Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-826/2025 07.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı "uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı "uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü ildə doğulmuş X2 İddiaçı himayəsində saxlanılması, xx.xx.2014-cü ildə doğulmuş X6 və xx.xx.2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 246 manat olmaqla cəmi 492 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin 2(031)- 446/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, iddiaçı X9 ilə Cavabdeh arasında 23 oktyabr 2014-cü il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 321 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra xx.xx.2014-cü ildə doğulmuş X6 Cavabdeh yanında, xx.xx.2018-ci ildə doğulmuş X3 isə iddiaçı X5 yanında qalması qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra oğlu atası ilə birgə yaşayırdı. Lakin, artıq cari ilin iyun ayından oğlu artıq onunla yaşayır. Belə ki, övladlarının hər ikisi onunla yaşayırlar, onların normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları övladları üçün təşkil etmək, təkbaşına onun üçün olduqca çətindir, hətta qeyri- mümkündür deyərdi. Övladları elmi inkişafını yetişdirmək üçün məktəbdən əlavə xüsusi kurslara gedirlər. Bu səbəbdən də zamanla məsrəflər artmağa başlıyır. Bundan əlavə bildirir ki, qanunvericilikdə nəzərə tutulmuş qaydada, cavabdehə ilkin olaraq işin mediasiyada həlli üçün təklif göndərilsə də o, mediasiya prosesindən yayınmışdır və nəticədə xx.xx.2025-ci il tarixdə mediator tərəfindən iclas keçirilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh X7 xx.xx.2025-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini, uşaqların ananın yanında saxlanılmasına etiraz etmədiyini göstərmiş və onun iştirakı olmadan işə baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -AZ-İ seriyalı 365956 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı arasında bağlanmış rəsmi nikaha xx.xx.2021-ci ildə xitam verilmişdir. -AZE seriyalı 11106627 saylı və AZE seriyalı 19067138 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü ildə Rafael və xx.xx.2018-ci ildə doğulmuş Duyğu adlı uşaqları olmuşdur. - Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(031)-446/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X9 ilə Cavabdeh arasında 23 oktyabr 2014-cü il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 321 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra xx.xx.2014-cü ildə doğulmuş X2 Cavabdeh yanında, xx.xx.2018-ci ildə doğulmuş X3 isə iddiaçı X5 yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 22.1., 22.2., 75-78 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndini rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin ər-arvad münasibətlərindən xx.xx.2014-cü ildə X6 və xx.xx.2018-ci ildə X8 adlı uşaqları anadan olmuşdur. Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(031)- 446/2021 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış rəsmi nikah pozulmuş, boşanmadan sonra xx.xx.2014-cü il təvəllüdlü X6 Cavabdeh yanında, xx.xx.2018-ci il təvəllüdlü X8 isə iddiaçı X5 yanında saxlanılmışdır. Hazırda cavabdehin yanında saxlanılmış xx.xx.2014-cü il təvəllüdlü X6 anasının yanında yaşayır. Bu səbəbdən də, iddiaçı məhkəmədə iddia qaldıraraq xx.xx.2014-cü il təvəllüdlü X2 ananın yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh də məhkəməyə teleqramla müraciət edərək uşağın ananın yanında saxlanılmasına etiraz etmədiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, xx.xx.2014-cü ildə anadan olmuş X6 İddiaçı yanında qalmalı, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh X1 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2014-cü ildə anadan olmuş X6 İddiaçı yanında qalsın. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh X1 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-826/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-826/2025
07.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver