Məhkəmə qərarları › İş №2(031)-750/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-750/2020

16.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-750/2020 16.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEHLƏR: X12, Cavabdeh2 və Şabran rayon Notariat Ofisinə qarşı Vərəsəlik hüququnun tanınması, payın müəyyən edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq X5 miras qalmış JN-0024, kod 30408068 olan dövlət aktına əsasən Şabran rayonu, Bor-bor kəndində yerləşən 3.10 hektar torpaq sahəsinin, torpağın mülkiyyətə verilməsinə dair JN-0024F, kod 30408068 olan şəhadətnaməyə əsasən Şabran rayonu, Bor-bor kəndində yerləşən 0.25 hektar sahənin özünə məxsus 5/1 hissəsi üzərində vərəsəlik hüququnun tanınması və mirasdan onun 1/3 hissə ilə pay hüququnun müəyyən edilməsi, X2 miras qalmış JN-0024, kod 30408068 olan dövlət aktına əsasən Şabran rayonu, Bor-bor kəndində yerləşən 3.10 hektar torpaq sahəsinin, torpağın mülkiyyətə verilməsinə dair JN-024F, kod 30408068 olan şəhadətnaməyə əsasən Şabran rayonu, Bor-bor kəndində yerləşən 0.25 hektar sahəsinin özünə məxsus 5/1 hissəsi üzərində vərəsəlik hüququnun tanınması və mirasdan onun 1/3 hissə ilə pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, X3nun, anası X4, onun, qardaşı Şahbazov Zöhram Əskər oğlunun, bacısı X10 ümumi birgə mülkiyyətində Şabran rayonu Bor-bor kəndi ərazisində torpağa mülkiyyət hüququna dair JN-0024, kod 30408068 olan dövlət aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 3.10 hektar torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-024F, kod 30408068 olan şəhadətnaməyə əsasən 0.25 hektar torpaq sahəsi vardır. X3 xx xxxxxxxx 2011-ci ildə, anası X8 isə xx xxxxxxx 2016-cı ildə vəfat etmişdir. X1 Şabran rayonu Bor-bor kəndi ərazisində yerləşən 3.10 hektar torpaq sahəsinin və 0.25 hektar torpaq sahəsinin özünə məxsus 5/1 hissəsi, anası X2 da Şabran rayonu Bor-Bor kəndi ərazisində yerləşən 3.10 hektar torpaq sahəsinin və 0.25 hektar torpaq sahəsinin özünə məxsus 5/1 hissəsi miras olaraq qalmışdır. Birinci növbəli vərəsə olaraq əmlaka sahiblik etməklə və əmlakı idarə etməklə atasından və anasından qalmış mirası qəbul etmişdir. X1 və anası X2 miras qalmış qeyd olunan əmlaklardan ona çatası paya dair vərəsəlik şəhadətnaməsi əldə etmək məqsədi ilə Şabran rayonu Notariat Ofisinə müraciət etsə də, ona vərəsəlik şəhadətnaməsi verilməmiş, ona rəsmi qaydada məhkəməyə müraciət etməyi bildirilmişdir. Qeyd etmək istəyir kiÖ X3nun və anası X4 birinci növbəli vərəsəsi o, qardaşı Şahbazov Zöhram Əskər oğlu, öacısı X13r. Digər birinci növbəli vərəsələr yoxdur. Ona görə də X1 və anası X2 miras qalmış Şabran rayonu Bor-bor kəndində yerləşən torpaq sahələrinin onlara məxsus hissələri üzərində vərəsəlik hüququnun tanınması və mirasdan onun 1/3 hissə ilə pay hüququnun müəyyən edilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət edir. Xahiş edir, X5 miras qalmış JN-0024, kod 30408068 olan dövlət aktına əsasən Şabran rayonu, Bor-bor kəndində yerləşən 3.10 hektar torpaq sahəsinin, torpağın mülkiyyətə verilməsinə dair JN-0024F, kod 30408068 olan şəhadətnaməyə əsasən Şabran rayonu , Bor-bor kəndində yerləşən 0.25 hektar sahənin özünə məxsus 5/1 hissəsi üzərində vərəsəlik hüququnun tanınması və mirasdan onun 13 hissə ilə pay hüququnun müəyyən edilməsi, X2 miras qalmış JN-0024, kod 30408068 olan dövlət aktına əsasən Şabran rayonu, Bor-bor kəndində yerləşən 3.10 hektar torpaq sahəsinin, torpağın mülkiyyətə verilməsinə dair JN-024F, kod 30408068 olan şəhadətnaməyə əsasən Şabran rayonu, Bor-bor kəndində yerləşən 0.25 hektar sahəsinin özünə məxsus 5/1 hissəsi üzərində vərəsəlik hüququnun tanınması və mirasdan onun 1/3 hissə ilə pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, X3nun, anası X4, onun, qardaşı İddiaçı, bacısı X10 ümumi birgə mülkiyyətində Şabran rayonu Bor-bor kəndi ərazisində torpağa mülkiyyət hüququna dair JN-0024, kod 30408068 olan dövlət aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 3.10 hektar torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-024F, kod 30408068 olan şəhadətnaməyə əsasən 0.25 hektar torpaq sahəsi vardır. X3 xx xxxxxxxx 2011-ci ildə, anası X8 isə xx xxxxxxx 2016-cı ildə vəfat etmişdir. X1 Şabran rayonu Bor-bor kəndi ərazisində yerləşən 3.10 hektar torpaq sahəsinin və 0.25 hektar torpaq sahəsinin özünə məxsus 5/1 hissəsi, anası X2 da Şabran rayonu Bor-Bor kəndi ərazisində yerləşən 3.10 hektar torpaq sahəsinin və 0.25 hektar torpaq sahəsinin özünə məxsus 5/1 hissəsi miras olaraq qalmışdır. Valideynlərindən miras qalmış torpaq sahəsi üzərində qardaşı İddiaçı payının müəyyən edilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər X16 və Şabran rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdilər. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Vİİ-JQ seriyalı 358338 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 ilə X4 birgə nikahlarından xx xxxxxx 1980-ci ildə Vüsal adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X9 xx xxxxxxxx 2011-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X8 xx xxxxxxx 2016-cı ildə ölmüşdür. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 30408068 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu X11 xx xxxx 1998-ci il tarixli 04 saylı qərarına əsasən X7 və ailə üzvləri – X6, İddiaçı, X10 və Cavabdeh2 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 3.10 hektar torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X21 tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, sizin və ailə üzvlərinizin adına olan 0.25 ha torpaq sahəsinə verilmiş JN-024F kod 30408068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X18 təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçmişdir. İşə əlavə edilmiş torpağın Mülkiyyətə Verilməsinə Dair JN-024F KOD 30408068 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu X11 xx xxxx 1998-ci il tarixli 04 saylı qərarına əsasən X7 və ailə üzvləri – X6, İddiaçı, X10 və Cavabdeh2 mülkiyyətinə 0. 25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Şabran rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli 200 saylı məktubdan görünür ki, xx.xx.2011-ci ildə vəfat etmiş X5 miras qalmış əmlaka dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyiniz üçün , vərəsələr arasında mübahisə yarandığından və digər qohumluğu təsdiq edən sənədləri təqdim edə bilmədiyiniz üçün, həmçinin miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiyinizə görə Azərbaycan Respublikası MM-nin 1248-ci maddəsinə əsasən Şabran rayon məhkəməsinə müraciət etməlisiniz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İş materiallarından görünür ki, İddiaçı qızı miras qalmış əmlaka sahiblik edir, əmlakı faktiki idarə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinin məzmununa görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyesterində həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmışdır. Tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X5 miras qalmış JN-0024, kod 30408068 olan dövlət aktına əsasən Şabran rayonu, Bor-bor kəndində yerləşən 3.10 hektar torpaq sahəsinin, torpağın mülkiyyətə verilməsinə dair JN-0024F, kod 30408068 olan şəhadətnaməyə əsasən Şabran rayonu, Bor-bor kəndində yerləşən 0.25 hektar sahəsinin İddiaçı məxsus 5/1 hissəsi üzərində vərəsəlik hüququ tanınmalı və mirasdan İddiaçı 1/3 hissə ilə pay hüququ müəyyən edilməli, X2 miras qalmış JN-0024, kod 30408068 olan dövlət aktına əsasən Şabran rayonu, Bor-bor kəndində yerləşən 3.10 hektar torpaq sahəsinin, torpağın mülkiyyətə verilməsinə dair JN-024F, kod 30408068 olan şəhadətnaməyə əsasən Şabran rayonu, Bor-bor kəndində yerləşən 0.25 hektar sahəsinin İddiaçı məxsus 5/1 hissəsi üzərində vərəsəlik hüququ tanınmalı və mirasdan İddiaçı 1/3 hissə ilə pay hüququ müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. X5 miras qalmış JN-0024, kod 30408068 olan dövlət aktına əsasən Şabran rayonu, Bor-bor kəndində yerləşən 3.10 hektar torpaq sahəsinin, torpağın mülkiyyətə verilməsinə dair JN-0024F, kod 30408068 olan şəhadətnaməyə əsasən Şabran rayonu, Bor-bor kəndində yerləşən 0.25 hektar sahəsinin İddiaçı məxsus 5/1 hissəsi üzərində vərəsəlik hüququ tanınsın və mirasdan İddiaçı 1/3 hissə ilə pay hüququ müəyyən edilsin. X2 miras qalmış JN-0024, kod 30408068 olan dövlət aktına əsasən Şabran rayonu, Bor-bor kəndində yerləşən 3.10 hektar torpaq sahəsinin, torpağın mülkiyyətə verilməsinə dair JN-024F, kod 30408068 olan şəhadətnaməyə əsasən Şabran rayonu, Bor-bor kəndində yerləşən 0.25 hektar sahəsinin İddiaçı məxsus 5/1 hissəsi üzərində vərəsəlik hüququ tanınmalı və mirasdan İddiaçı 1/3 hissə ilə pay hüququ müəyyən edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar