Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-673/2023 14.08.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı X1, iştirakı ilə İddiaçı X1 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmaya görə əməkhaqqının hesablanılaraq ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 xx.xx.2023-cü il tarixdə məhkəməyə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmaya görə əməkhaqqının hesablanılaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı X2 məhkəmə iclasında iddiasını müdafiə edərək, iddia ərizəsi üzrə işin məhkəmə baxışına təyin edilib baxılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, mülki işə Şabran Rayon Məhkəməsində baxılmalı deyildir, ona görə də iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi əmək müqaviləsinin ləğvi barədə əmr ünvan 1 ünvanında yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti Elektrin Təchizatı Xidmətinin rəisi tərəfindən verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 170.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170 və 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmaya görə əməkhaqqının hesablanılaraq ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-673/2023
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-673/2023
14.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver