Məhkəmə qərarları › İş №2(031)-785/2020

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-785/2020

24.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-785/2020 24.09.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran rayon məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X6, X2 Şabran rayon notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılmasına” barədə ərizəsini və əlavə edilmiş sənədləri araşdırıb MÜƏYYƏN ETDİM: X7 məhkəməyə ərizə ilə müraciət edərək, valideynləri X3 və X1 qalmış mirasın qəbul edilməsi müddətinin üzrlü hesab edilməklə uzadılması barədə qətnamə çıxrılmasını xahiş etmişdir. Məhkəməyə daxil olmuş ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizəçi X7 ərizəsində mirasın qəbul edilməsi vaxtının uzadılmasını xahiş etmişlər. Müddətin pərpa edilməsi xüsusi icraat qaydasında deyil, ümumi icraat qaydasında baxılmalıdır. Ona görə də, yuxarıda qeyd olunanları ərizəçilər tərəfindən Azərbaycan Respublikası MPMnin 149-cu maddəsində müəyyən edilmiş ərizəsinin formasına və məzmununa riayət etməməsi kimi qiymətləndirib və Azərbaycan MPM-nin 152.1.1-ci maddəsinə istinad edərək hesab edirəm ki, ərizəçi X2 maraqlı şəxs Şabran rayon notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılmasına” dair ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçi X4 ərizələrinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir Qeyd olunanlara əsasən və AR MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X2 ərizəsi məhkəməyə iddia ərizəsi kimi təqdim edilmədiyinə görə ərizəsini qəbul etməkdən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılsın. Ərizəçi X4 izah edilsin ki, ərizənin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Qərardaddan on gün müddətində Şabran rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar