Məhkəmə qərarları › İş №2(031)-545/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-545/2025

25.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-545/2025 25.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı və cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinin vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinə qarşı “işə bərpa və məcburi iş buraxmaya müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinin sədri X2 qarşı “işə bərpa və məcburi iş buraxmaya müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilərək cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsi tərəfindən işə bərpa olunması və bərpa olunduğu günə kimi orta aylıq əməkhaqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ali təhsillidir, xx.xx.2003-cü il tarixdən cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsində işləyib. Sonuncu dəfə onunla xx.xx.2010-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır və o, həmin tarixdən işdən azad olunduğu tarixə kimi olan müddət ərzində mühasib vəzifəsində işləmişdir. xx.xx.2025-ci il tarixində Şabran rayonunun Şabran Bələdiyyəsinə yeni seçilmiş sədr Fidan Fərzəliyevə xx.xx.2025-ci il tarixində keçmiş bələdiyyə sədri ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitdiyini əsas gətirərək ona məcburi şəkildə ərizə yazdıraraq onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsi və 68-ci maddəsinin “ç” bəndinə əsaslanaraq işdən azad etmişdir. İddiaçı işlədiyi müddətdə vəzifə səlahiyyətlərimə məsuliyyətlə yanaşmış, daxili nizam-intizam qaydalarına riayət etmiş və ona heç bir intizam tənbehi rəhbərlik tərəfindən verilməmişdir. İddiaçı üzərinə düşən bütün işləri vaxtı-vaxtında peşəkarlıqla yerinə yetirmiş, heç bir qanun pozuntuya yol verməmiş və işdən çıxmaq istəməmişdir. İddiaçı hesab edir ki, bələdiyyə sədri tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulmuş və onun işdən çıxarılması əsassız olmuşdur. Tərəfindən Azərbaycan Respublikasının Baş prokuroruna, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə müraciət olunmuş və məlum olmuşdur ki, bələdiyyə sədri tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəaları ciddi şəkildə pozulduğu aşkar edilmişdir. İddiaçı bu halların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi, cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsi tərəfindən işə bərpa olunması və bərpa olunduğu günə kimi orta aylıq əməkhaqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinə qarşı “işə bərpa və məcburi iş buraxmaya müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə dəqiqləşmə ərizəsini Şabran Rayon Məhkəməsinə təqdim edərək, iddia tələbinin təmin edilərək cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 05 saylı əmrinin ləğv edilməsi, cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsi tərəfindən işə bərpa olunması və işə bərpa olunduğu günə kimi ona orta aylıq əməkhaqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual məcəlləsinin 54.1-ci maddəsinə əsasən İddiaçı yazılı razılığı ilə iş üzrə cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinin sədri X3 əsl cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsi ilə əvəz etmişdir. Həmçinin məhkəmə baxışı zamanı İddiaçı Şabran rayonunun Şabran Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 05 saylı əmrinə əsasən yox xx.xx.2025-ci il tarixli, 05 saylı əmrinə əsasən işdən çıxarıldığı aşkar edildiyindən, İddiaçı xx.xx.2025-ci il tarixdə Şabran rayonunun Şabran Bələdiyyəsinə qarşı “işə bərpa və məcburi iş buraxmaya müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə dəqiqləşmə ərizəsini Şabran Rayon Məhkəməsinə təqdim edərək, iddia tələbinin təmin edilərək cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 05 saylı əmrinin ləğv edilməsi, cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsi tərəfindən işə bərpa olunması və işə bərpa olunduğu günə kimi ona orta aylıq əməkhaqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini və Şabran rayonunun Şabran Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 05 saylı əmrinin ləğv edilməsi, cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsi tərəfindən işə bərpa olunması və işə bərpa olunduğu günə kimi ona orta aylıq əməkhaqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinin vəkili Vəkil məhkəmə iclasında İddiaçı cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinə qarşı “işə bərpa və məcburi iş buraxmaya müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının əsassız olduğunu bildirərək, həmin iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında hazırki iş üzrə əsl cavabdeh ilə əvəz edilmiş Şabran rayonunun Şabran Bələdiyyəsinin sədri X5 tərəfindən Xaçmaz rayon Vəkil Bürosunun vəkili Vəkil adına Şabran rayonunun Şabran Bələdiyyəsinin müvafiq möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli etibarnamə olsa da, həmin etibarnamənin məzmunundan da göründüyü kimi, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Vəkil Şabran rayonunun Şabran Bələdiyyəsi adından yox, sadəcə Şabran rayonunun Şabran Bələdiyyəsinin sədri X1 adından müvafiq səlahiyyətlər etibar edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinə qarşı “işə bərpa və məcburi iş buraxmaya müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Quba 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞQ/MT/040/2025-00226 saylı, xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinə xx.xx.2025-ci il tarixdə ünvanlandığı işdən çıxarılma əmrinin ləğvi, işə bərpa və kompensasiya tələbindən ibarət təklif üzrə ilkin mediasiya sessiyasında iştirak etsə də, Şabran rayonunun Şabran Bələdiyyəsi həmin sesiyada iştirak etməmişdir. - Azərbaycan Respubliksının əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən (ƏMAS) çap edilmiş əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Şabran rayonunun Şabran Bələdiyyəsi arasında xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2030-cu il tarixədək Şabran rayonunun Şabran Bələdiyyəsində mühasib vəzifəsinə işə qəbul edilmişdir. - ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Şabran rayonunun Şabran Bələdiyyəsində mühasib vəzifəsində işə qəbul edilmiş (02 nömrəli, xx.xx.2003-cü il tarixli əmr), xx.xx.2005-ci il tarixdə Şabran rayonunun Şabran Bələdiyyəsində baş mühasib vəzifəsinə təyin edilmiş (01 nömrəli, xx.xx.2005-ci il tarixli əmr), xx.xx.2010-cu il tarixdə ərizəsinə əsasən baş mühasib vəzifəsindən mühasib vəzifəsinə işə keçirilmiş (10 nömrəli, xx.xx.2010-cu il tarixli əmr) və xx.xx.2025-ci il tarixdə Azərbaycan Rspublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsinə və 68-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (05 nömrəli, xx.xx.2025-ci il tarixli əmr). - Şabran rayon Şabran bələdiyyəsinin 05 nömrəli əmrindən xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Şabran rayonunun Şabran Bələdiyyəsində vergi və ödənişlərin hesablanması və uçota alınması üzrə mühasib İddiaçı verdiyi ərizəyə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63.2 və 68-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xx.xx.2025-cil tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin İddiaçı ünvanlandığı xx.xx.2025-ci il tarixli, 3-16-25/2-Q-16879-6/2025-C-9968 saylı məktubdan görünür ki, İddiaçı Şabran rayonu Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva tərəfindən heç bir əsas olmadan onu işdən kənarlaşdırması və işdən azad olunmanız barədə əmri ona təqdim edilməməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş müraciətinə regional ədliyyə idarəsində baxılmışdır. Müraciət ilə bağlı Şabran rayonu Şabran bələdiyyəsi tərəfindən regional ədliyyə idarəsinə təqdim edilən məlumatda İddiaçı xx.xx.2025-ci il tarixdə işdən azad olunması barədə ərizə verdiyi və xx.xx.2025-ci il tarixdə əmrin surətinin İddiaçı təqdim edildiyi qeyd olunur. İddiaçı yenidən tutduğu vəzifəyə təyin edilməmə səbəbinin isə tutduğu vəzifədə etdiyi nöqsanlar, habelə yəni sistem məlumatlarına vətəndaşların torpaq sahələrinin, şəxsi məlumatlarının, təqaüdçü, əlil, müharibə veteranı və sair güzəştli olan imtiyazlı vətəndaşlar barədə məlumatların, həmçinin vergi ödəyicilərinin “SMS” vasitəsilə məlumatlandırma hissələrinin səhv işlənilməsi səbəbindən onun yenidən tutduğunuz vəzifəyə təyin edilmədiyi bildirilir. İddiaçı həmin məktubda həmçinin müraciətindən qeyd edilmiş məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Şabran rayonu Şabran bələdiyyəsinə dəvət edilərək ona verilən əmr ilə tanış olması və imzalayaraq qəbul etməsi təklif edilmiş, İddiaçı isə həmin əmri qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Bununla yanaşı İddiaçı xx.xx.2025-ci il tarixdə həmin aktın surətini almasını öz imzası ilə təsdiq etmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-512-Ə-49269/2025 saylı məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Şabran Rayonunun Şabran Bələdiyyəsində əmək hüquqlarının pozulması barədə X11 ünvanladığı müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətində baxılmışdır. Müraciət ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə təqdim edilmiş izahatlarda əsas tələbin işə bərpa edilmək olduğu bildirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı ilə Bələdiyyə arasında xx.xx.2010-cu il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (həmin Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər)) əsasən xitam verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsinə əsasən yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar həmin Məcəllənin 68-ci maddəsinin “ç” bəndi ilə xitam verilə və ya həmin Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Bələdiyyə sədrinin mülkiyyətçi olmaması, eyni zamanda İddiaçı tutduğu vəzifənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsində nəzərdə tutulan vəzifələrə uyğun gəlməməsi səbəbindən əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verildiyi müəyyən olmuşdur. Eyni zamanda Şabran Rayonunun Şabran Bələdiyyəsi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli məktubdan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) pozularaq son haqq-hesabınızın tam ödənilmədiyi məlum olmuşdur. İddiaçı ilə əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyindən, eyni zamanda işdən çıxarkən son haqq-hesablarınız tam ödənilmədiyindən Şabran Rayonunun Şabran Bələdiyyəsinin sədri X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən tərtib edilmiş protokola müvafiq olaraq həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərar qəbul edilmiş, həmçinin xitam əmrlərinin ləğv edilməsi və son haqq-hesabınızın 30 gün müddətində ödənilərək Xidmətə məlumat verilməsi məqsədilə işəgötürənə xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması da İddiaçı izah edilmişdir. - Azərbaycan Respubliksının əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən (ƏMAS) çap edilmiş 05 nömrəli, xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, Şabran rayonunun Şabran Bələdiyyəsində mühasib vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (həmin Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər)) xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. - Azərbaycan Respubliksının əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən (ƏMAS) çap edilmiş elektron sistemə daxil edilmiş səndələrin imzalanma tarixlərinə dair çıxarışdan görünür ki, İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair 05 nömrəli, xx.xx.2025-ci il tarixli əmr xx.xx.2025-ci il tarixdə elektron sistemə daxil edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 35-ci maddəsinin İ bəndinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. 35-ci maddəsinin İV bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 56-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 63-cü maddəsinin 2-ci hissəsinə əsasən yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər) - əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 292-ci maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə həmin Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən həmin maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 294-cü maddəsinin 2-ci hissəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300-cü maddəsinin “Qeyd”- inə əsasən həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. 301-ci maddəsinin 1-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. 301-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” xx.xx.2019-cu il tarixli, 1555-VQ nömrəli Qanununun: 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 29.3-cü maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə həmin Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. 32.4.2-ci maddəsinə əsasən həmin Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı həmin Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il Qərarında qeyd edilmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinin vəkili Vəkil tərəfindən hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizə məhkəməyə təqdim edilsə də, yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər, həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür, 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. İş materiallarına olan xx.xx.2025-ci il tarixli aktdan İddiaçı xx.xx.2025-ci il tarixdə Şabran rayonu Şabran bələdiyyəsinə dəvət edilərək ona verilən əmr ilə tanış olması və imzalayaraq qəbul etməsi təklif edildiyi, İddiaçı isə həmin əmri qəbul etməkdən və imzalamaqdan imtina etdiyi qeyd edilsə də, həmin aktda İddiaçı hansı əmr ilə tanış olması və imzalayaraq qəbul etməsinin təklif edilməsi qeyd edilməyib, bununla yanaşı İddiaçı belə bir təklifin edilməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməyib, həmçinin İddiaçı xx.xx.2025-ci il tarixdə həmin aktın surətini almasını öz imzası ilə təsdiq etmiş və məhkəmə iclaslarında da dəfələrlə işədən çıxarılmasına dair əmrin surətinin çox saylı müraciətlərinə baxmayaraq ona vaxtında təqdim edilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin İddiaçı ünvanlandığı xx.xx.2025-ci il tarixli, 3-16-25/2-Q-16879-6/2025-C-9968 saylı məktuba əsasən isə Şabran rayonu Şabran bələdiyyəsi tərəfindən regional ədliyyə idarəsinə təqdim edilən məlumatda İddiaçı xx.xx.2025-ci il tarixdə işdən azad olunması barədə ərizə verdiyi və xx.xx.2025-ci il tarixdə əmrin surətinin İddiaçı təqdim edildiyi qeyd olunur. Qeyd edilənlərlə yanaşı Quba 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞQ/MT/040/2025-00226 saylı, xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əsasən də İddiaçı cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinə xx.xx.2025-ci il tarixdə ünvanlandığı işdən çıxarılma əmrinin ləğvi, işə bərpa və kompensasiya tələbindən ibarət təklif üzrə ilkin mediasiya sessiyasında iştirak etsə də, Şabran rayonunun Şabran Bələdiyyəsi həmin sesiyada iştirak etməmişdir. Məhkəmə bu halları, Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini, həmçinin elektron sistemə xx.xx.2025-ci il tarixdə daxil edilmiş 05 nömrəli, xx.xx.2025-ci il tarixli əmrə əsasən Şabran rayonunun Şabran Bələdiyyəsində mühasib vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) yox, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (həmin Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər)) xitam verildiyini və İddiaçı da bundan xx.xx.2025-ci il tarixdə həmin əmrin surəti ona təqdim edildikdən sonra xəbərdar olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, hazırki iş üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinin vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, inzibati orqan olan Əmək Müfəttişliyinin araşdırmasının məhkəmə icraatına aidiyyəti olmamaqda olduğunu bildirmişdir. Şabran rayonunun Şabran Bələdiyyəsinin vəkili Vəkil qənaətinə əsasən Şabran şəhər X4 tərəfindən cərimlənsə belə həmin qərarın icraatda baxılan mülki iş üzrə preyudisiallığı yoxdur. Lakin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Q. Məmmədova və digərlərinin şikayəti üzrə xx.xx.2015-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G. Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli Qərarda qeyd edilmişdir ki, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Hazırki iş üzrə iş materiallarına olan sənədlərdən isə görünür ki, İddiaçı işdən çıxarılması ilə bağlı hazırda qüvvədə olan hər hansı bir məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar mövcud olmasa da, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-512-Ə-49269/2025 saylı məktubunda bələdiyyə sədrinin mülkiyyətçi olmaması, eyni zamanda İddiaçı tutduğu vəzifənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsində nəzərdə tutulan vəzifələrə uyğun gəlməməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verildiyinin müəyyən olunduğu qeyd edilib, bu hallar hazırki iş üzrə proses iştirakçıları tərəfindən mübahisələndirilmir və həmin məktubda qeyd edilən hallarında hazırki iş üzrə bir başa əlaqəsi vardır. Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, elektron sistemə xx.xx.2025-ci il tarixdə daxil edilmiş 05 nömrəli, xx.xx.2025-ci il tarixli əmrə əsasən Şabran rayonunun Şabran Bələdiyyəsində mühasib vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) yox, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (həmin Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər)) xitam verildiyindən, həmçinin İddiaçı Şabran rayon Şabran Bələdiyyəsində işlədiyi vəzifənin (mühasib) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsində nəzərdə tutulan vəzifələrə uyğun gəlməməsi səbəbindən, habelə hazırki iddia ərizəsi üzrə tələbdə işdən çıxarılma ilə bağlı dəymiş zərərə dair tələb olmadığından, İddiaçı cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinə qarşı “işə bərpa və məcburi iş buraxmaya müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli və Şabran rayonunun Şabran şəhər Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 05 saylı əmri ləğv edilməsi, İddiaçı Şabran rayonunun Şabran şəhər Bələdiyyəsində mühasib vəzifəsinə işə bərpa olunması, İddiaçı Şabran rayonunun Şabran şəhər Bələdiyyəsində işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əməkhaqqı hesablanaraq ödənilməsi və iddia tələbi İddiaçı işə bərpa olunduğu günə kimi orta aylıq əməkhaqqısının ödənilməsi hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şabran rayonunun Şabran şəhər Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 05 saylı əmri ləğv edilsin. İddiaçı Şabran rayonunun Şabran şəhər Bələdiyyəsində mühasib vəzifəsinə işə bərpa olunsun. İddiaçı Şabran rayonunun Şabran şəhər Bələdiyyəsində işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əməkhaqqı hesablanaraq ödənilsin. İddia tələbi İddiaçı işə bərpa olunduğu günə kimi orta aylıq əməkhaqqısının ödənilməsi hissəsində təmin edilməsin. Qətnamədən onun iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar