Məhkəmə qərarları › İş №2(031)-87/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-87/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-87/2024 12.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Dəvəçi rayon X6 Rəyasət Heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə Dəvəçi (indiki Şabran) şəhəri 27-ci məhəlləsindən ayrılmış 500 kv.m. həyətyanı torpaq sahəsinin alqı-satqısı üzrə onunla Cavabdeh arasında 2004-cü ilin sentyabr ayında bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Dəvəçi rayon X6 Rəyasət Heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə Dəvəçi (indiki Şabran) şəhəri 27ci məhəlləsindən 500 kv.m. həyətyanı torpaq sahəsi ayrılmışdır. Cavabdeh həyat yoldaşı X1 razılığı ilə özünə məxsus həmin 500 kv.m. həyətyanı torpaq sahəsini 2004-cü ilin sentyabr ayında ona satmış və o da torpağın dəyərini əvvəlki pulla 520000 manat pulu cavabdehə ödəmişdir. Alqı-satqı zamanı torpağa dair sənədlər ona təqdim edilmişdir. O, əqdi icra etsə də, yəni torpağın pulunu ödəsə də, Cavabdeh əqdin notariat qaydasında təsdiqlənməsi üçün notariat kontoruna getməkdən yayınmışdır. Belə olan halda əqd rəsmiləşdirilə bilməmişdir. 2004-cü ilin sentyabr ayından hal-hazıradək həmin torpaq sahəsi mülkiyyətçi kimi onun sahibliyində və istifadəsindədir. Cavabdehin özü də aralarında əqdin bağlandığını təsdiq edir. Lakin, cavabdeh hal-hazırda Rusiya Federasiyasının vətəndaşı olduğundan adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edərək onunla bağladığı müqaviləni rəsmiləşdirə bilmir. O isə birtərəfli qaydada əqdi rəsmiləşdirə bilmir. Ona görə də hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, Cavabdeh onun atasıdır, atası Rusiya Federasiyasında yaşamaqla oranın vətəndaşıdır. Təxminən 2005-2006-cı illərdə vətəndaşlıq almışdır. Atası Cavabdeh Dəvəçi rayon X6 Rəyasət Heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə Dəvəçi (indiki Şabran) şəhəri 27-ci məhəlləsindən ayrılmış 500 kv.m. həyətyanı torpaq sahəsini həqiqətən də İddiaçı satmışdır, lakin atası Rusiya Federasiyasının vətəndaşı olduğundan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Hazırda o, torpaq sahəsinin iddiaçının adına keçirilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh onun bacısının həyat yoldaşıdır. Cavabdehin atası iddiaçıya torpaq sahəsi satmışdır. Aralarında bağlanmış şifahi alqı-satqı da 2004-cü ildə olmuşdur. Cavabdeh torpağı satıb Rusiya Federasiyasına çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Cavabdeh onun həyat yoldaşıdır. Onun da razılığı ilə həyat yoldaşı Bəxtiyar torpaq sahəsini iddiaçıya satmışdır, satdıqları torpağın pulunu da almışlar, lakin nə qədər pul aldıqları yadında qalmamışdır. Torpaq sahəsi təxminən 2004-cü ildə satılmışdır, lakin aralarında yazılı heç nə olmamışdır. Torpaq satılarkən həyat yoldaşı burda olmuşdur, təxminən payız ayları olardı. İş materiallarında olan İV-JQ seriyalı 326240 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 06 iyul 1987-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan Dəvəçi rayon X6 Rəyasət Heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarına əsasən Dəvəçi şəhərinin 28 Aprel küçəsindəki 10№-li evdə yaşayan Cavabdeh Dəvəçi şəhərinin baş planı üzrə 27 məhəlləsindən fərdi yaşayış evinin tikintisi üçün 500 kvm həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şabran Rayon Polis Şöbəsi tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh Şabran Rayonunun ərazisində müvəqqəti qeydiyyatda duraraq yaşayıb-yaşamaması və onun sonuncu qeydiyyat ünvanı barədə heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Dəvəçi rayon X6 Rəyasət Heyətinin 20 avqust 1992-ci il tarixli, 10 nömrəli qərarı ilə Dəvəçi (indiki Şabran) şəhəri 27-ci məhəlləsindən 500 kv.m. həyətyanı torpaq sahəsi Cavabdeh ayrılmışdır. Lakin o, həmin torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ əldə etməmiş və hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almamışdır. Məhkəmə iclasında, həmçinin müəyyən olundu ki, cavabdehin nümayəndəsinin izahatına və şahidlərin ifadələrinə əsasən həmin torpaq sahəsi 2004-cü ilin sentyabr ayında İddiaçı satılmış, torpağın dəyəri cavadeh Cavabdeh ödənilmişdir. Lakin alğı-satqı müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq notarial qaydada rəsmiləşdirilməmişdir. O cümlədən, Cavabdeh mülkiyyətində olmayan torpaq sahəsinə dair cavabdehlə şifahi razılaşma əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 324.1, 324.2 və 324.4-cü maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi mübahisəli torpaq sahəsinə dair alğı-satqı müqaviləsi notarial qaydada bağlanmış olmalı idi. Lakin tərəflər qanunvericiliyin bu tələbinə riayət etməmişlər. Beləliklə məhkəmə yuxarıda istinad edilmiş mülki qanunvericiliyin normalarına istinadən bu qənaətə gəlinir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 manat məhkəmə xərci İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbi barədə iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar