Məhkəmə qərarları › İş №2(031)-666/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-666/2025

08.07.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-666/2025 08.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh Şabran Rayon Şabran Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Şabran Rayon Şabran Bələdiyyəsinə qarşı müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şabran Rayon Şabran Bələdiyyəsinə qarşı müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək onunla cavabdeh arasında “X5” X8 tərəfindən HTM seriyalı, 006978 nömrəli şəhadətnamə üzrə ********** nömrəli çıxarışa əsasən Şabran Rayon Dəvəçi Bələdiyyəsinin (indiki ünvan 1i ünvanında yerləşən 1 ha torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Xaçmaz şəhərində “X5” X6 Xaçmaz Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyası tərəfindən Şabran rayonu ərazisində yerləşən ünvan 2i ünvanında yerləşən 1 ha (daşınmaz əmlakın reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi **********) torpaq sahəsini 15 il müddətinə icarəyə verilməsinə dair keçirilmiş hərracın qalibi olmuşdur. Hərracın nəticələri barədə “X5” X6 Xaçmaz Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyasının xx.xx.2024-cü il tarixli, 29/05 nömrəli protokolu tərtib olunmuşdur və protokol komissiyanın üzvləri tərəfindən imzalanmışdır. Ona qalib olduğuna görə HTM seriyalı, 006978 nömrəli şəhadətnamə verilmişdir. Şəhadətnamənin qeyd hissəsində göstərilmişdir ki, şəhadətnamə müsabiqə və hərracda qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsasdır. Şabran Rayon Dəvəçi Bələdiyyəsinin xx.xx.2024-cü il tarixdə keçirdiyi 12 saylı iclasda qərara alınmışdır ki, qalib olduğu hərrac üzrə verilmiş HTM seriyalı, 006978 nömrəli şəhadətnamə nəzərə alınmaqla, bələdiyyənin 1 ha torpaq sahəsini ona icarəyə verilməsilə notariat qaydasında icarə müqaviləsi bağlanmalıdır. Lakin Şabran Rayon Dəvəçi Bələdiyyəsinin nümayəndəsi müqavilənin bağlanması üçün Şabran Rayon Notariat Ofisinə gəlməmişdir. Bu barədə Şabran Rayon Notariat Ofisi tərəfindən verilən xx.xx.2025-ci il tarixdə, 138 nömrəli məktubda qeyd edilmişdir ki, ********** nömrəli çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən 1 ha torpaq sahəsinə dair icarə müqaviləsinin rəsmiləşdirilməsi bələdiyyə sədri X3 şəxsən müraciət etməməsi səbəbindən mümkün olmamışdır. Şabran Rayon Dəvəçi Bələdiyyəsinin nümayəndəsi müqavilənin bağlanması üçün Şabran Rayon Notariat Ofisinə gəlmədiyinə və müqavilə bağlamaqdan boyun qaçırdığına görə müqavilənin bağlanmış hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X5” X8 tərəfindən HTM seriyalı, 006978 nömrəli şəhadətnamədən görünür ki, Şabran rayonu ərazisində yerləşən ünvan 2i ünvanında yerləşən 1 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2024-cü il tarixdə keçirilmiş hərracın qalibi İddiaçı olmuşdur. İş materiallarında olan “X5” X6 Xaçmaz Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyasının xx.xx.2024-cü il tarixli iclasının 29/05 nömrəli protokolundan görünür ki, sözügedın hərracın nəticələri barədə tərtib olunmuşdur. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli, **********28 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4i ünvanında yerləşən 1 ha torpaq sahəsinə mülkiyyət hüququ Şabran Rayon Dəvəçi Bələdiyyəsinin adına rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 4i ünvanında yerləşən 1 ha torpaq sahəsinin hüquq sahibi ünvan 6ateriallarında olan Şabran Rayon Dəvəçi Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 12 saylı iclas protokolunun 12/01 saylı qərarından çıxarışdan görünür ki, İddiaçı qalib olduğu hərrac üzrə verilmiş HTM seriyalı, 006978 nömrəli şəhadətnamə nəzərə alınmaqla, bələdiyyənin 1 ha torpaq sahəsini ona icarəyə verilməsilə notariat qaydasında icarə müqaviləsinin bağlanılması qərara alınmışdır. İş materiallarında olan Şabran Rayon Notariat Ofisi tərəfindən verilən xx.xx.2025-ci il tarixdə, 138 nömrəli məktubdan görünür ki, ********** nömrəli çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən 1 ha torpaq sahəsinə dair icarə müqaviləsinin rəsmiləşdirilməsi bələdiyyə sədri X3 şəxsən müraciət etməməsi səbəbindən mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5014/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, müsabiqə və hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə mülki məhkəmə icraatında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İİ-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Həmin Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 414.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 415.6-cı maddəsinə əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Həmin Məcəllənin 415.7-ci maddəsinə əsasən onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi X5” X6 Xaçmaz Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyası tərəfindən verilən HTM seriyalı, 006978 nömrəli şəhadətnamədən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli, **********28 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən 1 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2024-cü il tarixdə keçirilmiş hərracın qalibi olmuşdur. Bu səbəbdən “X5” X6 Xaçmaz Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli iclasının 29/05 nömrəli protokol tərtib edilmiş və protokol komissiyanın üzvləri tərəfindən imzalanmışdır. İş materiallarına əsasən Şabran Rayon Dəvəçi Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 12 saylı iclas protokolunun 12/01 saylı qərarından çıxarışa əsasən sözügedən hərracın qalibi İddiaçı verilmiş HTM seriyalı, 006978 nömrəli şəhadətnamənin nəzərə alınması, bələdiyyənin 1 ha torpaq sahəsini İddiaçı icarəyə verilməsi və notariat qaydasında icarə müqaviləsinin bağlanılması qərara alınsa da, icarə müqaviləsinin rəsmiləşdirilməsi bələdiyyə sədri X3 şəxsən müraciət etməməsi səbəbindən mümkün olmamışdır. Qanunvericiliyə əsasən bələdiyyə sədri müqavilə bağlamaqdan boyun qaçırdığına görə İddiaçı müqaviləni bağlamağa məcbur etmək tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Şabran Rayon Dəvəçi Bələdiyyəsi (indiki Şabran Rayon Şabran Bələdiyyəsi) arasında “X5” X8 tərəfindən HTM seriyalı, 006978 nömrəli şəhadətnamə üzrə ********** qeydiyyat nömrəli, xx.xx.2024cü il tarixli, **********28 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şabran Rayon Dəvəçi Bələdiyyəsinin (indiki ünvan 1i ünvanında yerləşən 1 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Şabran Rayon Dəvəçi Bələdiyyəsi (indiki Şabran Rayon Şabran Bələdiyyəsi) arasında “X5” X8 tərəfindən HTM seriyalı, 006978 nömrəli şəhadətnamə üzrə ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli, **********28 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şabran Rayon Dəvəçi Bələdiyyəsinin (indiki ünvan 1i ünvanında yerləşən 1 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmış hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar