Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-779/2024 06.12.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə2 iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı nikahın qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı nikahın qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla X7 arasında 15 avqust 1960-cı il tarixində Dəvəçi rayon XDS İK-nın ZAQS bürosunda bağlanmış nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X7 ilə 15 avqust 1960-cı il tarixində Dəvəçi rayon XDS İK-nın ZAQS bürosunda rəsmi raydada nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşdur. Nikahın bağlanması “nikahın bağlanması haqqında akt qeydləri kitabı”nda 15 avqust 1960-cı il tarixində 35 nömrə ilə qeyd edilmişdir. Həyat yoldaşı X7 xx.xx.2016-cı il tarixində vəfat etmişdir. Qeyd edir ki, X7 ilə birgə nikahdan övladları anadan olmuş və Nəcməddin Qayibov vəfat etdiyi tarixədək onlar birgə yaşamışlar. Övladlarının doğum haqqında şəhadətnamələrinə diqqət yetirdikdə görmək olar ki, onların valideynləri olaraq o və mərhum həyat yoldaşı X7 qeyd olunmuşdur. O, məhkəmə qətnaməsi olmadan nikahın qeyd edilmə faktını müəyyən etdirə bilmir. Nikahın qeyd edilmə faktının müəyyən edilməsi vəfat etmiş həyat yoldaşı X1 pensiyasının ona təyin edilməsi məqsədilə lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə2 ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə iclasını nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 844985 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi 15 avqust 1960-cı ildə nikahlarını 35 nömrə ilə qeyd etdirmişdirlər. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən və QŞ-si tərəfindən verilmiş arayışdan görünür ki, X7 ilə Ərizəçi ər-arvad münasibətlərindən xx.xx.1960-cı ildə Qərənfil, xx.xx.1963-cü ildə Rauf, xx.xx.1967-ci ildə Zenfira, xx.xx.1964cü ildə Leyla və xx.xx.1970-ci ildə Rüfət adlı uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Zeyvə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi hal-hazırda Şabran rayonu Zeyvə kəndində yaşayır və ailə tərkibi uşaqları-X4, X18, X14, X8 və X5 ibarətdir. İş materiallarına əlavə edilmiş 11 iyul 2024-cü il tarixli aktdan görünür ki, həqiqətən Şabran rayonu Zeyvə kənd sakini Qayıbova X12 sakini olmuş, mərhum əri X9 ilə vəfat etdiyi günədək birgə yaşamışlar. Aktın doğruluğunu X15, X10, X6 və X2 öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Nümayəndə2 ünvanlanmış 16 iyul 2024-cü il tarixli 19 saylı məktubdan görünür ki, Ərizəçi və X1 nikahının qeydə alınması üçün heç bir sənəd təqdim edilmədiyinə görə nikahın qeydə alınması mümkün olmamışdır. Ərizəçi ilə mərhum X1 qohumluq faktının (ər-arvad olması) və ya onların nikahlarının bərpası üçün məhkəmədə iddia qaldırılması məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Ərizəçi ilə X3 nikahı haqqında məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Zeyvə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, vətəndaş Ərizəçi və X7 arasında nikahın mövcudluğuna dair heç bir sənəd tərəflərindən aşkarlanmamışdır. İş materiallarına əlavə edilmiş 1980-cı il may tarixli, 2 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydindən görünür ki, Qayıbov Raufun ana haqqında məlumat qrafasında X11, ata haqqında məlumat qrafasında isə X7 yazılmışdır. Məhkəmə hesab edir ki, Ərizəçi rəsmi qaydada ailə qurduğunu və birgə nikahdan övladlarının anadan olduğunu bildirsə də, iş materiallarında Qayıbov Rauf barəsində atalığın müəyyən edilməsi haqqında qeydin olması iddiaçı tərəfindən qeyd olunan məlumatın doğruluğunu şübhə altına salır. Yəni Ərizəçi ilə X1 nikahı rəsmi qaydada bağlansaydı, Qayıbov Raufun atalığının müəyyən edilməsinə ehtiyac qalmazdı. Bundan əlavə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə Ərizəçi ilə X1 nikahı barədə sorğu göndərilmiş, lakin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində belə bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi X7 ilə bağlanmış nikahın qeyd edilməsi barədə məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Çünki iş materiallarında olan xx.xx.1960-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamə nikahın qeydə alınmasını həyata keçirən hər hansı Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən təsdiq edilməmişdir. Yəni nikahın bağlanması haqqında şəhadətnamə qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı nikahın qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-779/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-779/2024
06.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver