2 və ailə üzvlərinə məxsus 1.826703 ha torpaq sahəsinə, İddiaçı ilə Cavabdeh3 arasında JN:08xx xxx 30401004 saylı Dövlət Aktına əsasən Cavabdeh3 və ailə üzvlərinə məxsus olan 1.22 ha torpaq sahəsinə və İddiaçı ilə Cavabdeh4 arasında JN:5xx xxx 30404018 saylı Dövlət Aktına əsasən Cavabdeh4 və ailə üzvlərinə məxsus 2.49 ha torpaq sahəsinə dair bağlanmış əqdlər etibarlı hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh1 və ailə üzvlərinə məxsus olan 1.00 ha torpaq sahəsinə, İddiaçı ilə Cavabdeh2 arasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* və ******* saylı çıxarışlara əsasən Cavabdeh2 və ailə üzvlərinə məxsus 1.826703 ha torpaq sahəsinə, İddiaçı ilə Cavabdeh3 arasında JN:08xx xxx 30401004 saylı Dövlət Aktına əsasən Cavabdeh3 və ailə üzvlərinə məxsus olan 1.22 ha torpaq sahəsinə və İddiaçı ilə Cavabdeh4 arasında JN:5xx xxx 30404018 saylı Dövlət Aktına əsasən Cavabdeh4 və ailə üzvlərinə məxsus 2.49 ha torpaq sahəsinə dair bağlanmış əqdlər etibarlı hesab edilsin. Məhkəmə qətnaməsi qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-533/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-533/2020
13.08.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver