Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-561/2025 17.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qsimində cəlb edilmiş Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X4 1931-ci ilin iyun ayının 1-də Dəvəçi (indiki Şabran) rayonu, Şahnəzərli kəndində doğulması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydləri kitabında qeyd aparılarkən doğum tarixi qrafasında xx.xx.1931-ci il, soyadının Səlimov, ata adının Seyinbala, ata qrafasında X7, ana qrafasında X11, milliyətinin azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, atası X5 1931-ci ilin iyun ayının 1-də Dəvəçi (indiki Şabran) rayonu, Şahnəzərli kəndində anadan olmuşdur. X4 anası X11, atası isə X7 olmuşdur. Atam X1 adına doğum haqqında şəhadətnamə əldə etməmişdir. Qeyd edir ki, atası X5 24 noyabr 1986-cı ildə Dəvəçi (indiki Şabran) rayonu, Şahnəzərli kəndində vəfat etmişdir. Ata nənəsi X3 vəsiyyətnamə tərtib edərək evini və digər əmlaklarını ona vəsiyyət etmişdir. X6 xx.xx.1992-ci ildə vəfat etmiş, nənəsi vəfat edəndən sonra onun vərəsəsi olaraq o, qalmışdır. O, nənəsi X8 qalmış miras əmlakı öz adına rəsmiləşdirmək istədikdə atasının doğum sənədi olmadığından bu mümkün olmamışdır. Ona görə də o, atası X4 doğumunun qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİİ-JQ seriyalı 343739 saylı və İV-JQ seriyalı 330795 saylı ölüm haqqında şəhadətnamələrdən görünür ki, X5 24 noyabr 1986-cı ildə və X11 03 aprel 1992-ci ölmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 08 nömrəli məktubdan görünür ki, doğumun qeydə alınması ilə bağlı heç bir rəsmi sənəd təqdim edilmədiyi üçün doğumun qeydə alınması tərəflərindən mümkün olmamışdır. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də X5 1931-ci ilin iyun ayının 1-də Dəvəçi (indiki Şabran) rayonu, Şahnəzərli kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 4-cü maddəsinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən hər bir halda məhkəmə hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.3-cü maddəsinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmasa və onların bərpası mümkün olmasa, doğum faktı məhkəmə qaydasında müəyyən edilir və belə qeyd yalnız doğumun qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Bundan əlavə iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilən məktubdan görünür ki, X4 doğum qeydinin əldə edilməsi və ya onun bərpası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 1931-ci ilin iyun ayının 1də Dəvəçi (indiki Şabran) rayonu, Şahnəzərli kəndində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında qeyd aparılarkən, doğum tarixi qrafasında 01 iyun 1931 il, adı Ağasəlim, soyadı Səlimov, ata adı Seyinbala, ata qrafasında X7, ana qrafasında X11, milliyətləri azərbaycanlı kimi qeyd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx.xx.1931 ci il tarixində Dəvəçi (Şabtan) raonunu Şahnəzərli kəndində doğulma faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında qeyd aparılarkən doğum yeri qrafasında Azərbaycan Respublikası, Şabran rayonu; doğum tarixi qrafasında 01 iyun 1931 il, adı Ağasəlim, soyadı Səlimov, ata adı Seyinbala; ata qrafasında X7, ana qrafasında X11, milliyətləri azərbaycanlı kimi qeyd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-561/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-561/2025
17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver