Məhkəmə qərarları › İş №2(031)-771/2024

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-771/2024

02.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-771/2024 02.10.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilmə faktının müəyyən edilməsi və buraxılmış müddətin bərpası tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mirasın qəbul edilmə faktının müəyyən edilməsi və buraxılmış müddətin bərpası tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək mərhum nənəsi X1 miras qalmış Şabran rayonu, Xırdaoymaq kəndi ərazisində yerləşən 0,37 hektar torpaq sahəsinin vərəsə kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və buraxılmış müddətin bərpası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, mərhum nənəsindən miras qalmış torpaq sahəsinə vərəsəlik şəhadətnaməsi almaq üçün xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs1na müraciət etmişdir. Lakin Maraqlı şəxs1 ərizəçinin müraciətinə cavab olaraq xx.xx.1989-cu ildə vəfat etmiş X1 qalmış mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürüldüyünü, mirasın qəbul edilməsilə bağlı hər hansı sübut təqdim edilməməsini bildirmiş və onun qanunvericilikdə nəzərdə tutulmuş vərəsələrin sırasına daxil olmadığı üçün vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar aidiyyatı üzrə Şabran Rayon Məhkəməsinə müraciət etməsini tövsiyə etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək iclasın nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında ərizəçi Maraqlı şəxs2 adında qardaşı olduğunu və qardaşının nənəsi X1 miras qalmış Şabran rayonu, Xırdaoymaq kəndi ərazisində yerləşən 0,37 hektar torpaq sahəsinin vərəsə kimi Ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etdiyini bildirmişdir. Buna görə də vərəsələr arasında mübahisə mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2 və 1.3-cü bəndlərinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.5-ci maddəsinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Qeyd olunanlara əsasən, məhkəmə hüquq haqqında mübahisəli vəziyyətin mövcud olduğu qənaətinə gəlir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10. maddəsindən görünür ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilmə faktının müəyyən edilməsi və buraxılmış müddətin bərpası tələbinə dair ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Bakı şəhəri 31 saylı Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilmə faktının müəyyən edilməsi və buraxılmış müddətin bərpası tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) ona geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şabran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar