Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-732/2020 19.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Ləyaqətsiz vərəsə hesab etmə, vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan mərhum etmə tələbi barədə mülki işə xx xxxxxxx 2020-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ona münasibətdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi, Cavabdeh mərhum həyat yoldaşı X4 münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, onun və ailə üzvlərinin ümumi mülkiyyətində Şabran rayonu, Əmirxanlı kəndi ərazisində torpağın mülkiyyətə verilməsinə dair JN-208F, kod 30411018 olan şəhadətnaməyə əsasən 0.25 ha, torpağa mülkiyyət hüququna dair JN-0001, kod 30411018 olan dövlət aktına əsasən 4.80 ha torpaq sahələri vardır. Həmçinin yaşadıqları Şabran rayonu, Əmirxanlı kəndində yerləşən fərdi yaşayış evi mərhum həyat yoldaşı X1 adınadır. Məlumat üçün bildirirəm ki, həyat yoldaşı X7 1988-ci ildə təyyarə qəzasızda həlak olmuşdur. xx.xx.1982-ci il təvəllüdlü övladı Cavabdeh 4 ilə yaxındır ki, onu təhqir edir, ona nəlayiq sözlər deyir. Neçə illərdir ki, içkiyə qurşanmışdır, evə gəlib onu əsəbləşdirir, 32 yaşında ruhi xəstə övladını təhqir edir. O, əsəbdən infakt keçirmişdir. Son vaxtlar isə cavabdeh evdə olan əşyaları və həyətdə olan mal-qaranı ucuz qiymətə satmış və aldığı pulları hara xərclədiyi məlum deyil. Ona görə də X8 ona münasibətdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməli, yaşadıqları fərdi yaşayış evi məhrum həyat yoldaşına məxsus olduğundan cavabdeh mərhum həyat yoldaşına münasibətdə isə ləyaqətsiz vərəsə hesab edilməli və vərəsəlik hüququndan məhrum edilməlidir. Xahiş edir, Cavabdeh ona münasibətdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi, Cavabdeh mərhum həyat yoldaşı X4 münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasına məlum olmayan səbəbdən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iddiaçının etirazı olmadığından işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Vİİİ-JQ seriyalı 496352 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 ilə İddiaçı birgə nikahlarından xx xxxxxx 1982-ci ildə Əlişad adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-208F, kod 30411018 olan Şəhadətnamədən görünür ki, Dəvəçi rayonu X3 xx xxxxx 1998-ci il tarixli 04 saylı qərarına əsasən İddiaçı və ailə üzvləri-X5, Cavabdeh, X2 və X6 mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-0001, kod 30411018 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu X3 xx xxxxx 1998-ci il tarixli 04 saylı qərarına əsasən İddiaçı və ailə üzvləri-X5, Cavabdeh, X2 və X6 mülkiyyətinə 0.4.80 ha pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1203-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.» Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə tərəfindən tərəflərə məhkəməyə əlavə sübutlar təqdim edilməsi barədə təklif olunmasına baxmayaraq məhkəməyə əlavə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı münasibətdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməli, Cavabdeh mərhum həyat yoldaşı X4 münasibətdə ləyaqətsiz vərəsə hesab edilməli və vərəsəlik hüququndan məhrum edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 252,253-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı münasibətdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilsin, Cavabdeh mərhum həyat yoldaşı X4 münasibətdə ləyaqətsiz vərəsə hesab edilsin və vərəsəlik hüququndan məhrum edilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Şabran rayon məhkəməsinə ərizə verə bilər. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-732/2020
Şabran Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(031)-732/2020
19.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver