Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-818/2020 13.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran rayon məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlu X1 Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsinə dair ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirib MÜƏYYƏN ETDİM : X2 məhkəməyə ərizə ilə müraciət edərək onun mərhum əri Fərzəliyev Şaiq Hökmulla oğlu ilə xx xxxx 1997-ci il tarixdə Şabran rayon Çuxurəzəmi inzibati ərazi vahidliyində bağlanmış (nikahın bağlanması haqqında Vİ-JQ 412558 nömrəli şəhadətnamə) nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, X2 mərhum əri Fərzəliyev Şaiq Hökmulla oğlu ilə xx xxxx 1997-ci il tarixdə Şabran rayon Çuxurəzəmi inzibati ərazi vahidliyində bağlanmış (nikahın bağlanması haqqında Vİ-JQ 412558 nömrəli şəhadətnamə) nikahın qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı ilk növbədə Maraqlı şəxsnə müraciət etməli idi. X1 müraciətinə Maraqlı şəxs tərəfindən imtina edildiyi halda onun məhkəməyə müraciət etmə hüququ yaranır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4.5-ci bəndinə əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmasını təsdiq edən sənəd mövcud olsun. İş materiallarından görünür ki, Ərizəçi bu hərəkətləri etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Eyni zamanda, ərizəçi öz tələblərini əsaslandırdıqları halları göstərməmiş, ərizəsi bir surətdən ibarət olmuşdur. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.0.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilməlidir. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Şabran rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-818/2020
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-818/2020
13.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver