Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-738/2020 06.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: X2 NÜMAYƏNDƏSİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Zəbt edilmiş torpaq sahəsindən çıxarma tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : X4 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh zəbt etdiyi ailələrinin mülkiyyətində olan 0,25 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. iddiaçı X2 nümayəndəsi İddiaçı iddianı müdafiə edərək göstərdi ki, cavabdeh onunla həmkəndlidir, xx xxxxxx 1998-ci ildə Dəvəçi (Şabran) rayon X1 08 saylı qərarı ilə ailələrinin mülkiyyətinə ailə başçısı həyat yoldaşı X4 olmaqla JN202A KOD 30403038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasənda 0,25 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa mülkiyyət hüququna dair şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X6 təhvil verilmiş, şəhadətnamə kitabda qeydiyyatdan keçmişdir. Həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş **********62 saylı Daşınmaz əmlakın reyestr nömrəsi, qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il tarixli çıxarışla da 0,25 ha torpaq sahəsinin onların ailələrinin mülkiyyətinə verilməsi tam təsdiq olunur. Lakin cavabdehin təqsiri üzündən onlar qanun əsasında ailələrinə verilmiş torpaq sahəsinə yaxın gedə bilmir. Belə ki, cavabdeh qanuni əsaslarla onların mülkiyyətlərinə verilmiş torpaq sahəsinə özbaşına qanunsuz olaraq çəpər çəkərək istifadə edir, könüllü olaraq mübahisəli torpaq sahəsini boşaltmaqdan imtina edir. Odur ki, aralarında yaranmış bu mübahisə məhkəmə qaydasında həll olunmalıdır. Cavabdeh ailələrinə qanun əsasında verilmiş torpaq sahəsini faktiki olaraq zəbt edib, həmin torpaq sahəsini boşaltmaqdan ötrü onlardan 5000 manat pul istəyir. Xahiş edir, Cavabdeh zəbt etdiyi ailələrinin mülkiyyətində olan 0,25 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsi İddiaçı dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh əvvəlki məhkəmə iclaslarında göstərmişdir ki, 2000-ci ildə iddiaçılar X4 və İddiaçı mülkiyyətlərində olan torpaq sahələrini satırdılar. Bu səbəbdən də, iddiaçılar ilə razılığa gələrək onlara məxsus 0.25 ha torpaq sahəsini 5000 (beş min) manat verərək onlardan almışdır. Həmin pulu İddiaçı yanında həyat yoldaşı Oruc Taibova vermişdir. Pulu verdikdən sonra İddiaçı torpağın şəhadətnaməsini gətirib vermişdir. O, məhkəmədə ona qarşı qaldırılan iddianı əsassız hesab edir, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, xx xxxxxx 2020-ci ildə qeydə alınmış, reyestr nömrəsi **********62 olan çıxarışdan görünür ki, Şabran rayonu Pirəmsən kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsi X2 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X8 tərəfindən X3 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, sizin və ailə üzvlərinizin adına olan 0.25 ha torpaq sahəsinə verilmiş JN-202A KOD 30404038 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X5 təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmişdir. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-202A KOD 30404038 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu X1 xx xxxxxx 1998-ci il tarixli 08 saylı qərarına əsasən X2 və ailə üzvlərinin mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 04/6204 saylı arayışdan görünür ki, Şabran rayonu, Pirəmsən kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsinin xx xxxx 2020-ci il tarixinə bazar dəyəri 7500 manat təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1. maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Kostitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu gür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış, tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh zəbt etdiyi X2 və ailə üzvlərinin mülkiyyətində olan 0,25 ha torpaq sahəsindən çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh zəbt etdiyi X2 və ailə üzvlərinin mülkiyyətində olan 0,25 ha torpaq sahəsindən çıxarılsın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov.
Məhkəmə qərarları › İş №2(031)-738/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-738/2020
06.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver