Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-860/2023 26.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi barədə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 Şabran rayonu Xırdaoymaq kəndində yerləşən qanuni istifadəsində olan 1.50 ha torpaq sahəsindən çıxarılmaqla, qanuni istifadəsində olan 1.50 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, məhkəmədə Cavabdeh qarşı torpaq sahəsinin qaytarılması tələbi barədə iddia qaldırmışdır. Öz aralarında razılıq əldə etmişlər. Xahiş edir, iddia ərizəsi geri qaytarılsın. Ərizəni nəzərdən keçirib məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264-cü maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbi barədə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Kapital Bank ASC, Şabran filialı vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan on gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(031)-860/2023
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-860/2023
26.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver